Suraxanı rayonunda YAP-ın yaranmasının 21-ci ildönümü münasibəti ilə tədbir keçirilib
22.11.2013 [09:33]
Dünən Suraxanı rayonunda Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 21-ci ildönümü münasibəti ilə tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin Suraxanı rayon İcra Hakimiyyətinin nəzdində fəaliyyət gəstərən “Heydər Əliyev Mərkəzi”nin qarşısındakı abidəsini ziyarət edib, abidə önünə tər çiçəklər qoyublar.
Tədbiri giriş sözü ilə açan YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov qeyd edib ki, Yeni Azərbaycan Partiyası XX əsrin 90-cı illərinin əvvəllərində ölkədə yaranmış mürəkkəb ictimai-siyasi vəziyyətin doğurduğu zərurətdən yaranmış siyasi təşkilatdır. Onun sözlərinə görə, ölkəmiz müstəqillik qazandıqdan sonra baş verən proseslər Azərbaycanı bir dövlət kimi məhv olmaq təhlükəsi ilə üzləşdirmişdi: “Məhz belə bir ağır dövrdə ziyalılar, sadə zəhmət adamları, ümumiyyətlə, cəmiyyətin bütün təbəqələri Ulu öndər Heydər Əliyevin fəal siyasi həyata qayıtmasını tələb edirdi. Cəmiyyətin demokratik qüvvələri, ziyalıları və bütövlükdə Azərbaycan xalqı eyni zamanda, Ümummilli liderin siyasi hakimiyyətə qayıdışı ilə yanaşı, Onun adı ilə bağlı böyük bir siyasi partiyanın yaradılmasını da zəruri hesab edirdilər. Və beləliklə, Yeni Azərbaycan Partiyasının yaradılması məsələsi gündəmə gəldi. Daha doğrusu, Azərbaycan ziyalılarının müraciətinə Ulu öndər Heydər Əliyevin “Yeni, müstəqil Azərbaycan uğrunda!” çağırışı ilə başlayan cavabından sonra, 1992-ci il noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyası təsis edildi”.
YAP-ın dövlət quruculuğu sahəsindəki xidmətlərindən danışan natiq onu da qeyd edib ki, YAP-ın Sədri, Prezident İlham Əliyevin müəllifliyi ilə də son 10 ildə Azərbaycanın möhtəşəm inkişaf salnaməsinin yeni parlaq səhifələri yazılıb: “Ulu öndər Heydər Əliyevin strateji inkişaf kursunu müasir mərhələyə uyğun zənginləşdirən dövlət rəhbərinin yürütdüyü məqsədyönlü siyasətin uğurları çağdaş Azərbaycanın şanlı tarixinə çevrilib”.
Daha sonra Milli Məclisin deputatı Ağacan Abiyev, rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, həmçinin, 208 saylı orta məktəbin direktoru Məlahət Əsədova və başqaları YAP-ın yaranma tarixindən, Ulu öndər Heydər Əliyevin partiyanın yaranmasındakı rolundan bəhs ediblər.
Tədbirdə çıxış edən YAP İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli yol haqqında ətraflı məlumat verərək bildirib ki, hazırda üzvlərinin sayı 600 mindən çox olan YAP-ın hər bir üzvü təmsil olunduğu siyasi partiyanın bu inkişafdakı rolu ilə fəxr edir. Partiyamızın gücü tək üzvlərimizin sayında deyil, həm də xalqımızın bu partiyaya sevgisində, inamındadır. Partiyamızın sıralarında Azərbaycanın ən aparıcı intellektual və zəka sahibi olan insanları təmsil olunurlar. Partiya ötən 21 ildə şərəfli bir yol keçib və yarandığı vaxtdan ölkənin ictimai-siyasi həyatına həlledici təsir göstərib: “Yeni Azərbaycan Partiyasının yaranmasının 20 illiyi ilə əlaqədar ötən il keçirdiyimiz tədbirdə partiyamızın Sədri, möhtərəm Prezidentimiz İlham Əliyev YAP-ın keçdiyi tarixi yoldan danışarkən qeyd etmişdir ki, YAP Ulu öndər Heydər Əliyevin ideyalarının daşıyıcısı olan bir partiya kimi yaranmışdır və bu gün də Azərbaycanın ictimai-siyasi həyatında özünüməxsus yer tutur, əhəmiyyətli rol oynayır. Biz YAP-ın rolunu və əhəmiyyətini, onun cəmiyyətdəki yerini 9 oktyabr prezident seçkilərində bir daha gördük. Yeni Azərbaycan Partiyası və onun çoxminli üzvləri Prezidentimiz cənab İlham Əliyevin seçki kampaniyasında yaxından və fəal şəkildə iştirak etdilər”.
Sonda partiya sıralarına yeni qoşulan üzvlərə vəsiqələr və YAP Suraxanı rayon təşkilatının fəal üzvlərinə Fəxri fərmanlar verilib.
Xəbər lenti
Hamısına baxMaraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54

