Əlaqələrin inkişafı üçün yeni imkanlar mövcuddur
23.02.2026 [14:21]
Prezident İlham Əliyev Serbiyada rəsmi səfərdə oldu. Bu səfər iki ölkənin yüksələn xətlə inkişaf edən əlaqələrinin gələcək inkişafı ilə bağlı atılan mühüm addımlarla, müzakirə edilən məsələlərlə, imzalanan sənədlərlə xüsusi əhəmiyyət kəsb edir. Cənab İlham Əliyev mətbuata bəyanatında Serbiya xalqının dövlət suverenliyinin qorunması istiqamətində göstərdiyi tarixi səyləri xüsusi vurğuladı, ölkənin inkişafında Prezident Aleksandar Vuçiçin liderlik keyfiyyətlərini yüksək qiymətləndirdi. Prezident İlham Əliyev bildirdi ki, Serbiya xalqı bütün dövrlərdə öz dövlət suverenliyinin qorunması və möhkəmləndirilməsi istiqamətində böyük səylər göstərmişdir, qurbanlar vermişdir. Aleksandar Vuçiç Serbiyanın Prezidenti kimi dövlətçiliyi, dövlət maraqlarını hər şeydən üstün tutur. Məhz buna görə Onun rəhbərliyi ilə Serbiya uğurla inkişaf edir, həm beynəlxalq müstəvidə böyük hörmət qazanmışdır, eyni zamanda, iqtisadi və sosial sahədə böyük islahatlar aparılmışdır. Bunun nəticəsində bu gün Serbiya - təbii sərvətləri olmayan bir ölkə buna baxmayaraq, iqtisadi cəhətdən uğurla inkişaf edir, öz gücünə arxalanır, heç bir yerdən heç bir yardım almır. Bugünkü şəraitdə, xüsusilə Avropa məkanında yerləşən ölkə üçün bu, xüsusi amil kimi qiymətləndirilməlidir: “Burada mən Prezident Vuçiçin çox yüksək liderlik keyfiyyətlərini qeyd etmək istərdim. Bildiyiniz kimi, bizim təmaslarımız uzun illərdir ki, davam edir. Biz bir-birimizi yaxından tanıyırıq, səmimi söhbətlər aparırıq və dostluq münasibətlərimiz var. Bilirəm ki, Prezident Vuçiç Serbiya xalqına, dövlətinə, dövlət maraqlarına nə qədər bağlı olan insandır və hər bir ölkənin uğurunun arxasında məhz bu amillər dayanır. Biz, əlbəttə ki, Serbiyanın dostları kimi bunu yüksək qiymətləndiririk və buna görə sevinirik”.
Bəyanatda səsləndirilən fikirlər bu reallığı da təsdiqlədi ki, iki ölkənin liderlərinin yaxın dostluq münasibətləri əlaqələrin inkişafına böyük təsir göstərir. Cənab İlham Əliyev bu fikri xüsusi vurğuladı ki, mən və əminəm ki, Azərbaycan nümayəndə heyəti burada özlərini evindəki kimi hiss edirlər: “Mən dəfələrlə Serbiyada olmuşam və Prezident Vuçiçin rəhbərliyi ilə Serbiyada gedən inkişafı öz gözlərimlə görürəm. Buna görə bir daha serbiyalı dostlarımızı ürəkdən təbrik etmək istəyirəm və Prezident Vuçiçin şüarına da qoşuluram. Yaşasın Serbiya! Yaşasın Azərbaycan! Yaşasın Serbiya-Azərbaycan dostluğu!”
Səfər çərçivəsində keçirilən iki ölkə arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası da əlaqələrimizin inkişafında yeni imkanların təqdimatı oldu. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, tərəflər siyasi, iqtisadi və energetika sahələrində əməkdaşlığın genişləndirilməsi üzrə konkret planlara malikdirlər. Bu əməkdaşlıq beynəlxalq platformalarda qarşılıqlı dəstəyin gücləndirilməsi, ərazi bütövlüyü və suverenlik məsələlərində ortaq mövqeyin qorunması, birgə investisiya layihələrinin həyata keçirilməsi, enerji və nəqliyyat sahələrində yeni imkanların reallaşdırılmasını özündə ehtiva edir.
Birgə elektrik stansiyasının tikintisi ilə bağlı planlar enerji sektorunda uzunmüddətli tərəfdaşlığın formalaşdırılmasına yönəlib. Prezident İlham Əliyev qeyd etdi ki, biz təkcə siyasi istiqamətdə, beynəlxalq arenada sıx işləmirik, eyni zamanda, iqtisadiyyatlarımız, sənayelərimiz üçün vacib layihələr icra edirik. Prezident Aleksandar Vuçiç elektrik stansiyasının tikintisini qeyd etdi. Bu, bizim enerji sektorunda əməkdaşlığımızı necə şaxələndirdiyimizin vacib göstəricisidir. Biz qaz əməkdaşlığından başladıq, indi isə növbəti mərhələyə - bu qazın yekun məhsul olan elektrik enerjisinə çevrilməsi məqsədilə hər iki tərəf üçün maksimal səmərəliliklə necə istifadə olunmasına keçid edirik. Bu, Azərbaycanın son illərdə Avropaya əsas investisiya qoyuluşlarından biri olacaq. Bu, həmçinin yüksəksəviyyəli qarşılıqlı etimadı nümayiş etdirir. Çünki siz yalnız yaxşı münasibətlərinizin olduğu ölkəyə və tərəfdaşlarınıza etibar etdikdə investisiya yatırırsınız.
Azərbaycan-Serbiya münasibətləri əlaqələrin inkişafında qarşılıqlı etimadın əhəmiyyətli rolunu nümayiş etdirir. Tərəflər əməkdaşlığın bundan sonra da uğurlu inkişaf edəcəyinə əminliklərini ifadə etdilər.
Fəxrəddin Vəliyev,
YAP Şəmkir rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxGündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15

