Goranboyda Xocalı Faciəsinin 34-cü ildönümü münasibəti ilə tədbir keçirildi
25.02.2026 [10:01]
"Goranboy 2026-Gənclər Paytaxtı” çərçivəsində Xocalı Faciəsinin 34-cü ildönümü münasibəti ilə Yeni Azərbaycan Partiyası (YAP) Goranboy və Xocalı rayon təşkilatı, Goranboy rayon Gənclər və İdman sektorunun birgə təşkilatçılığı və gənclərin iştirakı ilə tədbir keçirildi.
Tədbirdən öncə rayon Rəsm Qalereyasının ərsəyə gətirdiyi sərgi nümayiş etdirildi.
Tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin, torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin və “Xocalı faciəsində” faciəli şəkildə həyatlarını itirmiş insanların əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Sonra Xocalı Faciəsindən bəhs edən film nümayiş etdirildi.
YAP Goranboy rayon təşkilatının sədri Samir Qocayev və YAP Xocalı rayon təşkilatının sədri Vahid Əliyev çıxış edərək bildirdilər ki, 26 fevral 1992-ci il tarixində Xocalı şəhərində 106-sı qadın, 63-ü uşaq və 70-i ahıl olmaqla, ümumilikdə 613 nəfər dinc və silahsız mülki əhalinin etnik mənsubiyyətinə görə məqsədli şəkildə, ağır işgəncələrə məruz qalaraq qətlə yetirilməsindən 34 il ötür. Xocalı hadisələrini dərin hüznlə xatırladıqlarını, erməni daşnaqlarının törətdikləri Xocalı qətliamını dünyanın əksər yerlərində hələ də biganə yanaşmalarından təəssüfləndiyini diqqətə çatdırdılar. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşkilatçılığı ilə “XOCALIYA ƏDALƏT” kompaniyasının dünyada haqlı olaraq daha da geniş şəkildə aparılmasının vacibliyindən söz açıldı. Ermənilərin xalqımıza qarşı törətdikləri tarixi faciələrə, insanlığa sığmayan əməllərinə, uşağa, qadına, yaşlı insanlara qarşı etdikləri vəhşi hərəkətlərə diqqət çəkildi. Ulu Öndər Heydər Əliyevin Xocalı hadisələrinə siyasi qiymət verərkən bu hadisəni erməni teroru adlandırması heç də təsadüfü deyildir. Bu bir həqiqətdir ki, Xocalıda soydaşlarımıza bədnam qonşumuz tərəfindən amansızcasına tutulan divan bunun terror olduğunu bir daha təsdiq edir.
Çıxış edən Xocalı rayon sakini, həyat yoldaşı və üç övladı faciə nəticəsində şəhid edilən Qaryağdı Quliyev soyqırımın canlı şahidi olaraq həmin gecə Xocalı sakinlərinin başlarına gətirilən müsibətlərdən danışdı. Qaryağdı Quliyev bilridi ki, bu soyqırım aktı nəticəsində bəzi ailələr bütünlüklə məhv edildi, mülki əhali görünməmiş qəddarlıqla qətlə yetirildi, əsir götürülənlərə amansız işgəncələr verildi. Bu əməllərin qabaqcadan düşünülmüş qaydada, milli əlamətinə görə insanların tamamilə və ya qismən məhv edilməsi niyyətilə törədilməsi beynəlxalq və dövlətdaxili hüquqa əsasən məhz soyqırım olduğunu sübut edir.
Digər çıxış edənlər də öz çıxışlarında, 34 il əvvəl törədilmiş Xocalı soyqırımı ermənilərin müharibə cinayətləri arasında xüsusi amansızlığı ilə fərqləndiyini bildirdilər. Keçmiş sovet ordusunun 366-cı alayının dəstəyi ilə Xocalıya hücum çəkən ermənilər bir gecənin içində bütün şəhəri yerlə-yeksan etdilər. Xocalı faciəsi dünya tarixində dinc əhalinin kütləvi qətliamı kimi dərin iz qoymuş Xatın, Holokost, Sonqmi, Lidiçe, Babi Yar, Ruanda və Serebrenitsa kimi soyqırımları ilə bir sırada dayanır.
Xəbər lenti
Hamısına baxDünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Siyasət
20 İyun 23:26
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Siyasət
20 İyun 18:25
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49

