Xocalı şəhidlərinin xatirəsi daim yaşayacaq
25.02.2026 [23:22]
İntiqam Quliyev
YAP Ağdam rayon təşkilatının sədr müavini
XX əsrin sonunda Azərbaycan xalqının üzləşdiyi ən dəhşətli faciələrdən biri 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş verdi. Qarabağ bölgəsində yerləşən Xocalı şəhərində törədilmiş kütləvi qırğın təkcə hərbi əməliyyat deyil, mülki əhaliyə qarşı planlı və amansız zorakılıq aktı kimi tarixə düşdü. Xocalı şəhəri strateji baxımdan mühüm əhəmiyyətə malik idi.1992-ci ilin fevralında şəhər tam mühasirəyə alınmış, elektrik enerjisi və ərzaq təminatı kəsilmişdi.Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları, erməni qəsbkarlarının xalqımıza qarşı həyata keçirdikləri etnik təmizləmə siyasəti nəticəsində törədilən qanlı cinayətlər, qətliamlar arasında Xocalı soyqırımı xüsusi amansızlığına görə seçilir. XX əsrin sonunda baş vermiş bu soyqırımı təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdəndir. Faciə günü Xocalı şəhərini tərk edən əhali ermənilər tərəfindən pusquya salınaraq qətlə yetirildi və girov götürüldü. Amansız hücum başladıqdan sonra Xocalıda qalan 2500-ə yaxın əhali azərbaycanlıların nəzarətində olan ən yaxın məkana çatmaq məqsədilə şəhəri tərk etməyə cəhd etdi. Əsasən qadın və uşaqlardan ibarət əhalinin bir hissəsi dağlarda təqibdən gizlənən zaman donvurma nəticəsində həlak oldular. Bu soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i ahıl olmaqla 613 nəfər öldürüldü. 8 ailə tamamilə məhv edildi. 56 nəfər xüsusi qəddarlıqla qətlə yetirildi. 487 insan əlil oldu, 1275 insan əsir götürüldü. 1165 nəfəri daha sonra girovluqdan azad etmək mümkün olub. 150 nəfərin taleyi barədə indiyə kimi heç bir məlumat yoxdur. Bu rəqəmlər təkcə statistika deyil, hər biri bir insan taleyi, yarımçıq qalmış ömür, dağılmış ailə deməkdir.
Azərbaycan dövləti Xocalı hadisələrini soyqırımı kimi qiymətləndirir və bu faciənin beynəlxalq səviyyədə tanıdılması istiqamətində ardıcıl fəaliyyət göstərir. 1994-cü ildə Ümummilli Lider Heydər Əliyev tərəfindən hadisələrə siyasi-hüquqi qiymət verilməsi istiqamətində mühüm addımlar atıldı və Azərbaycan Milli Məclisi Xocalı soyqırımı haqqında xüsusi qərar qəbul etdi. Sonrakı illərdə Prezident İlham Əliyev tərəfindən Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirildi. “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində bir sıra ölkələrin parlamentləri və ABŞ-ın müxtəlif ştatları bu faciəni soyqırımı və ya kütləvi qətliam kimi tanıyıblar. Xocalı hadisələri beynəlxalq humanitar hüququn fundamental prinsiplərinin – xüsusilə mülki əhalinin qorunması ilə bağlı müddəaların kobud şəkildə pozulması kimi qiymətləndirilir. Qadınların, uşaqların və qocaların hədəfə alınması, əsirlərlə qeyri-insani rəftar faktları müharibə cinayətləri kateqoriyasına daxildir. Xocalı faciəsi Azərbaycan xalqının yaddaşında silinməz iz buraxıb. Hər il 26 fevral ölkəmizdə və xaricdə anım tədbirləri keçirilir, şəhidlərin xatirəsi dərin ehtiramla yad olunur.
2020-ci ildə Vətən müharibəsində əldə olunmuş Qələbədən sonra Xocalı həqiqətlərinin beynəlxalq müstəvidə daha geniş səsləndirilməsi üçün yeni imkanlar yaranıb. Xocalı faciəsi təkcə Azərbaycan xalqına qarşı deyil, ümumbəşəri dəyərlərə qarşı törədilmiş ağır cinayətdir. Xocalı şəhidlərinin xatirəsi daim yaşayacaq və ədalət tələbi beynəlxalq hüququn gündəmində qalacaq.
2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi erməni vəhşiliyinin təqdimatında öz sözünü dedi. Döyüş meydanında Azərbaycan əsgərinin qarşısında aciz qalan Ermənistan silahlı qüvvələri hərbi əməliyyatların getdiyi ərazilərdən uzaqda yerləşən yaşayış məntəqələrimizi raket atəşinə tutdu. Nəticədə aralarında uşaqların, qadınların da olduğu dinc sakinlər həlak oldu. Gəncəyə, Bərdəyə, Tərtərə və digər yaşayış məntəqələrimizə atılan raketlər erməni faşizminin nə qədər təhlükəli olduğunu bir daha göstərdi. Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 gündə Zəfər tarixini yazdı. Torpaqlarımız işğaldan azad edildi, tarixi ədalət bərpa olundu. 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi lokal xarakterli antiterror əməliyyatları nəticəsində suverenliyimiz tam bərpa edildi, Azərbaycanın həyatında yeni dövr başladı. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev 2023-cü ilin 15 oktyabr tarixində Azərbaycan Bayrağını Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə ucaltdı. Azərbaycan bu Zəfərləri ilə yeni reallıqlar yaratdı. Hazırda bu reallıqlar əsasında azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri aparılır, eyni zamanda, regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi üçün Azərbaycan sülh gündəliyinin müəllifi kimi diqqətdədir. Bu gün işğaldan azad edilmiş bütün ərazilərimiz o cümlədən Xocalı həyatının yeni dövrünü yaşayır.
Xəbər lenti
Hamısına baxDünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
Dünya
30 İyun 16:19
Dünya
30 İyun 15:48
Xəbər lenti
30 İyun 15:44
Sosial
30 İyun 15:37
Mədəniyyət
30 İyun 15:36
Elm
30 İyun 15:35
Dünya
30 İyun 15:23
Mədəniyyət
30 İyun 15:17
Elanlar
30 İyun 14:53
Siyasət
30 İyun 14:30
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | |||
| 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
| 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
| 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
| 26 | 27 | 28 | 29 | 30 | 31 |

