Xocalı tarixi cinayətdən qalib dövlətin quruculuq hökmünə gedən yoldur
25.02.2026 [12:34]
Xocalı faciəsi XX əsrin sonlarında Azərbaycan xalqına qarşı törədilmiş ən ağır cinayətlərdən biri olmaqla yanaşı, beynəlxalq hüququn selektiv tətbiqinin acı nəticəsi idi. 1992-ci ilin fevralında Xocalıda baş verənlər təkcə insanlıq əleyhinə cinayət deyil, həm də Azərbaycan xalqının iradəsini sındırmağa yönəlmiş planlaşdırılmış soyqırımı aktı idi. Lakin tarix göstərdi ki, Xocalı Azərbaycan üçün yalnız matəm yaddaşı olmadı. Bu faciə milli dirənişin ideoloji mayasına, dövlətin gələcək güc strategiyasının mənəvi dayağına çevrildi.Ulu Öndər Heydər Əliyevin dediyi; “Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir. Xocalı faciəsi - Ermənistanın millətçi, vəhşi qüvvələri tərəfindən Azərbaycana qarşı edilən soyqırımıdır - vəhşiliyin görünməmiş təzahürüdür" və cənab Prezident İlham Əliyevin söylədiyi; “Biz Xocalısız ərazi bütövlüyümüzün, suverenliyimizin tam bərpa olunduğunu hesab edə bilməzdik. Xocalının Azərbaycan xalqının tarixində və şüurunda o qədər böyük yeri var ki, bu faciə qəlbimizdə o qədər böyük yaralar salıb ki, Xocalı azad olunmadan biz sakitləşə bilməzdik” fikirləri bu gün gerçəkliyə qovuşdu və tariximizi bir daha şərəfləndirdi. İndi Xocalı azaddır və insanlar məhələli şkildə yenidən qurulan doğma ocaqlarına qayıdır.
Uzun illər Xocalı faciəsi beynəlxalq informasiya blokadası ilə üz-üzə qaldı. Cinayətkarlar susduruldu, qurbanlar isə dinlənilmədi. Amma Azərbaycan dövləti Xocalını unutmadı və unutdurmadı. Bu mövzu dövlət siyasətinin ayrılmaz hissəsinə çevrildi. Parlament qərarlarında, diplomatik çıxışlarda, beynəlxalq tribunalarda Xocalı həqiqətləri ardıcıl şəkildə gündəmə gətirildi. Bu mərhələdə əsas hədəf intiqam yox, tarixi həqiqətin qorunması və gələcək ədalətin təmin edilməsi idi. 2020-ci ilin Vətən müharibəsi Xocalının taleyində dönüş nöqtəsi oldu. Azərbaycan Ordusu bu müharibədə yalnız torpaqları azad etmədi, 30 illik tarixi təhqirə son qoydu. Xocalıda öldürülən körpələrin, məhv edilən ailələrin, dağıdılan həyatların hesabı döyüş meydanında soruşuldu. Bu qisas nə vəhşilik, nə də kor intiqam idi. Bu, suveren dövlətin beynəlxalq hüquqa əsaslanan özünümüdafiə və ərazi bütövlüyünü bərpa etmə haqqının həyata keçirilməsi idi. Hərbi qələbədən sonra Azərbaycan diplomatik cəbhədə də Xocalının hesabını bağladı. Ermənistanın illərlə yaratdığı “məzlum” obrazı dağıldı. Dünya gördü ki, işğalçı ilə qurban arasında bərabərlik ola bilməz. Bu gün regional reallıqları diktə edən tərəf Azərbaycandır. Sülh gündəliyi, təhlükəsizlik mexanizmləri və kommunikasiyalar Bakının iradəsinə əsaslanır. Bu isə Xocalı cinayətinin siyasi nəticələrinin də cinayətkar tərəfin üzərinə qoyulması deməkdir. Xocalının qisası yalnız silahla və diplomatiya ilə tamamlanmadı. Ən ali cavab quruculuqla verildi. Bu gün Xocalıda həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri Azərbaycan dövlətinin sivilizasion üstünlüyünün açıq nümayişidir. Dağıdılmış şəhər ağıllı şəhər konsepsiyası əsasında yenidən qurulur. Müasir yaşayış evləri, sosial infrastruktur, məktəblər, mədəniyyət ocaqları, yollar və kommunikasiya xətləri Xocalını təkcə yaşayış məkanına yox, Zəfər sonrası dövlət modelinin simvoluna çevirir. Burada verilən əsas mesaj da aydındır. Azərbaycan qisası dağıtmaqla deyil, yaratmaqla alır. Ermənilərin törətdiyi vandalizmə cavab olaraq Azərbaycan həyat, inkişaf və gələcək inşa edir. Xocalıda aparılan quruculuq işlərinin ən mühüm siyasi nəticəsi Böyük Qayıdışın başlanmasıdır. Bu torpaqlara insanların geri dönməsi yalnız sosial proses deyil, bu, dövlətin öz vətəndaşı qarşısında verdiyi sözün icrasıdır. Xocalıya qayıdanlar yandırılmış evlərin yerində ucaldılan binalar görürlər. Bu da Ermənistanın soyqırımı siyasətinə verilən ən sərt siyasi cavabdır. Çünki soyqırımın məqsədi xalqı torpaqdan silmək idi, Azərbaycan isə bu torpağa yenidən həyat qaytarır.
Bu gün Xocalı faciənin yox, qələbənin və dirçəlişin adıdır. Burada tarix yalnız xatırlanmır, yenidən yazılır. Azərbaycan dövləti Xocalı ilə sübut etdi ki, güclü dövlət təkcə müharibəni udmur, sülhü də özü qurur. Xocalının qisası döyüş meydanında öz gücümüzlə, diplomatik masada hüquqla, şəhərin özündə quruculuqla alındı. Bu isə qalib dövlətin ən ali hökmüdür.
Rüstəm Nağıyev,
YAP Gədəbəy rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45

