/ / “Tarixdən Gələcəyə: Xocavənddə memarlıq və şəhərsalma perspektivləri” mövzusunda tədbir keçirilib
“Tarixdən Gələcəyə: Xocavənddə memarlıq və şəhərsalma perspektivləri” mövzusunda tədbir keçirilib
26.02.2026 [12:34]
25 fevral 2026-cı il tarixində YAP Xocavənd rayon təşkilatının və Xocavənd Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Tarixdən Gələcəyə: Xocavənddə memarlıq və şəhərsalma perspektivləri” mövzusunda tədbir keçirilib. Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, YAP Xocavənd rayon təşkilatının sədri Vüsal Hüseynov, rayonun idarə və müəssisələrinin əməkdaşlarının, ziyalıların iştirak etdiyi tədbirdə Ulu Öndər Heydər Əliyevin və Şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Xocavəndin tarixi memarlıq abidələri ilə bağlı video-rolik nümayiş olunub. Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı cənab Eyvaz Hüseynov bildirib ki, “Memarlıq və Şəhərsalma İli” çərçivəsində keçirilən tədbirlər yalnız peşəkar sahə nümayəndələri üçün deyil, bütövlükdə cəmiyyətimiz üçün mühüm əhəmiyyət daşıyır. Çünki memarlıq və şəhərsalma sadəcə bina tikintisi deyil – bu, milli kimliyimizin, mədəni irsimizin, sosial rifahımızın və gələcək inkişaf strategiyamızın ifadəsidir.
Müasir dövrdə şəhərsalma siyasəti dayanıqlı inkişaf prinsiplərinə, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarına, ekoloji tarazlığın qorunmasına və insan amilinin prioritetliyinə əsaslanır. Azərbaycan Respublikasında həyata keçirilən genişmiqyaslı quruculuq və abadlıq işləri, xüsusilə işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma prosesi bunun bariz nümunəsidir.
Bu baxımdan, Qarabağın dilbər guşələrindən olan Xocavənd rayonu bu gün yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Uzun illər işğal altında qalmış rayonumuz hazırda dövlətimizin diqqət və qayğısı ilə yenidən qurulur, müasir infrastruktur layihələri icra olunur, yaşayış məntəqələri bərpa edilir. Başçı həmçinin bildirib ki, tədbirin əsas məqsədi memarlıq və şəhərsalma sahəsindəki yenilikləri işıqlandırmaq, Xocavəndin bütün ərazilərində həyata keçiriləcək infrastruktur layihələrinə dair müzakirələr aparmaq və daha da vacibi, gələcək nəsillər üçün Xocavəndin inkişafını necə görmək istədiyimizi müəyyənləşdirməkdir. Bu gün burada biz yalnız şəhərsalma və memarlıq mövzularını müzakirə etmirik, biz həm də Xocavəndin mədəniyyətini, keçmişini və gələcəyini müzakirə edirik. Xocavəndin gələcəyində ekoloji cəhətdən dayanıqlı və təbiəti qoruyan şəhərsalma modelləri ön planda olmalıdır. Bu, yalnız ətraf mühitin qorunmasına deyil, həm də gələcək nəsillərə təmiz və sağlam bir mühitin təmin edilməsinə xidmət edəcək. Xocavəndin gələcəyini qurarkən gənclərimizin də böyük rolu olacaq. Onlar bu torpağın inkişafında əsas qüvvə olacaq, onların təhsili, bacarıqları və ideyaları bu bölgənin inkişafına yönələcəkdir. Başçı əminliklə bildirmişdir ki, bizim gənclərimiz, həm memarlıq və şəhərsalma sahələrində, həm də Xocavəndin bütün inkişaf sahələrində öz töhfələrini verəcəklər.
Tədbirdə YAP Xocavənd Rayon Təşkilatının sədri Vüsal Hüseynov, Memarlıq-tikinti məsələləri sektorunun aparıcı məsləhətçisi Şəmistan Gülmalı çıxış edərək Azərbaycan memarlıq məktəbinin zəngin irsinin qorunması, şəhərsalma və memarlıq sahəsində müasir yanaşmalarla zənginləşdirilməsi, eləcə də şəhərsalmanın tarixi inkişaf yolundan bəhs ediblər. Azərbaycan memarlıq məktəbinin formalaşmasında və şəhərsalma sahəsinin inkişafında Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətlərini xüsusi vurğulayıblar.
Xəbər lenti
Hamısına baxDünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45

