İranın Naxçıvana dron hücumu regionda gərginliyi artıran təhlükəli addımdır
06.03.2026 [15:20]
Son günlər baş verən hadisələr regionda təhlükəsizlik və sabitlik məsələlərini yenidən gündəmə gətirib. Naxçıvan Muxtar Respublikasının ərazisinə yönəlmiş dron hücumu ciddi narahatlıq doğuran və qətiyyətlə pislənilməli olan hadisədir. Bu hücumun İran İslam Respublikasının ərazisindən həyata keçirilməsi isə məsuliyyətin tam şəkildə həmin dövlətin üzərinə düşdüyünü göstərir. Belə bir addım regionda onsuz da həssas olan geosiyasi mühitə əlavə gərginlik gətirməklə yanaşı, beynəlxalq hüququn norma və prinsiplərinə də açıq şəkildə ziddir. Naxçıvan istiqamətində həyata keçirilən dron zərbəsinin mülki infrastrukturu hədəf alması hadisənin xüsusilə təhlükəli və qəbuledilməz olduğunu göstərir. Mülki vətəndaşların istifadə etdiyi hava limanının və digər infrastrukturların hədəfə alınması beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasıdır. Bu cür hücumlar hərbi məqsədlərdən çox, qorxu və təzyiq yaratmaq niyyətini nümayiş etdirir və əslində acizlik və qorxaqlıq əlaməti kimi qiymətləndirilməlidir.
Baş vermiş hadisə İran Silahlı Qüvvələrinin addımı kimi qiymətləndirilir və bu, rəsmi Tehranın regiondakı siyasəti ilə bağlı ciddi suallar doğurur. Azərbaycanın uzun illər boyunca qonşuluq və qarşılıqlı hörmət prinsiplərinə sadiq qalması fonunda belə bir addımın atılması xüsusilə təəssüf doğurur. Azərbaycan dövləti heç vaxt qonşu ölkələrə qarşı düşmən mövqeyi nümayiş etdirməyib, əksinə, həmişə regionda əməkdaşlıq və sabitliyin tərəfdarı olub. Bu kontekstdə Azərbaycanın mövqeyi ardıcıl və prinsipial olub. Ölkəmizin ərazisi heç vaxt başqa dövlətlər üçün təhlükə mənbəyi olmayıb və bu gün də belə deyil. Azərbaycan hər zaman qonşularla münasibətlərdə qarşılıqlı hörmət və etimad prinsipini əsas götürüb. Hətta çətin məqamlarda belə Bakı humanitar və siyasi dəstəyini əsirgəməyib. Məsələn, Azərbaycan rəhbərliyi İranın Ali Liderinin vəfatı ilə bağlı dərhal başsağlığı verərək səfirliyi ziyarət edib və hörmətini nümayiş etdirib. Bu, Azərbaycanın diplomatik etikaya və humanitar dəyərlərə sadiqliyinin bariz nümunəsi idi. Belə bir şəraitdə İran tərəfindən Naxçıvan ərazisində mülki obyektin hədəfə alınması münasibətlərə zidd addım olmaqla yanaşı, ciddi siyasi və mənəvi ziddiyyət yaradır. Mülki vətəndaşların istifadə etdiyi infrastruktura hücum edilməsi faktiki olaraq terror aktı kimi qiymətləndirilə bilər.
İranın mövcud siyasi rejiminin uzun illərdir ki, öz ərazisində yaşayan milyonlarla azərbaycanlıya qarşı sərgilədiyi münasibət də ayrıca narahatlıq doğuran məsələdir. Azərbaycanlıların dil, mədəniyyət və digər fundamental hüquqlarının məhdudlaşdırılması, fəalların təqib və təzyiqə məruz qalması bu siyasətin sistemli xarakter daşıdığını göstərir. Bu fonda Azərbaycan əleyhinə atılan addımların daha geniş siyasi kontekstdə qiymətləndirilməsi zərurəti yaranır.
Regionun təhlükəsizliyi baxımından rəsmi Tehranın bu hadisə ilə bağlı qısa müddətdə aydın və şəffaf izahat verməsi vacibdir. Eyni zamanda, bu kimi hadisələrin təkrarlanmaması üçün təxirəsalınmaz tədbirlərin görülməsi zəruri hesab olunur. Əks halda belə addımlar regionda sabitliyə ciddi zərbə vurmaqla yanaşı, dövlətlərarası münasibətlərdə yeni gərginlik ocaqları yarada bilər.
Azərbaycan beynəlxalq hüquqa əsaslanan mövqeyini qoruyaraq, öz suverenliyini və ərazi bütövlüyünü müdafiə etmək hüququna malikdir. Tarix göstərir ki, ölkəmizə qarşı düşmən mövqeyi tutan qüvvələr gec-tez öz səhvlərini anlayıb və bu siyasətin nəticələri ilə üzləşiblər. Azərbaycanın təhlükəsizliyinə qarşı yönələn hər hansı təhdid cavabsız qalmayacaq və ölkəmiz özünü müdafiə etmək üçün bütün zəruri addımları atmaq hüququnu özündə saxlayır.
Beləliklə, Naxçıvan istiqamətində baş verən dron hücumu təkcə iki ölkə arasında münasibətlər baxımından deyil, bütövlükdə regionun təhlükəsizliyi üçün ciddi siqnal hesab edilməlidir. Gərginliyin daha da artmaması üçün məsuliyyətli davranış, açıq izahat və beynəlxalq hüquqa hörmət bu gün hər zamankından daha vacibdir.
Namiq Əhmədov
YAP Xəzər rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxGündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15

