/ / YAP Samux rayon təşkilatında “Cənubi Qafqazda yeni siyasi-iqtisadi reallıq” mövzusunda dəyirmi masa keçirilib
YAP Samux rayon təşkilatında “Cənubi Qafqazda yeni siyasi-iqtisadi reallıq” mövzusunda dəyirmi masa keçirilib
18.03.2026 [17:43]
Martın 18-də “Şəhərsalma və Memarlıq İli” çərçivəsində YAP Samux rayon təşkilatında partiya fəallarının və ərazi partiya təşkilat sədrlərinin iştirakı ilə “Cənubi Qafqazda yeni siyasi-iqtisadi reallıq” mövzusunda dəyirmi masa keçirilib. Dəyirmi masa prezident İlham Əliyevin 12 mart 2026-cı ildə “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda XIII Qlobal Bakı Forumunda çıxışı ilə əlaqədar təşkil edilmişdir.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Dəyirmi masanı açıq elan edən YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov İlham Əliyevin XIII Qlobal Bakı Forumu çərçivəsində səsləndirdiyi fikirlərin əhəmiyyətindən bəhs edib. Bildirib ki, dövlət başçısının çıxışı müasir beynəlxalq münasibətlər sistemində yaranmış mürəkkəb geosiyasi vəziyyətin təhlili, həmçinin dialoq və əməkdaşlıq mühitinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
G.Bayramov qeyd edib ki, Heydər Əliyevin əsasını qoyduğu milli dövlətçilik strategiyası bu gün də uğurla davam etdirilir və Azərbaycan regionda sabitlik, inkişaf və əməkdaşlıq təşəbbüsləri ilə çıxış edən əsas aktorlardan birinə çevrilib. Cənubi Qafqazda formalaşan yeni siyasi-iqtisadi reallıqlar Azərbaycanın təşəbbüsləri və uğurlu siyasəti nəticəsində mümkün olub.
Daha sonra dəyirmi masada iştirak edən Samux rayon Ağsaqqallar Şurasının sədri Fidayıl Əliyev, Samux Su Melorasiya Sistemlərinin İstismarı İdarəsi ərazi partiya təşkilatının sədri Ramin Bayramov və partiya fəalları Elnaz Cəfərova, Tural Qurbanov, Toğrul Coqiyev çıxış edərək Azərbaycanın beynəlxalq nüfuzunun artdığını, ölkəmizin qlobal platformalarda fəal iştirak etdiyini və regional əməkdaşlıq layihələrinin həyata keçirilməsində aparıcı rol oynadığını diqqətə çatdırıblar. Natiqlər eyni zamanda qeyd ediblər ki, ölkəmizin həyata keçirdiyi iqtisadi və siyasi islahatlar regionda davamlı sülh və inkişaf üçün möhkəm zəmin yaradır.
Sonda tədbir iştirakçıları belə dəyirmi masaların keçirilməsinin əhəmiyyətini vurğulayaraq, dövlət başçısının müəyyən etdiyi strateji kursun dəstəklənməsinin vacibliyini qeyd ediblər.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09

