Şəmkir rayonunda “Nurlu ömrün elm və insanlığa həsr olunmuş salnaməsi” adlı tədbir keçirilib
15.04.2026 [18:24]
15.04.2026-cı il tarixində YAP Şəmkir rayon təşkilatı Akademik Zərifə xanım Əliyevanın Anım günü nünasibəti ilə “Nurlu ömrün elm və insanlığa həsr olunmuş salnaməsi” adlı tədbir keçirildi.
Tədbirdə İlk öncə Ulu Öndər Heydər Əliyevin, Şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilir.
Sonra YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev tədbiri açıq elan edərək bildirdi ki, Zərifə xanım Əliyeva Azərbaycan tibb elminin inkişafında mühüm rol oynamış görkəmli alim və pedaqoqlardan biri kimi xüsusilə Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutundakı fəaliyyəti ilə seçilmişdir. Onun bu institutdakı işi həm elmi, həm də praktiki səhiyyə sahəsində böyük əhəmiyyət kəsb etmişdir. Zərifə xanım uzun illər bu nüfuzlu təhsil ocağında çalışaraq həkim kadrlarının hazırlanmasına və onların peşəkar səviyyəsinin yüksəldilməsinə mühüm töhfələr vermişdir. O, oftalmologiya sahəsində ixtisaslaşmış həkimlərin təkmilləşdirilməsi istiqamətində müasir metodların tətbiqinə xüsusi diqqət yetirirdi. Onun təşəbbüsü ilə tədris prosesinə yeni yanaşmalar gətirilmiş, nəzəri biliklərlə yanaşı, praktik bacarıqların artırılması əsas prioritetə çevrilmişdir. Bu yanaşma sayəsində institutda təhsil alan həkimlər yalnız bilik baxımından deyil, həm də praktik fəaliyyət baxımından daha hazırlıqlı mütəxəssislər kimi formalaşırdılar.
F.Vəliyev qeyd etdi ki, Zərifə Əliyevanın institutdakı fəaliyyətinin əsas istiqamətlərindən biri də elmi tədqiqatların genişləndirilməsi olmuşdur. O, göz xəstəliklərinin, xüsusilə də peşə ilə bağlı yaranan görmə problemlərinin araşdırılması sahəsində dərin tədqiqatlar aparmışdır. Kimya sənayesində çalışan insanların görmə orqanlarında baş verən dəyişiklikləri öyrənərək bu sahədə mühüm elmi nəticələr əldə etmişdir. Bu tədqiqatlar yalnız Azərbaycan üçün deyil, beynəlxalq səviyyədə də diqqət çəkmiş, onun elmi nüfuzunu daha da artırmışdır. O, oftalmologiya sahəsində əldə etdiyi nəticələri müxtəlif elmi konfranslarda təqdim edir, beynəlxalq elmi ictimaiyyətlə sıx əlaqələr qururdu.
Onun rəhbərliyi altında institutda bir çox gənc alimlər yetişmiş, aspirantlar və doktorantlar elmi fəaliyyətə cəlb olunmuşdur. Zərifə xanım tələbələrinə və həmkarlarına qarşı tələbkar, eyni zamanda qayğıkeş münasibəti ilə seçilirdi. O, yalnız bilik ötürən müəllim deyil, həm də məsuliyyət hissini aşılayan peşəkar həkim idi. Onun yetişdirdiyi mütəxəssislər sonradan Azərbaycanın müxtəlif bölgələrində və xaricdə uğurla fəaliyyət göstərərək onun məktəbinin davamçılarına çevrilmişlər.
Sonra tədbirdə partiya fəallarından Famil Həmidov və digərləri akademik Zərifə Əliyevanın oftalmologiya sahəsində qazandığı nailiyyətlərdən, onun elmi məktəbinin bu gün də uğurla davam etdirildiyini qeyd etdilər. Bildirdilər ki, akademikin elmi irsi müasir səhiyyə sistemində mühüm əhəmiyyət kəsb edir və gələcək nəsillər üçün dəyərli mənbədir.
Xəbər lenti
Hamısına baxİdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41

