/ / Azərbaycanın dünya miqyasında idman ölkəsinə çevrilməsi Ulu öndər Heydər Əliyevin gənclər siyasətinin parlaq qələbəsidir
Azərbaycanın dünya miqyasında idman ölkəsinə çevrilməsi Ulu öndər Heydər Əliyevin gənclər siyasətinin parlaq qələbəsidir
19.12.2013 [09:21]
YAP İsmayıllı rayon təşkilatı rayon idmançıları ilə birgə “dəyirmi masa” keçirib
Yeni Azərbaycan Partiyası (YAP) İsmayıllı rayon təşkilatı “Azərbaycanın dünya miqyasında idman ölkəsinə çevrilməsi Ulu öndər Heydər Əliyevin gənclər siyasətinin parlaq qələbəsidir” mövzusunda rayon idmançıları ilə birgə “dəyirmi masa” keçirib. Tədbiri giriş sözü ilə açan YAP İsmayıllı rayon təşkilatının sədri Əzizə Vahabova qeyd edib ki, Ulu öndər Heydər Əliyevin ölkəmizə hələ birinci rəhbərliyi dövründə digər sahələrlə yanaşı, bədən tərbiyəsi və idmanın inkişafına xüsusi diqqət və qayğı ilə yanaşılıb. Natiq bildirib ki, bunun əyani sübutu olaraq 1970-ci illərdə təkcə Bakı şəhərində 250 idman meydançasının və şəhərciyin salınmasını, 1973-cü ildə ölkənin paytaxtında möhtəşəm idman sarayının tikilməsini, 1974-cü ildə respublikanın 36 rayonunda 59 uşaq-gənclər idman məktəbinin fəaliyyət göstərməsini misal çəkmək olar: “Danılmaz faktdır ki, 1990-cı illərdə bütün sahələrdə olduğu kimi, idmana qayğı da unudulmuşdu. Bütün idman qurğuları dağıdılmış, respublikanın ən böyük stadionu bərbad vəziyyətə salınmışdı. Ulu öndərin yenidən hakimiyyətə qayıdışından sonra idmana münasibət kökündən dəyişdi. Bədən tərbiyəsi və idmanın inkişafı dövlət siyasətinin prioritet sahələrindən birinə çevrildi. Qısa zaman kəsiyində müstəqil Azərbaycanın digər mühüm sahələrlə yanaşı, həm də bir idman ölkəsi olaraq beynəlxalq aləmdə tanınması və olimpiya hərəkatına qoşulması geniş vüsət aldı. Dövlət idman siyasətinin həyata keçirilməsində əvəzsiz xidmətləri olan Ulu öndər idman həyatında dönüş ili olan 1994-cü ildə Gənclər və İdman Nazirliyinin yaradılması haqqında Fərman imzaladı. Ulu öndərin diqqət və qayğısı sayəsində 1997-ci ildə Azərbaycan idmanı özünün ən mühüm mərhələsinə qədəm qoydu. Cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsi ölkəmizdə idmanın daha böyükmiqyaslı tərəqqisinə, Azərbaycanın dünya idman ailəsinin üzvü olmasına, idmançılara dövlət qayğısının artırılmasına, maddi-texniki bazanın möhkəmlənməsinə geniş üfüqlər açdı”.
Tədbirdə bildirilib ki, 2000-ci ildən etibarən müasir tipli olimpiya idman komplekslərinin tikilib istifadəyə verilməsinə başlanılıb və son illərdə ölkəmizdə saysız-hesabsız mötəbər beynəlxalq turnirlər, dünya, Avropa çempionatları keçirilib.
Çıxış edən İsmayıllı Olimpiya Kompleksinin direktoru Tofiq Hümbətov, idmançılar Nurlan Salmanzadə, Vüsal Ağayev və digərləri Ulu öndər Heydər Əliyevin hər zaman idmana, idmançılara qayğısından, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin bu siyasəti uğurla davam etdirməsindən danışıblar. Bundan başqa, “dəyirmi masa”da son iki ildə İsmayıllı idmançılarının da qazandığı nailiyyətlərdən və öncüllər sırasında olmasından bəhs edilib.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

