/ / “Azərbaycan təhsilinin inkişafında Ulu Öndər Heydər Əliyevin tarixi xidmətləri” mövzusunda baş tutub
“Azərbaycan təhsilinin inkişafında Ulu Öndər Heydər Əliyevin tarixi xidmətləri” mövzusunda baş tutub
05.05.2026 [10:37]
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Ağdaşda silsilə tədbirlərin keçirilməsi davam etdirilir. Növbəti tədbir Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatı Təhsil sektoru ərazi partiya təşkilatında “Azərbaycan təhsilinin inkişafında Ulu Öndər Heydər Əliyevin tarixi xidmətləri” mövzusunda baş tutub.
Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin və qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad ediblər.
Tədbiri giriş sözü ilə açan Təhsil sektoru ərazi partiya təşkilatının sədri Şiraz Alışov müasir Azərbaycanın qurucusu, Ümummilli Lider Heydər Əliyevin ölkə təhsilinin inkişafındakı misilsiz xidmətlərindən bəhs edib. Natiq öz çıxışında Ulu Öndərin müəyyən etdiyi strateji kursun milli təhsil sisteminin formalaşmasındakı tarixi rolunu xüsusi vurğulayıb.
Tədbirdə gənc partiya fəalı Rüfət Məmmədov “Azərbaycan təhsilinin inkişafında ulu öndər Heydər Əliyevin tarixi xidmətləri” mövzusunda geniş və əhatəli məruzə ilə çıxış etmişdir. Məruzəçi qeyd etmişdir ki, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan təhsilinə göstərdiyi xidmətlər sadəcə müəyyən bir dövrlə məhdudlaşmır. Bu fəaliyyət ölkənin həm sovet dövründəki elmi-intellektual yüksəlişini, həm də müstəqillik illərindəki milli intibahını əhatə edən, uzaqgörən və çoxşaxəli bir dövlət strategiyasıdır.
Məruzə ətrafında çıxış edən Şəhla Hacıbalayeva və Pərvin Rəhimov Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi strateji kursun regionlarda, xüsusilə Ağdaş rayonunda təhsilin intibahına verdiyi böyük töhfələrdən bəhs ediblər. Natiqlər vurğulayıblar ki, Ağdaş təhsili məhz bu daxili siyasətin uğurlu icrası nəticəsində keyfiyyətcə yeni mərhələyə qədəm qoyub və misilsiz nailiyyətlər qazanıb. Çıxışçılar qeyd ediblər ki, son illərdə Heydər Əliyev ideyalarının işığında rayonda genişmiqyaslı quruculuq işləri aparılıb. Onlarla yeni, müasir standartlara cavab verən məktəb binası tikilərək istifadəyə verilib, qəzalı vəziyyətdə olan və ya təmirə ehtiyacı olan tədris ocaqları isə əsaslı şəkildə yenidən qurulub. Bu, həm də məktəblərin ən müasir laboratoriyalar, kompyuter otaqları və idman zalları ilə təmin olunması deməkdir.
Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının sədri Əlişah Rəcəbov Ulu Öndərin təhsil sahəsindəki tarixi xidmətlərini geniş təhlil edərək bildirib ki, Heydər Əliyev dühası Azərbaycanın xilasını məhz elmin və təhsilin inkişafında görürdü. Natiq vurğulayıb ki, Ümummilli Lider hər zaman müəllim əməyinə, onun cəmiyyətdəki statusuna xüsusi həssaslıqla yanaşıb və "Mən yer üzündə müəllimdən yüksək ad tanımıram" kəlamı ilə bu peşənin müqəddəsliyini dövlət siyasətinin mərkəzinə gətirib. YAP rayon təşkilatının sədri vurğulayıb ki, Ümummilli Liderin hakimiyyəti illərində müəllimlərin sosial rifahının yüksəldilməsi, onların əməyinin dövlət səviyyəsində mükafatlandırılması prioritet olub. Bu gün də bu ənənə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, müəllimlərin nüfuzu və peşəkarlıq səviyyəsi hər zaman diqqət mərkəzində saxlanılır.
Xəbər lenti
Hamısına baxSiyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33

