Azərbaycan–İtaliya Strateji Tərəfdaşlığı: Siyasi və Enerji Əlaqələrinin Yeni Mərhələsi
06.05.2026 [12:53]
İlham Əliyev və Giorgia Meloni arasında keçirilən görüş iki ölkə münasibətlərinin dərin və çoxşaxəli xarakter daşıdığını bir daha nümayiş etdirdi. Azərbaycan ilə İtaliya arasında əlaqələr artıq uzun illərdir ki, strateji tərəfdaşlıq səviyyəsində inkişaf edir. 2014 və 2020-ci illərdə imzalanmış sənədlər bu münasibətlərin hüquqi və siyasi əsasını təşkil edir və bu gün də praktik müstəvidə öz təsdiqini tapır.
Bu səfərin xüsusi əhəmiyyət kəsb edən məqamlarından biri İtaliya Baş nazirinin regiondakı balanslı diplomatik yanaşması oldu. Onun əvvəlcə Ermənistan səfər edib daha sonra Azərbaycana gəlməsi, regionda əməkdaşlıq və qarşılıqlı hörmət prinsipinin ön plana çıxdığını göstərir. Bu addım Azərbaycanın beynəlxalq nüfuzunun artmasının və etibarlı tərəfdaş kimi qəbul edilməsinin göstəricisidir.
İki ölkə arasında siyasi münasibətlər ən yüksək səviyyədə qurulub. Dövlət başçıları və hökumət rəhbərləri arasında mütəmadi görüşlər, beynəlxalq platformalarda qarşılıqlı dəstək bu əlaqələrin davamlılığını təmin edir. Siyasi dialoq paralel olaraq iqtisadi əməkdaşlıqla möhkəmlənir.
Enerji sahəsi Azərbaycan–İtaliya əlaqələrinin əsas sütunlarından biridir. Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır və İtaliya bu sahədə əsas tərəfdaşlardan biridir. Azərbaycan qazının Avropaya çatdırılmasında mühüm rol oynayan Trans Adriatic Pipeline (TAP) layihəsi bu əməkdaşlığın konkret nümunəsidir. Bu layihə vasitəsilə Azərbaycan qazı birbaşa İtaliya bazarına çatdırılır.
Son illərdə Azərbaycan tərəfindən ixrac edilən təbii qazın əhəmiyyətli hissəsi məhz İtaliyaya yönəlib. Statistik göstəricilər də bunu təsdiq edir: 25 milyard kubmetr qaz ixracının təxminən 9,5 milyardı İtaliya bazarına göndərilib. Bu isə İtaliyanın Azərbaycanın enerji siyasətində xüsusi yer tutduğunu göstərir.
Görüş zamanı enerji əməkdaşlığının genişləndirilməsi məsələsi də müzakirə edilib. Xüsusilə TAP layihəsinin genişləndirilməsi və ötürmə qabiliyyətinin artırılması gələcək üçün prioritet istiqamət kimi müəyyən olunub. Bu addımlar Avropanın enerji təhlükəsizliyinə də müsbət təsir göstərəcək.
Eyni zamanda neft sektorunda da Azərbaycan İtaliya üçün mühüm təchizatçılardan biridir. Bu sahədə uzunmüddətli müqavilələr və etibarlı tərəfdaşlıq münasibətləri mövcuddur. Enerji əməkdaşlığı təkcə iqtisadi deyil, həm də geosiyasi baxımdan böyük əhəmiyyət kəsb edir.
Bütün bu faktorlar göstərir ki, Azərbaycan–İtaliya əlaqələri yalnız ikitərəfli münasibətlər çərçivəsində deyil, həm də regional və qlobal miqyasda mühüm rol oynayır. Bu əməkdaşlıq modeli qarşılıqlı fayda, etimad və uzunmüddətli strateji baxış üzərində qurulub.
Rövşən Qasımov,
YAP Gədəbəy rayon təşkilatının məsləhətçisi
Xəbər lenti
Hamısına baxDünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39

