Strateji Tərəfdaşlıq və Siyasi Dialoq
07.05.2026 [12:05]
04 may 2026-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ölkəmizə rəsmi səfərə gələn İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloni mətbuata bəyanatlarla çıxış ediblər. İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloninin Azərbaycana səfəri xüsusilə yaddaqalan oldu. Son 13 ildə İtaliya Baş nazirinin Azərbaycana ilk rəsmi səfəri olmaqla, iki ölkə arasındakı münasibətlərin keyfiyyətcə yeni müstəviyə keçdiyini bir daha təsdiqləyib. Bu səfər təkcə işgüzar xarakter daşımır, həm də özündə ciddi siyasi və rəmzi mesajlar ehtiva edir. Səfərin xronologiyası olduqca diqqətçəkəndir: Meloninin Ermənistanda keçirilən çoxtərəfli tədbirdən dərhal sonra Bakıya gəlməsi İtaliyanın Cənubi Qafqazdakı prioritetlərini və real müttəfiqlik ünvanını aydın nümayiş etdirir. Bu səfər Azərbaycan-İtaliya dostluğunun fundamental xarakter daşıdığını təsdiqləyir. Meloni bu ziyarəti ilə İtaliyanın Azərbaycanın ərazi bütövlüyünə, regional liderliyinə və sülh gündəliyinə verdiyi dəstəyi bir daha bütün dünyaya bəyan etmiş oldu.
Prezident İlham Əliyev bəyanatında Azərbaycan və İtaliyanın sadiq strateji tərəfdaşlar olduğunu vurğulayaraq, münasibətlərin 2014-cü və 2020-ci illərdə imzalanmış strateji tərəfdaşlıq bəyannamələrinə əsaslandığını qeyd edib. Dövlət başçısı bu sənədlərin kağız üzərində qalmadığını, real həyatda öz əksini tapdığını bildirib. Baş nazir Meloni isə Azərbaycanı regionda İtaliyanın "etibarlı və uzunmüddətli tərəfdaşı" kimi xarakterizə edib.
Azərbaycan ilə İtaliya arasındakı münasibətlər uzun illərdir ki, strateji tərəfdaşlıq səviyyəsində inkişaf etməkdədir. Bu əlaqələr qarşılıqlı hörmət, etimad və ortaq maraqlar əsasında qurularaq zaman keçdikcə daha da möhkəmlənib. Bu münasibətlərin formalaşmasında və davamlı inkişafında möhtərəm Prezident İlham Əliyevin uzaqgörən siyasəti, praqmatik yanaşması və güclü liderliyi xüsusi rol oynayır. Onun təşəbbüsü və məqsədyönlü fəaliyyəti nəticəsində iki ölkə arasında yalnız siyasi deyil, eyni zamanda iqtisadi, enerji, təhsil, humanitar və mədəni sahələrdə də etibarlı, davamlı və qarşılıqlı faydalı əməkdaşlıq mühiti yaradılıb. Bu əməkdaşlıq hər iki ölkənin milli maraqlarına xidmət etməklə yanaşı, regional sabitlik və inkişaf baxımından da mühüm əhəmiyyət kəsb edir.
Azərbaycan və İtaliya arasında iqtisadi əməkdaşlıq yüksək səviyyədədir. Cənab Prezident İlham Əliyev ötən gün verdiyi bəyanatında ölkələr arasında ticarət əlaqələrinin inkişaf etdiyini və İtaliyanın Azərbaycanın bir nömrəli ticarət tərəfdaşı olduğunu bildirdi. Dövlətimizin başçısı vurğuladı ki, keçən il bizim ticarət dövriyyəmiz təxminən 12 milyard dollar təşkil edib. Hazırda Azərbaycanda 130-a yaxın şirkəti fəaliyyət göstərir. O cümlədən işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda ərazilərin bərpası və infrastruktur layihələrində İtaliya şirkətlərinin iştirakı, həm iqtisadi əməkdaşlığın genişləndirilməsi, həm də iki ölkə arasında qarşılıqlı etimadın gücləndirilməsinə xidmət edir. Zəfər muzeylərinin memarlıq layihələrinin hazırlanmasında italyan dizayn məktəbinin yaxından iştirakı bu tərəfdaşlığın həm də mənəvi-mədəni körpülər üzərində qurulduğunun göstəricisidir.
Mədəni əlaqələrdən danışarkən isə Heydər Əliyev Fondunun təşəbbüsü ilə bərpa edilən Müqəddəs Marçellinio və Pietro katakombalarını da xüsusi qeyd etmək lazımdır. Bu baxımdan Vatikanda Heydər Əliyev Fondunun bəşəriyyət üçün dəyərli əsərlərin qorunması, gələcək nəsillər üçün saxlanılması istiqamətindəki səyləri mədəni dünya tərəfindən çox yüksək qiymətləndirilir. İtaliya ilə Azərbaycan arasında təhsil sahəsində də əməkdaşlıq inkişaf etməkdədir. Keçən il isə Bakıda böyük təntənə ilə İtaliya-Azərbaycan Universitetinin açılışının baş tutması isə bunun bariz nümunəsidir
Ölkələrimiz arasındakı qarşılıqlı əməkdaşlıq əlaqələri özünü ən bariz şəkildə enerji sektorunda da büruzə verir. Azərbaycan İtaliyanın enerji təhlükəsizliyinin təmin edilməsində həlledici rol oynayır və bu ölkənin enerji bazarında ikinci ən mühüm tərəfdaşı kimi çıxış edir. Xüsusilə Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə çatdırılan Azərbaycan qazı İtaliya sənayesinin və məişət sektorunun sabit fəaliyyəti üçün əvəzedilməz resursdur. 2025-ci ildə Azərbaycanın İtaliyaya təxminən 10 milyard kubmetr qaz ixrac etməsi bu mövqeyi daha da möhkəmləndirib. Ümumilikdə Cənub Qaz Dəhlizi vasitəsilə İtaliyaya çatdırılan qazın həcminin 50 milyard kubmetrə yaxınlaşması bu marşrutun İtaliya üçün nə dərəcədə həyati bir arteriya olduğunu sübut edir. Eyni zamanda, Azərbaycan İtaliyaya neft ixracı sahəsində də mühüm rol oynayaraq 2-ci yerdə qərarlaşıb.
Beləliklə, Azərbaycan-İtaliya münasibətləri bütövlükdə Avrasiya məkanında sabitlik, iqtisadi tərəqqi və strateji həmrəylik üçün nümunəvi, uzunmüddətli və konyunkturdan asılı olmayan bir model olaraq qalmaqdadır. Bakı və Roma arasındakı münasibətlər artıq sadəcə alqı-satqı müstəvisindən çıxaraq, hərbi-texniki, yüksək texnologiyalar və mədəniyyət sahələrini əhatə edən çoxşaxəli ittifaqa çevrilmişdir.
Fəxrəddin Vəliyev,
YAP Şəmkir rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
22 Avqust 23:58
Dünya
22 Avqust 23:41
Dünya
22 Avqust 22:58
Dünya
22 Avqust 22:37
Dünya
22 Avqust 21:59
Dünya
22 Avqust 21:34
Dünya
22 Avqust 20:58
Dünya
22 Avqust 20:35
Dünya
22 Avqust 19:55
Dünya
22 Avqust 19:15
Sosial
22 Avqust 18:50
İqtisadiyyat
22 Avqust 18:27
İdman
22 Avqust 17:41
İdman
22 Avqust 17:10
Sosial
22 Avqust 16:45
Mədəniyyət
22 Avqust 16:20
Mədəniyyət
22 Avqust 15:35
Sosial
22 Avqust 15:20
İqtisadiyyat
22 Avqust 14:54
Sosial
22 Avqust 14:10
Sosial
22 Avqust 13:57
İdman
22 Avqust 13:37
Siyasət
22 Avqust 12:48
Gündəm
22 Avqust 11:55
Gündəm
22 Avqust 11:30
Gündəm
22 Avqust 11:15
MEDİA
22 Avqust 10:55
İqtisadiyyat
22 Avqust 10:40
İqtisadiyyat
22 Avqust 10:20
Sosial
22 Avqust 09:55
Analitik
22 Avqust 09:45
Elm
22 Avqust 09:30
Mədəniyyət
22 Avqust 09:15
Ədəbiyyat
22 Avqust 08:48
Dünya
21 Avqust 23:57
Dünya
21 Avqust 23:34
Dünya
21 Avqust 22:58
Dünya
21 Avqust 22:32
Dünya
21 Avqust 21:59
Dünya
21 Avqust 21:38
Dünya
21 Avqust 20:57
Dünya
21 Avqust 20:35
Dünya
21 Avqust 19:55
Dünya
21 Avqust 19:35
İdman
21 Avqust 18:58
Mədəniyyət
21 Avqust 18:45
Mədəniyyət
21 Avqust 18:16
İqtisadiyyat
21 Avqust 17:45
İqtisadiyyat
21 Avqust 17:15
Elm
21 Avqust 16:58
Sosial
21 Avqust 16:35
Sosial
21 Avqust 16:15
Elm
21 Avqust 15:55
Gündəm
21 Avqust 15:50
Elm
21 Avqust 15:25
Mədəniyyət
21 Avqust 14:48
Dünya
21 Avqust 13:58
Gündəm
21 Avqust 13:38
Dünya
21 Avqust 13:38
Siyasət
21 Avqust 12:48
İqtisadiyyat
21 Avqust 11:58
Sosial
21 Avqust 11:48
Analitik
21 Avqust 11:38
Analitik
21 Avqust 11:30
Analitik
21 Avqust 11:10
İqtisadiyyat
21 Avqust 10:45
İqtisadiyyat
21 Avqust 10:15
İqtisadiyyat
21 Avqust 09:45
Gündəm
21 Avqust 09:20
Gündəm
21 Avqust 09:05

