Azərbaycanın bir çox yerlərində şəhərsalma çox sürətli inkişaf edir
20.05.2026 [10:40]
Mansur Quliyev
YAP Ağdam rayon təşkilatının sədri
2026-cı il mayın 18-də Bakı şəhərində keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası çərçivəsində Prezident İlham Əliyev tərəfindən səsləndirilən fikirlər Azərbaycanın müasir inkişaf strategiyasının əsas istiqamətlərini bir daha ortaya qoydu. Dövlət başçısının “Azərbaycanın bir çox yerlərində şəhərsalma çox sürətli inkişaf edir” tezisi ölkəmizdə həyata keçirilən genişmiqyaslı quruculuq və abadlıq siyasətinin real nəticələrini əks etdirir.
Son illərdə Azərbaycanda şəhərsalma siyasəti yalnız yeni binaların tikintisi ilə məhdudlaşmır. Bu proses müasir infrastrukturun qurulmasını, ekoloji tarazlığın qorunmasını, nəqliyyat sisteminin yenilənməsini, sosial obyektlərin yaradılmasını və insanların rahat yaşayışının təmin edilməsini özündə birləşdirən kompleks inkişaf modelidir. Xüsusilə paytaxt Bakı ilə yanaşı regionlarda həyata keçirilən layihələr ölkənin balanslı inkişaf strategiyasının mühüm göstəricisinə çevrilib.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi islahatlar nəticəsində Azərbaycan şəhərlərinin siması əsaslı şəkildə dəyişib. Yeni yollar, körpülər, parklar, yaşayış kompleksləri, məktəblər, xəstəxanalar və ictimai xidmət obyektləri müasir şəhərsalma prinsiplərinə uyğun şəkildə inşa olunur. Bu proses həm ölkə vətəndaşlarının rifahına xidmət edir, həm də Azərbaycanın beynəlxalq nüfuzunu artırır.
Xüsusi qeyd olunmalıdır ki, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri dünyanın ən böyük şəhərsalma layihələrindən biri hesab olunur. Qarabağ və Şərqi Zəngəzurda “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqi Azərbaycanın innovativ inkişaf modelinə sadiqliyini nümayiş etdirir. Müasir memarlıq üslubu ilə milli ənənələrin vəhdəti bu bölgələrin gələcək inkişaf perspektivlərini daha da genişləndirir.
Ağdam, Füzuli, Zəngilan, Laçın və digər şəhərlərdə həyata keçirilən layihələr yalnız infrastrukturun bərpasını deyil, həm də insanların doğma yurdlarına təhlükəsiz və rahat qayıdışını təmin etməyə yönəlib. Yeni yaşayış massivləri, hava limanları, magistral yollar və enerji infrastrukturu Azərbaycanın uzunmüddətli inkişaf strategiyasının tərkib hissəsidir.
Ümumdünya Şəhərsalma Forumunun Bakıda keçirilməsi də təsadüfi deyil. Bu mötəbər beynəlxalq platformanın Azərbaycanda təşkil olunması ölkəmizin şəhərsalma, dayanıqlı inkişaf və müasir urbanizasiya sahəsində əldə etdiyi uğurların beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilməsinin göstəricisidir. Bakı artıq təkcə regionun siyasi və iqtisadi mərkəzlərindən biri deyil, eyni zamanda müasir şəhər idarəçiliyi və urbanizasiya nümunəsi kimi diqqət çəkir.
Prezident İlham Əliyevin forumda səsləndirdiyi fikirlər göstərir ki, Azərbaycanda şəhərsalma siyasəti gələcəyə hesablanmış strateji xətt üzrə davam etdirilir. Dövlətimizin əsas məqsədi insanların rahat, təhlükəsiz və müasir şəraitdə yaşamasını təmin etmək, şəhər və kəndlərimizi yüksək yaşayış standartlarına uyğun inkişaf etdirməkdir. Bu gün Azərbaycanın müxtəlif bölgələrində müşahidə olunan sürətli quruculuq prosesi ölkənin iqtisadi gücünün, siyasi sabitliyinin və uğurlu dövlət idarəçiliyinin bariz nümunəsidir.
Xəbər lenti
Hamısına baxSiyasət
22 Avqust 12:48
Gündəm
22 Avqust 11:55
Gündəm
22 Avqust 11:30
Gündəm
22 Avqust 11:15
MEDİA
22 Avqust 10:55
İqtisadiyyat
22 Avqust 10:40
İqtisadiyyat
22 Avqust 10:20
Sosial
22 Avqust 09:55
Analitik
22 Avqust 09:45
Elm
22 Avqust 09:30
Mədəniyyət
22 Avqust 09:15
Ədəbiyyat
22 Avqust 08:48
Dünya
21 Avqust 23:57
Dünya
21 Avqust 23:34
Dünya
21 Avqust 22:58
Dünya
21 Avqust 22:32
Dünya
21 Avqust 21:59
Dünya
21 Avqust 21:38
Dünya
21 Avqust 20:57
Dünya
21 Avqust 20:35
Dünya
21 Avqust 19:55
Dünya
21 Avqust 19:35
İdman
21 Avqust 18:58
Mədəniyyət
21 Avqust 18:45
Mədəniyyət
21 Avqust 18:16
İqtisadiyyat
21 Avqust 17:45
İqtisadiyyat
21 Avqust 17:15
Elm
21 Avqust 16:58
Sosial
21 Avqust 16:35
Sosial
21 Avqust 16:15
Elm
21 Avqust 15:55
Gündəm
21 Avqust 15:50
Elm
21 Avqust 15:25
Mədəniyyət
21 Avqust 14:48
Dünya
21 Avqust 13:58
Gündəm
21 Avqust 13:38
Dünya
21 Avqust 13:38
Siyasət
21 Avqust 12:48
İqtisadiyyat
21 Avqust 11:58
Sosial
21 Avqust 11:48
Analitik
21 Avqust 11:38
Analitik
21 Avqust 11:30
Analitik
21 Avqust 11:10
İqtisadiyyat
21 Avqust 10:45
İqtisadiyyat
21 Avqust 10:15
İqtisadiyyat
21 Avqust 09:45
Gündəm
21 Avqust 09:20
Gündəm
21 Avqust 09:05
Dünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37

