Qlobal şəhərsalma gündəliyinin Bakı zirvəsi
20.05.2026 [10:55]
2026-cı il mayın 18-də Bakıda keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası – WUF13 təkcə beynəlxalq tədbir deyil, Azərbaycanın müasir inkişaf modelinin dünyaya təqdimatı oldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev forumun açılış mərasimində etdiyi çıxışla həm qlobal urbanizasiya çağırışlarına münasibət bildirdi, həm də Azərbaycanın şəhərsalma sahəsində qazandığı uğurları beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı.
Bakının belə mötəbər tədbirə ev sahibliyi etməsi təsadüfi deyil. Son illər Azərbaycan paytaxtı beynəlxalq siyasi, iqtisadi və humanitar platformaların əsas ünvanlarından birinə çevrilib. COP29-dan sonra WUF13 kimi nüfuzlu forumun da məhz Bakıda keçirilməsi ölkəmizə olan etimadın və Azərbaycanın qlobal miqyasda artan nüfuzunun göstəricisidir. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, forumda 182 ölkədən 45 mindən çox iştirakçının qeydiyyatdan keçməsi tədbirin miqyasını və əhəmiyyətini aydın şəkildə nümayiş etdirdi.
Dövlət başçısının çıxışında xüsusi vurğulanan məqamlardan biri Azərbaycanın coğrafi və sivilizasiya baxımından oynadığı körpü rolu idi. Prezident İlham Əliyev Azərbaycanın tarixən Şərqlə Qərbin qovuşduğu məkan olduğunu bildirdi və bu harmoniyanın ölkənin memarlığında, şəhərsalma ənənələrində də öz əksini tapdığını diqqətə çatdırdı. İçərişəhərin qədim ruhu ilə müasir Bakının memarlıq ansamblının vəhdəti Azərbaycanın milli kimliyini qorumaqla müasirliyə doğru inamla irəlilədiyini göstərir.
Forum çərçivəsində Prezident İlham Əliyevin çıxışında dayanıqlı inkişaf məsələləri də mühüm yer tutdu. Dövlət başçısı urbanizasiya prosesinin yalnız binaların tikintisi ilə məhdudlaşmadığını, insan amilinin, ekoloji təhlükəsizliyin və sosial rifahın şəhərsalma siyasətinin əsasını təşkil etdiyini vurğuladı. Bu yanaşma Azərbaycanın həyata keçirdiyi genişmiqyaslı infrastruktur layihələrində də aydın görünür. Son illər paytaxt Bakıda və regionlarda salınan parklar, “yaşıl enerji” layihələri, müasir nəqliyyat sistemləri və ekoloji balansın qorunmasına yönəlmiş təşəbbüslər məhz bu strateji baxışın nəticəsidir.
Prezident İlham Əliyevin çıxışında Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa və yenidənqurma proseslərinin mahiyyəti də dolayısı ilə qlobal auditoriyaya çatdırıldı. Azərbaycan işğaldan azad olunmuş ərazilərdə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarını tətbiq etməklə müasir şəhərsalmanın yeni modelini formalaşdırır. Bu layihələr təkcə regionun bərpası deyil, həm də gələcəyin şəhərlərinin necə qurulmalı olduğuna dair mühüm nümunədir. Azərbaycanın bu sahədə əldə etdiyi təcrübə artıq beynəlxalq səviyyədə maraq doğurur.
WUF13 həm də Azərbaycanın beynəlxalq əməkdaşlıq platforması kimi artan rolunu nümayiş etdirdi. Forumda dünyanın müxtəlif ölkələrindən dövlət və hökumət nümayəndələrinin, ekspertlərin, memarların və urbanistlərin iştirakı Bakı şəhərini qlobal fikir mübadiləsinin mərkəzinə çevirdi. Prezident İlham Əliyevin çıxışı isə Azərbaycanın yalnız regional deyil, qlobal məsələlərdə də fəal söz sahibi olduğunu bir daha təsdiqlədi.
Bu gün dünya sürətli urbanizasiya, iqlim dəyişiklikləri və resurs çatışmazlığı kimi ciddi çağırışlarla üz-üzədir. Belə bir dövrdə Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası beynəlxalq həmrəyliyin və ortaq yanaşmanın vacibliyini ön plana çıxardı. Prezident İlham Əliyevin çıxışı isə göstərdi ki, Azərbaycan dayanıqlı inkişaf, müasir şəhərsalma və insan mərkəzli inkişaf konsepsiyalarını dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi qəbul edir.
WUF13-ün Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzunun növbəti təntənəsi olmaqla yanaşı, ölkəmizin gələcəyə hesablanmış inkişaf strategiyasının da təqdimatı idi. Prezident İlham Əliyevin forumdakı çıxışı bir daha nümayiş etdirdi ki, Azərbaycan yalnız öz şəhərlərini deyil, həm də qlobal urbanizasiya gündəliyini formalaşdıran ölkələr sırasında yer almaqdadır.
Gündüz Bayramov
YAP Samux rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43

