Azərbaycan dövlətçiliyinin şanlı tarixi
26.05.2026 [11:13]
Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixində 28 May xüsusi və qürurverici yer tutur. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması elan olunmaqla xalqımız ilk dəfə olaraq müasir və demokratik respublika qurmaq iradəsini bütün dünyaya nümayiş etdirdi. Bu tarixi hadisə təkcə Azərbaycanın deyil, bütün Şərq dünyasının ictimai-siyasi həyatında yeni bir mərhələnin başlanğıcı oldu. Çünki Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində ilk parlamentli demokratik respublika kimi tarixə düşdü.
Cümhuriyyətin yaradılması xalqımızın milli azadlıq ideallarının gerçəkləşməsi idi. Həmin dövrdə ölkədə demokratik dövlət institutlarının formalaşdırılması, milli ordunun yaradılması, dövlət atributlarının qəbul edilməsi, ana dilinin dövlət dili elan olunması və təhsilin inkişafı istiqamətində mühüm addımlar atıldı. Qadınlara seçki hüququnun verilməsi isə Azərbaycan Xalq Cümhuriyyətinin nə qədər mütərəqqi və demokratik dövlət olduğunu göstərən mühüm faktlardan biridir.
Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay fəaliyyət göstərsə də, xalqımızın yaddaşında silinməz iz qoydu və müstəqil dövlətçilik ənənələrinin əsasını yaratdı. 1920-ci ildə Cümhuriyyət süqut etsə də, xalqımızın azadlıq arzusu heç vaxt sönmədi. Məhz bu ideyalar sonrakı dövrlərdə Azərbaycanın yenidən müstəqilliyinə qovuşmasına zəmin yaratdı.
1991-ci ildə Azərbaycan yenidən dövlət müstəqilliyini bərpa etdikdən sonra xalqımızın qarşısında mühüm vəzifələr dayanırdı. Həmin çətin və mürəkkəb dövrdə ölkəmizin xilası və dövlətçiliyin qorunması missiyasını öz üzərinə götürən Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməllər üzərində inkişafını təmin etdi. Ümummilli lider Azərbaycan Xalq Cümhuriyyətinin irsini daim yüksək qiymətləndirərək deyirdi:“Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın tarixində böyük bir hadisə olmuşdur. O, Azərbaycan xalqının müstəqillik arzularını həyata keçirmişdir.”
Ulu öndərin həyata keçirdiyi dövlətçilik siyasəti nəticəsində Azərbaycan beynəlxalq aləmdə öz layiqli yerini tutdu, milli birlik və siyasi sabitlik təmin olundu. Bu siyasi kurs bu gün də uğurla davam etdirilir.
Prezident İlham Əliyev rəhbərliyi ilə Azərbaycan daha da güclənərək regionun aparıcı dövlətinə çevrilmişdir. Dövlət başçısı dəfələrlə vurğulamışdır ki, müasir Azərbaycan dövləti Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisidir.
Son illərdə Azərbaycanın əldə etdiyi böyük uğurlar, xüsusilə torpaqlarımızın işğaldan azad olunması dövlətimizin qüdrətini və xalqımızın birliyini bütün dünyaya nümayiş etdirdi. Bu gün Azərbaycanın üçrəngli bayrağı Qarabağda və Şərqi Zəngəzurda qürurla dalğalanır. Bu, həm tarixi ədalətin bərpası, həm də Azərbaycan Xalq Cümhuriyyətinin ideallarının zəfəridir.
Bu baxımdan aşağıdakı fikir böyük mənəvi və siyasi əhəmiyyət daşıyır:
“Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı kimi Azərbaycan Bayrağının bu gün artıq işğaldan azad olunmuş ərazilərdə dalğalanması Azərbaycan Prezidenti İlham Əliyevin gələcək nəsillərə unudulmaz dövlətçilik əmanətidir.”
Bu gün 28 May – Müstəqillik Günü xalqımız tərəfindən böyük qürur və ehtiramla qeyd olunur. Bu əlamətdar tarix bizə bir daha xatırladır ki, müstəqillik xalqımızın ən böyük sərvətidir. Azərbaycanın əldə etdiyi nailiyyətlər, güclü ordusu, dayanıqlı iqtisadiyyatı və beynəlxalq nüfuzu müstəqil dövlətimizin gələcəyinin daha parlaq olacağından xəbər verir.
28 May yalnız bir tarix deyil, milli qürurumuzun, azadlıq ruhumuzun və dövlətçilik ənənələrimizin rəmzidir. Hər bir azərbaycanlı bu müqəddəs günü ehtiramla qeyd edir, şəhidlərimizin xatirəsini minnətdarlıqla yad edir və müstəqil Azərbaycanın daha da qüdrətlənməsi naminə birlik nümayiş etdirir.
Sahib Şükürov
YAP Göyçay rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29

