20 Yanvar tariximizin unudulmaz qəhrəmanlıq salnaməsidir
17.01.2014 [10:35]
YAP Nərimanov rayon təşkilatında 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar tədbir keçirilib
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatının Qadınlar Şurası 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar tədbir keçirib. Tədbiri giriş sözü ilə açan rayon təşkilatının Qadınlar Şurasının sədri Məhəbbət İbrahimova 20 Yanvar faciəsinin başvermə səbəbləri, keçmiş sovet ordusunun Bakıda törətdiyi cinayətlər haqqında ətraflı məlumat verib. M.İbrahimova deyib ki, 20 Yanvar tariximizin unudulmaz qəhrəmanlıq salnaməsidir: “Həmin gün Azərbaycan xalqı özünün yenilməzliyini, müstəqillik uğrunda mübarizə əzminin sarsılmazlığını bütün dünyaya sübut etdi. Xalqımızın azadlıq uğrunda apardığı mücadilə öz nəticəsini verdi. Uzun illər həsrətində olduğumuz müqəddəs arzuya, azadlığa qovuşduq. 20 Yanvar faciəsinin 24-cü ildönümü ərəfəsində biz ötən illəri xatırlamalı, xalqımızın ağır sınaqlardan necə şərəflə çıxdığını iftixar hissi ilə qeyd etməliyik. Ümummilli liderimiz Heydər Əliyevin zəngin siyasi təcrübəsi, dövlətçilik məharəti, cəsarətli addımları sayəsində Azərbaycanda anarxiyanın, xaosun kökü kəsildi, sabitlik bərqərar oldu, Ermənistanla müharibədə atəşkəsə nail olundu, xalqımızın inamı özünə qaytarıldı, Azərbaycan müstəqilliyini itirmək təhlükəsindən xilas olaraq sabit və rəvan yola qədəm qoydu. 20 Yanvar faciəsində insanlar müstəqilliyimiz uğrunda şəhid oldular və bu gün müstəqil ölkəmiz sürətlə inkişaf edir, yeni-yeni nailiyyətlər qazanır. Ona görə də, şəhidlərimizin ruhu rahatdır”.
Millət vəkili Jalə Əliyeva çıxışında bildirib ki, bu faciə bütövlükdə Türk dünyasının faciəsidir. Onun sözlərinə görə, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunları Bakıya yeridilərək dinc əhaliyə divan tutub, qırğınlar törədib: “O dəhşətli gecədə əliyalın insanlara, o cümlədən, uşaqlara və qocalara qarşı qəddarlıq göstərilib, günahsız qanlar tökülüb. Həmin gün xalqımız böyük faciə ilə üzləşsə də, özünün Vətənə, torpağa sədaqətini, qəhrəmanlığını, azadlıq, müstəqillik uğrunda mübarizliyini, sarsılmazlığını bütün dünyaya sübut etdi. 20 Yanvar faciəsi ermənipərəst Sovet rəhbərliyinin Azərbaycana qarşı məkrli niyyətini bir daha açıb göstərdi. Hadisədən dərhal sonra xalqımızın böyük oğlu, dünyaşöhrətli siyasətçi Heydər Əliyev Özünün və ailə üzvlərinin həyatı üçün təhlükəyə baxmayaraq, Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək imperiyanın əsl niyyətlərini bütün dünyaya bəyan etdi. Ulu öndər xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdandan sonra bu qanlı aksiyaya siyasi-hüquqi qiymət verildi. 24 il əvvəl öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucalıblar. 20 Yanvar faciəsi Azərbaycan xalqının azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi yazılıb”.
Millət vəkili Kamilə Əliyeva bildirib ki, 1990-cı il yanvarın 20-nə keçən gecə törədilmiş o dəhşətli hadisələr Azərbaycanda baş qaldıran azadlıq hərəkatına qarşı yönəlmiş amansız bir aksiya idi: “Xalqımızın gözünü qorxutmaq, mübarizə əzmini qırmaq üçün keçmiş imperiya rəhbərliyinin, xüsusilə də, Mixail Qorbaçovun əmri ilə Azərbaycana sovet ordusunun nizami qoşun hissələri yeridilib, bunun nəticəsində 137 nəfər günahsız insan qətlə yetirilib, 700-dək adam ağır yaralanıb və xəsarət alıb. Azərbaycanın o dövrdəki səriştəsiz, bacarıqsız rəhbərləri isə faciənin qarşısını almaq, xalqı bu dəhşətli bəladan qurtarmaq əvəzinə, hakimiyyət uğrunda savaşa çıxmışdılar”.
Tədbirdə digər çıxış edənlər də 1990-cı ilin Qanlı Yanvarında Azərbaycan xalqına qarşı misli görünməmiş vəhşilik törədildiyini bildirib, bu faciənin yaranma səbəbləri, tarixi kökləri barədə danışıb, insanlıq əleyhinə olan bu cinayətin cəzasız qalmayacağına əminliklərini ifadə ediblər.
Sonda məktəblilər 20 Yanvar facəsinə həsr olunmuş ədəbi-bədii kompozisiya təqdim ediblər.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24

