Aqrar siyasətin prioritetləri: davamlı inkişaf fonunda yeni hədəflər
01.06.2026 [10:04]
Elşən Alıyev
YAP Daşkəsən rayon təşkilatının sədr müavini
Prezident İlham Əliyevin kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə qeyd etdiyi fikirlər aqrar sahənin strateji əhəmiyyətini bir daha ön plana çıxarıb. Aqrar sahənin inkişafı iqtisadi yüksəlişlə yanaşı, sosial sabitliyin təmin olunmasında da mühüm rol oynayır.
Son illər həyata keçirilən regional inkişaf proqramları bölgələrin sosial-iqtisadi mənzərəsini əhəmiyyətli dərəcədə dəyişib. Yol, enerji, qaz, içməli su və digər infrastruktur layihələrinin icrası kənd təsərrüfatının inkişafı üçün geniş imkanlar yaradıb. Bölgələrdə aqroparkların və emal müəssisələrinin yaradılması məhsul istehsalının artırılmasına, yeni iş yerlərinin açılmasına və kənd əhalisinin məşğulluğunun gücləndirilməsinə mühüm töhfə verib. Bu siyasətin nəticəsində regionların iqtisadi potensialı genişlənib və kənd təsərrüfatı daha müasir əsaslar üzərində inkişaf etməyə başlayıb.
Müşavirədə aqrar sahəyə göstərilən dövlət dəstəyinin əhəmiyyətinə xüsusi diqqət yetirilib. Fermerlərə təqdim olunan subsidiya mexanizmləri, güzəştli kreditlər, yanacaq və gübrə güzəştləri istehsal xərclərinin azalmasına və məhsuldarlığın artmasına mühüm təsir göstərir. Bu dəstək mexanizmləri kənd təsərrüfatının dayanıqlı inkişafını təmin edən əsas amillərdən biridir. Dövlət tərəfindən həyata keçirilən təşviq siyasəti fermerlərin fəaliyyət imkanlarını genişləndirir və aqrar sahədə sahibkarlıq fəallığını artırır.
Kəndlərdə yaradılan yeni imkanlar aqrar fəaliyyətlə yanaşı, turizm, xidmət və kiçik sahibkarlıq sahələrinin də inkişafını sürətləndirir. Bu yanaşma regionların kompleks inkişafını təmin etməklə yanaşı, sosial rifahın yüksəlməsinə də xidmət edir. Müşavirədə səsləndirilən statistik göstəricilər aqrar sahədə əldə olunan uğurların miqyasını nümayiş etdirir. Tərəvəz və meyvə istehsalı üzrə daxili tələbatın tam ödənilməsi, yüksək ixrac göstəricilərinin əldə olunması aqrar potensialın genişlənməsindən xəbər verir. Xüsusilə fındıqçılıq, meyvəçilik və tərəvəzçilik sahələrində əldə olunan nəticələr ixrac imkanlarının artmasına və kənd təsərrüfatının beynəlxalq bazarlarda rəqabət qabiliyyətinin yüksəlməsinə səbəb olub.
Heyvandarlıq sahəsində əldə olunan nəticələr də xüsusi diqqət çəkir. Ət, süd, yumurta və digər ərzaq məhsulları üzrə daxili istehsalın artırılması ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Qlobal bazarlarda müşahidə olunan qiymət dəyişiklikləri və iqtisadi risklər fonunda daxili istehsal imkanlarının gücləndirilməsi strateji məsələ kimi ön plana çıxır. Bu baxımdan aqrar sahəyə yeni investisiyaların cəlb olunması və müasir texnologiyaların tətbiqi xüsusi əhəmiyyət daşıyır.
Aqrar sahədə mövcud olan potensial və yaradılmış əlverişli biznes mühiti investorlar üçün geniş imkanlar yaradır. Xarici şirkətlərin müasir texnologiyalar və innovativ idarəetmə təcrübəsi aqrar istehsalın keyfiyyətinin yüksəldilməsinə və məhsuldarlığın artırılmasına mühüm töhfə verəcəkdir. Eyni zamanda, yerli sahibkarların fəallığının artırılması daxili bazarın daha da genişlənməsinə və yeni ixrac istiqamətlərinin formalaşmasına şərait yaradır. Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin sayı ildən-ilə artır: “Bizim dünya miqyasında çox yüksək reputasiyamız var, çox müsbət imicimiz var. Azərbaycan artıq dünyada orta gücə malik olan dövlət kimi tanınır və bir çox ölkələrin şirkətləri müxtəlif sahələrdə bizimlə əməkdaşlıq etmək istəyirlər. Biz, əlbəttə ki, bütün şirkətlərə, o cümlədən xarici investorlara qanun çərçivəsində lazımi şərait yaradırıq”.
Aqrar sahənin inkişafı bütövlükdə regionların sosial-iqtisadi tərəqqisinə xidmət edir. Bu sahədə həyata keçirilən siyasət kənd yerlərində həyat səviyyəsinin yüksəlməsinə, yeni məşğulluq imkanlarının yaranmasına və əhalinin rifahının yaxşılaşmasına töhfə verir. Kənd təsərrüfatının inkişafı həm də qeyri-neft sektorunun gücləndirilməsi və iqtisadiyyatın şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Bu gün qarşıda duran əsas vəzifələrdən biri aqrar sahədə innovativ yanaşmaların genişləndirilməsi, rəqəmsal texnologiyaların tətbiqi və məhsuldarlığın artırılmasıdır. Müasir çağırışlar kənd təsərrüfatında yeni idarəetmə modellərinin tətbiqini və daha çevik iqtisadi mexanizmlərin formalaşdırılmasını zəruri edir. Dövlət dəstəyi, sahibkar təşəbbüsü və investisiya imkanları bir araya gəldikdə aqrar sahənin gələcək inkişaf perspektivləri daha da genişlənəcək və kənd təsərrüfatı iqtisadiyyatın aparıcı istiqamətlərindən biri kimi mövqeyini daha da möhkəmləndirəcəkdir.
Xəbər lenti
Hamısına baxDünya
21 Avqust 23:57
Dünya
21 Avqust 23:34
Dünya
21 Avqust 22:58
Dünya
21 Avqust 22:32
Dünya
21 Avqust 21:59
Dünya
21 Avqust 21:38
Dünya
21 Avqust 20:57
Dünya
21 Avqust 20:35
Dünya
21 Avqust 19:55
Dünya
21 Avqust 19:35
İdman
21 Avqust 18:58
Mədəniyyət
21 Avqust 18:45
Mədəniyyət
21 Avqust 18:16
İqtisadiyyat
21 Avqust 17:45
İqtisadiyyat
21 Avqust 17:15
Elm
21 Avqust 16:58
Sosial
21 Avqust 16:35
Sosial
21 Avqust 16:15
Elm
21 Avqust 15:55
Gündəm
21 Avqust 15:50
Elm
21 Avqust 15:25
Mədəniyyət
21 Avqust 14:48
Dünya
21 Avqust 13:58
Gündəm
21 Avqust 13:38
Dünya
21 Avqust 13:38
Siyasət
21 Avqust 12:48
İqtisadiyyat
21 Avqust 11:58
Sosial
21 Avqust 11:48
Analitik
21 Avqust 11:38
Analitik
21 Avqust 11:30
Analitik
21 Avqust 11:10
İqtisadiyyat
21 Avqust 10:45
İqtisadiyyat
21 Avqust 10:15
İqtisadiyyat
21 Avqust 09:45
Gündəm
21 Avqust 09:20
Gündəm
21 Avqust 09:05
Dünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55
Dünya
20 Avqust 12:25
Gündəm
20 Avqust 11:58
Gündəm
20 Avqust 11:38
Gündəm
20 Avqust 11:15
Gündəm
20 Avqust 10:45

