Azərbaycanın aqrar siyasətinin əsas istiqamətləri
01.06.2026 [14:14]
Toğrul Zeynalov
YAP Ağdam rayon təşkilatının əməkdaşı
Prezident İlham Əliyevin kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədəki çıxışı Azərbaycanın aqrar siyasətinin əsas istiqamətlərini və gələcək inkişaf prioritetlərini bir daha aydın şəkildə ortaya qoymuşdur. Dövlət başçısı çıxışında kənd təsərrüfatının yalnız iqtisadi sahə deyil, həm də ölkənin sosial rifahı, ərzaq təhlükəsizliyi və regionların davamlı inkişafı baxımından strateji əhəmiyyət daşıdığını vurğulamışdır. Son illərdə həyata keçirilən məqsədyönlü dövlət proqramları nəticəsində aqrar sektorda böyük inkişafın müşahidə olunduğunu bildirən Prezident İlham Əliyev fermerlərə göstərilən dövlət dəstəyinin ildən-ilə genişləndirildiyini diqqətə çatdırmışdır. Subsidiyaların verilməsi, güzəştli kreditlərin ayrılması, kənd təsərrüfatı texnikalarının yenilənməsi və müasir texnologiyaların tətbiqi nəticəsində məhsuldarlığın artdığı qeyd edilmişdir. Dövlət başçısı xüsusilə vurğulamışdır ki, qəbul edilmiş proqramlar və qərarlar böyük dönüşə səbəb olub və bu dönüş kənd təsərrüfatının inkişafında yeni mərhələnin əsasını qoyub. Çıxış zamanı aqroparkların yaradılması, emal müəssisələrinin fəaliyyətə başlaması və ixrac potensialının genişləndirilməsi ölkənin qeyri-neft sektorunun inkişafına mühüm töhfə kimi qiymətləndirilmişdir.
Prezident İlham Əliyev müşavirədə dünyada baş verən iqtisadi və iqlim dəyişikliklərinin kənd təsərrüfatına təsirindən də geniş bəhs etmişdir. Dövlət başçısı qeyd etmişdir ki, bu gün dünyada gedən meyillər kənd təsərrüfatının istehsalına da mənfi təsir göstərir və belə bir şəraitdə hər bir dövlət öz daxili istehsal imkanlarını artırmağa çalışmalıdır. Azərbaycanın da bu istiqamətdə mühüm addımlar atdığı və ərzaq təhlükəsizliyinin təmin olunmasının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğu vurğulanmışdır. Su ehtiyatlarından səmərəli istifadə edilməsi, yeni meliorasiya və irriqasiya layihələrinin həyata keçirilməsi, müasir damcı suvarma sistemlərinin tətbiqi aqrar sahənin dayanıqlı inkişafına xidmət edən əsas amillər kimi qeyd olunmuşdur. Prezident İlham Əliyev kənd təsərrüfatında innovativ yanaşmaların və rəqəmsal idarəetmə sistemlərinin tətbiqinin vacibliyini də diqqətə çatdırmışdır. Bildirilmişdir ki, elektron kənd təsərrüfatı sistemi şəffaflığın təmin olunmasına, fermerlərin işinin asanlaşdırılmasına və dövlət dəstəyinin daha operativ şəkildə həyata keçirilməsinə imkan yaradır. Dövlət başçısı aqrar sahənin inkişafının ölkənin iqtisadi müstəqilliyinin daha da möhkəmlənməsinə xidmət etdiyini xüsusi vurğulamışdır.
Müşavirədə kəndlərin inkişafı və regionlarda sosial rifahın yüksəldilməsi məsələləri də xüsusi diqqət mərkəzində olmuşdur. Prezident İlham Əliyev qeyd etmişdir ki, Regional İnkişaf proqramlarını icra etdikcə sosial infrastruktur layihələrini də uğurla icra etmişik və bunun nəticəsində Azərbaycan kəndlərinin siması tamamilə dəyişmişdir. Son illərdə regionlarda yolların çəkilməsi, məktəblərin, xəstəxanaların, mədəniyyət ocaqlarının və digər sosial obyektlərin tikintisi kənd yerlərində həyat səviyyəsinin yüksəlməsinə səbəb olmuşdur. Dövlət başçısı xüsusi olaraq vurğulamışdır ki, biz elə etməliyik ki, kəndlərdən şəhərlərə yox, şəhərlərdən kəndlərə qayıdış prosesi başlasın. Bu məqsədlə kəndlərdə yeni iş yerlərinin yaradılması, aqrar sahədə çalışan insanların rifahının yüksəldilməsi və gənclərin kənd təsərrüfatına marağının artırılması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Prezident İlham Əliyevin müşavirədə səsləndirdiyi fikirlər bir daha göstərir ki, kənd təsərrüfatının inkişafı Azərbaycanın dövlət siyasətində əsas prioritetlərdən biri olaraq qalır və gələcək illərdə bu sahədə daha böyük uğurların əldə olunması üçün bütün imkanlar mövcuddur.
Xəbər lenti
Hamısına baxDünya
23 İyul 18:28
Dünya
23 İyul 17:10
YAP xəbərləri
23 İyul 17:08
YAP xəbərləri
23 İyul 17:04
Elm
23 İyul 16:19
YAP xəbərləri
23 İyul 15:52
Sosial
23 İyul 15:47
YAP xəbərləri
23 İyul 15:35
Sosial
23 İyul 15:31
Sosial
23 İyul 15:30
Sosial
23 İyul 15:29
YAP xəbərləri
23 İyul 15:08
İqtisadiyyat
23 İyul 14:20
Dünya
23 İyul 13:26
Sosial
23 İyul 13:03
Xəbər lenti
23 İyul 12:20
Gündəm
23 İyul 11:46
Ədəbiyyat
23 İyul 11:30
Sosial
23 İyul 11:28
Sosial
23 İyul 11:17
Elm
23 İyul 11:16
İqtisadiyyat
23 İyul 11:15
Sosial
23 İyul 11:10
Gündəm
23 İyul 11:09
Gündəm
23 İyul 11:07
Xəbər lenti
23 İyul 11:06
Dünya
23 İyul 10:58
Gündəm
23 İyul 10:36
YAP xəbərləri
23 İyul 10:28
Sosial
23 İyul 10:26
YAP xəbərləri
23 İyul 10:23
Dünya
23 İyul 10:22
Analitik
23 İyul 10:15
Analitik
23 İyul 09:59
Sosial
23 İyul 09:48
Dünya
23 İyul 09:42
Dünya
23 İyul 09:14
Dünya
23 İyul 08:50
Dünya
23 İyul 08:37
İqtisadiyyat
22 İyul 23:17
Dünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46
YAP xəbərləri
22 İyul 21:33
Dünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30
Dünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Sosial
22 İyul 14:51
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51

