20 Yanvar faciəsinin qurbanları Şirvan şəhərində anılıb
22.01.2014 [11:41]
Qanlı 20 Yanvar faciəsinin 24-cü ildönümü ilə əlaqədar Yeni Azərbaycan Partiyası (YAP) Şirvan şəhər təşkilatı “Şəhidlər unudulmur” mövzusunda elmi-praktiki konfrans keçirib. YAP Şirvan şəhər təşkilatının qərargahında keçirilən tədbirdə Şirvan şəhər Gənclər və İdman İdarəsinin rəisi Azər Quliyev 20 Yanvar faciəsinin baş vermə səbəblərindən, o dövrdəki ictimai-siyasi vəziyyətdən, xalqımızın azadlıq mübarizəsindən danışıb.
Çıxış edən YAP Şirvan şəhər təşkilatının sədri Əbülhəsən İbrahimov ölkəmizin azadlığı uğrunda şəhid olmuş insanların qəhrəmanlıq salnaməsindən bəhs açıb. Rayon təşkilatının sədri vurğulayıb ki, müasir silahlarla silahlanmış ordunun qarşısına əliyalın çıxmaq böyük qəhrəmanlıqdır. Məhz bu mübarizlik əzmi 20 Yanvar tarixini Azərbaycan tarixinə qızıl hərflərlə həkk etdi. Natiq bu insanların öz ölümləriylə torpağa sədaqətini, qəhrəmanlığını, azadlıq və müstəqillik uğrunda mübarizə əzmini, sarsılmazlığını bir daha nümayiş etdirdiklərini deyib: “Həmin gün şəhid olmuş insanlar azad Azərbaycanın yaranması uğrunda canlarını verdilər. O dövrdə hamının imperiyanın güc maşınınıdan qorxduğu bir zamanda Ümummilli lider Heydər Əliyev Öz həyatına təhlükə olmasına baxmayaraq bu faciənin arxasında dayanan keçmiş SSRİ rəhbərliyini ittiham etdi. Məhz Ulu öndər 20 Yanvar faciəsinin real qiymət almasına şərait yaratdı və bu faciəyə ilk siyasi qiyməti verdi”.
Daha sonra çıxış edən rayondakı Heydər Əliyev Mərkəzinin direktoru Samirə Abışova, Şirvan şəhər mədəniyyət və turizm şöbəsinin əməkdaşı Nurlan Qədimov, şəhər TTY Stansiyasının həkimi Mətanət Səfərova, 18 saylı məktəb-liseyin müəlliməsi Sürəyya İsmayılova xalqımızın taleyinə həm hüznlü, həm də şərəfli bir gün kimi yazılan 20 Yanvar haqqında fikirlərini bölüşüblər. Qeyd edilib ki, xalqımız hər zaman 20 Yanvar şəhidlərini xatırlayacaq.
Tədbirin sonunda 2, 9 və 18 nömrəli tam orta məktəblərin şagirdləri ədəbi-bədii kompozisiya ilə çıxış ediblər.
P.SADAYOĞLU
Xəbər lenti
Hamısına baxİdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45

