Dünyanın etibarlı enerji tərəfdaşı
04.06.2026 [16:25]
Ölkə Prezidenti cənab İlham Əliyev 1 iyun 2026-cı il tarixdə Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimindəki çıxışında qeyd etdi ki, Azərbaycan uzun illərdir etibarlı enerji tərəfdaşı kimi beynəlxalq aləmdə öz mövqeyini möhkəmləndirib. Xüsusilə son onilliklərdə həyata keçirilmiş iri neft-qaz layihələri ölkənin enerji sektorunun inkişafına güclü təkan verməklə yanaşı, Avropa və digər regionların enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayıb. Prezident vurğuladı ki, Azərbaycan tərəfindən təşəbbüs göstərilən və uğurla reallaşdırılan layihələr beynəlxalq əməkdaşlığın uğurlu nümunəsidir.
Ölkə başçısı Azərbaycanın enerji resurslarının səmərəli idarə olunmasının ölkənin iqtisadi inkişafına ciddi təsir göstərdiyini diqqətə çatdırdı. Bildirildi ki, əldə olunan gəlirlər yalnız enerji sektorunun inkişafına deyil, eyni zamanda sosial layihələrin icrasına, infrastrukturun yenilənməsinə və əhalinin rifahının yaxşılaşdırılmasına yönəldilib. Bu siyasət Azərbaycanın dayanıqlı inkişaf modelinin formalaşmasında mühüm rol oynayıb.
Çıxışda bərpaolunan enerji mənbələrinin inkişafına xüsusi yer ayrıldı. Prezident qeyd etdi ki, qlobal iqlim dəyişiklikləri fonunda alternativ enerji mənbələrinin rolu getdikcə artır və Azərbaycan da bu istiqamətdə fəal siyasət yürüdür. Günəş və külək enerjisi sahəsində mövcud potensialın reallaşdırılması üçün konkret layihələrin icra olunduğunu bildirən dövlət başçısı, ölkənin yaxın illərdə yaşıl enerji istehsalında mühüm regional mərkəzə çevriləcəyini vurğuladı.
Dövlət başçısı İlham Əliyev həmçinin enerji keçidinin mərhələli və balanslı şəkildə həyata keçirilməsinin vacibliyini vurğulayaraq bildirdi ki, ənənəvi enerji resursları hələ uzun müddət qlobal enerji balansında mühüm yer tutacaq və bu baxımdan Azərbaycan öz mövcud resurslarından səmərəli istifadə etməklə yanaşı, yeni enerji mənbələrinə keçidi paralel şəkildə həyata keçirir.
Prezident çıxışında beynəlxalq əməkdaşlığın əhəmiyyətindən də danışaraq qeyd etdi ki, enerji təhlükəsizliyi yalnız ayrı-ayrı ölkələrin deyil, bütövlükdə beynəlxalq ictimaiyyətin qarşısında duran strateji məsələlərdəndir. Bu baxımdan Azərbaycan müxtəlif ölkələr və beynəlxalq şirkətlərlə sıx əməkdaşlıq əlaqələri quraraq qarşılıqlı etimada əsaslanan tərəfdaşlıq modelini formalaşdırıb. Prezident vurğuladı ki, bu əməkdaşlıq yeni layihələrin reallaşdırılmasına və enerji sektorunda innovativ yanaşmaların tətbiqinə imkan yaradır.
Bakı Enerji Həftəsinin əhəmiyyətindən danışan Prezident İlham Əliyev vurğuladı ki, bu tədbir artıq qlobal enerji gündəliyinin mühüm hissəsinə çevrilib. Dünyanın müxtəlif ölkələrindən dövlət rəsmilərini, enerji şirkətlərinin nümayəndələrini və ekspertləri bir araya gətirən bu platforma fikir mübadiləsi, yeni tərəfdaşlıqların qurulması və gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi baxımından böyük əhəmiyyət daşıyır.
Çıxış zamanı Azərbaycan Respublikasının enerji infrastrukturunun inkişafı ilə bağlı həyata keçirilən layihələrə də diqqət çəkildi. Qüyd olundu ki, ölkədə müasir enerji nəqli infrastrukturu yaradılıb və bu, Azərbaycanın enerji resurslarının beynəlxalq bazarlara çıxarılmasını təmin edir. Bu infrastruktur həm də regionda iqtisadi əməkdaşlığın genişlənməsinə xidmət edir.
Prezident İlham Əliyev Azərbaycanın gələcək enerji strategiyası barədə də fikirlərini bölüşərək bildirdi ki, ölkə qarşıdakı illərdə həm ənənəvi, həm də bərpaolunan enerji sahəsində mövqeyini daha da gücləndirməyi hədəfləyir. Bu məqsədlə yeni layihələrin həyata keçirilməsi, xarici investisiyaların cəlb olunması və innovativ texnologiyaların tətbiqi prioritet istiqamətlər kimi müəyyən edilib.
Çıxışın sonunda dövlət başçısı vurğuladı ki, Azərbaycanın enerji siyasəti uzunmüddətli və strateji baxışa əsaslanır. Bu siyasət ölkənin iqtisadi gücünün artırılmasına, beynəlxalq mövqeyinin möhkəmlənməsinə və qlobal enerji təhlükəsizliyinə töhfə verməyə yönəlib. Prezident İlham Əliyevin açılış mərasimində səsləndirdiyi fikirlər bir daha göstərdi ki, Azərbaycan enerji sektorunda etibarlı tərəfdaş və mühüm oyunçu kimi öz rolunu uğurla davam etdirir.
Bütün bunlar göstərir ki, Bakı Enerji Həftəsi çərçivəsində səsləndirilən mesajlar Azərbaycanın enerji siyasətinin ardıcıl, çevik və gələcəyə hesablanmış strategiyaya əsaslandığını nümayiş etdirdi. Bu isə ölkənin həm regionda, həm də qlobal miqyasda enerji sahəsində lider mövqeyini daha da möhkəmləndirəcək, beynəlxalq əməkdaşlığın uğurlu nümunəsi olacaqdır.
Həbibə Vəliyeva
YAP Culfa rayon təşkilatının fəalı
Xəbər lenti
Hamısına baxDünya
21 Avqust 23:57
Dünya
21 Avqust 23:34
Dünya
21 Avqust 22:58
Dünya
21 Avqust 22:32
Dünya
21 Avqust 21:59
Dünya
21 Avqust 21:38
Dünya
21 Avqust 20:57
Dünya
21 Avqust 20:35
Dünya
21 Avqust 19:55
Dünya
21 Avqust 19:35
İdman
21 Avqust 18:58
Mədəniyyət
21 Avqust 18:45
Mədəniyyət
21 Avqust 18:16
İqtisadiyyat
21 Avqust 17:45
İqtisadiyyat
21 Avqust 17:15
Elm
21 Avqust 16:58
Sosial
21 Avqust 16:35
Sosial
21 Avqust 16:15
Elm
21 Avqust 15:55
Gündəm
21 Avqust 15:50
Elm
21 Avqust 15:25
Mədəniyyət
21 Avqust 14:48
Dünya
21 Avqust 13:58
Gündəm
21 Avqust 13:38
Dünya
21 Avqust 13:38
Siyasət
21 Avqust 12:48
İqtisadiyyat
21 Avqust 11:58
Sosial
21 Avqust 11:48
Analitik
21 Avqust 11:38
Analitik
21 Avqust 11:30
Analitik
21 Avqust 11:10
İqtisadiyyat
21 Avqust 10:45
İqtisadiyyat
21 Avqust 10:15
İqtisadiyyat
21 Avqust 09:45
Gündəm
21 Avqust 09:20
Gündəm
21 Avqust 09:05
Dünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55
Dünya
20 Avqust 12:25
Gündəm
20 Avqust 11:58
Gündəm
20 Avqust 11:38
Gündəm
20 Avqust 11:15
Gündəm
20 Avqust 10:45

