“Milli Qurtuluşdan Zəfərə Aparan Yol” mövzusunda tədbir keçirib
10.06.2026 [10:33]
15 İyun – Milli Qurtuluş Günü münasibətilə Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatı Abşeron rayonun Masazır qəsəbəsində fəaliyyət göstərən 7 nömrəli tam orta məktəbində “Milli Qurtuluşdan Zəfərə Aparan Yol” mövzusunda tədbir keçirib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, məktəbin direktoru, Ərazi Partiya təşkilatının sədri Sevda Bayramova və digər çıxış edənlər 15 İyun – Milli Qurtuluş Gününün Azərbaycan tarixindəki müstəsna əhəmiyyətindən danışıblar.
Çıxışlarda qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin 1993-cü il iyunun 9-da xalqın çağırışına səs verərək Bakıya qayıdışı Azərbaycanı parçalanmaq, vətəndaş qarşıdurması və dövlətçiliyin məhv olmaq təhlükəsindən xilas edib. Məhz Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində ölkədə sabitlik və inkişafın əsası qoyulub, müstəqil Azərbaycan dövləti möhkəm təməl üzərində qurulub.
Bildirilib ki, Ulu Öndər özündən sonra xalqımıza güclü siyasi məktəb və layiqli siyasi davamçı miras qoyub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ulu Öndərin siyasi kursunu uğurla davam etdirərək onu dövrün tələblərinə uyğun şəkildə daha da zənginləşdirib. Dövlət başçısının qətiyyətli rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində tarixi Zəfər qazanaraq ölkəmizin ərazi bütövlüyünü və suverenliyini bərpa edib, üçrəngli Dövlət Bayrağımız işğaldan azad olunmuş bütün torpaqlarımızda qürurla dalğalanmağa başlayıb.
Çıxışlarda həmçinin vurğulanıb ki, hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Böyük Qayıdış Proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzur sürətlə yenidən qurulur, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı təmin olunur.
Qeyd olunub ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da ölkəmizin mədəniyyətinin, təhsilinin, səhiyyəsinin və digər sahələrinin inkişafına mühüm töhfələr verir, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun daha da artmasına xidmət edir. Sonda Yeni Azərbaycan Partiyasının fəaliyyətində fəal iştirak edən bir qrup partiyasının fəaliyyətində yaxından iştirak edən bir qurup partiya üzvlərinə YAP Kəlbəcər rayon təşkilatının fəxri fərmanları təqdim edilib.
Xəbər lenti
Hamısına baxDünya
22 Avqust 22:58
Dünya
22 Avqust 22:37
Dünya
22 Avqust 21:59
Dünya
22 Avqust 21:34
Dünya
22 Avqust 20:58
Dünya
22 Avqust 20:35
Dünya
22 Avqust 19:55
Dünya
22 Avqust 19:15
Sosial
22 Avqust 18:50
İqtisadiyyat
22 Avqust 18:27
İdman
22 Avqust 17:41
İdman
22 Avqust 17:10
Sosial
22 Avqust 16:45
Mədəniyyət
22 Avqust 16:20
Mədəniyyət
22 Avqust 15:35
Sosial
22 Avqust 15:20
İqtisadiyyat
22 Avqust 14:54
Sosial
22 Avqust 14:10
Sosial
22 Avqust 13:57
İdman
22 Avqust 13:37
Siyasət
22 Avqust 12:48
Gündəm
22 Avqust 11:55
Gündəm
22 Avqust 11:30
Gündəm
22 Avqust 11:15
MEDİA
22 Avqust 10:55
İqtisadiyyat
22 Avqust 10:40
İqtisadiyyat
22 Avqust 10:20
Sosial
22 Avqust 09:55
Analitik
22 Avqust 09:45
Elm
22 Avqust 09:30
Mədəniyyət
22 Avqust 09:15
Ədəbiyyat
22 Avqust 08:48
Dünya
21 Avqust 23:57
Dünya
21 Avqust 23:34
Dünya
21 Avqust 22:58
Dünya
21 Avqust 22:32
Dünya
21 Avqust 21:59
Dünya
21 Avqust 21:38
Dünya
21 Avqust 20:57
Dünya
21 Avqust 20:35
Dünya
21 Avqust 19:55
Dünya
21 Avqust 19:35
İdman
21 Avqust 18:58
Mədəniyyət
21 Avqust 18:45
Mədəniyyət
21 Avqust 18:16
İqtisadiyyat
21 Avqust 17:45
İqtisadiyyat
21 Avqust 17:15
Elm
21 Avqust 16:58
Sosial
21 Avqust 16:35
Sosial
21 Avqust 16:15
Elm
21 Avqust 15:55
Gündəm
21 Avqust 15:50
Elm
21 Avqust 15:25
Mədəniyyət
21 Avqust 14:48
Dünya
21 Avqust 13:58
Gündəm
21 Avqust 13:38
Dünya
21 Avqust 13:38
Siyasət
21 Avqust 12:48
İqtisadiyyat
21 Avqust 11:58
Sosial
21 Avqust 11:48
Analitik
21 Avqust 11:38
Analitik
21 Avqust 11:30
Analitik
21 Avqust 11:10
İqtisadiyyat
21 Avqust 10:45
İqtisadiyyat
21 Avqust 10:15
İqtisadiyyat
21 Avqust 09:45
Gündəm
21 Avqust 09:20
Gündəm
21 Avqust 09:05
Dünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38

