YAP İsmayıllı rayon təşkilatında “dəyirmi masa” keçirilib
28.01.2014 [09:05]
Yeni Azərbaycan Partiyası (YAP) İsmayıllı rayon təşkilatı Bizlan kənd ərazi ilk partiya təşkilatında “dəyirmi masa” keçirilib.
Tədbiri giriş sözü ilə açan YAP Bizlan ilk partiya təşkilatının sədri Şahbəndər Əmrahıyev Prezident İlham Əliyevin hakimiyyətdə olduğu 10 il ərzində ölkəmizdə bütün sahələrdə inkişafın əldə olunduğunu, Azərbaycanın dünyanın ən sürətlə inkişaf edən ölkələrindən birinə çevrildiyini, o cümlədən, dövlətimizin beynəlxalq aləmdə, dünya birliyində mövqelərinin daha da möhkəmləndiyini önə çəkib. Ş.Əmrahıyev bu uğurların Ulu öndər Heydər Əliyev siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla, parlaq şəkildə davam etdirilməsinin nəticəsində əldə edildiyini vurğulayıb.
Daha sonra çıxış edən YAP İsmayıllı rayon təşkilatının sədri Əzizə Vahabova bildirib ki, Azərbaycan son illər ərzində yerləşdiyi regionun lider dövləti olması ilə yanaşı, dünyada çox böyük nüfuz qazanıb və sürətli inkişaf edən ölkələr sırasına daxil olub. O deyib ki, Azərbaycanın inkişaf strategiyası Ümummilli lider Heydər Əliyev tərəfindən formalaşdırılıb və bu strateji kursu uğurla davam etdirən Prezident İlham Əliyev ölkənin sürətli tərəqqisini təmin edib: “2013-cü ildə də Prezidentimizin rəhbərliyi ilə Azərbaycanın dinamik inkişafı davamlı oldu. Arxada qoyduğumuz il Azərbaycan üçün xarici siyasət prioritetlərinin həyata keçirilməsi baxımından da kifayət qədər uğurlu il oldu. Bu dövrdə Azərbaycan nəinki beynəlxalq əlaqələrini daha da genişləndirdi, həmçinin, regional və dünya miqyasında ölkəmizin milli maraqlarının effektiv şəkildə təmin edilməsi istiqamətində qətiyyətli addımlar atıldı. Cənab Prezident İlham Əliyevin apardığı məqsədyönlü daxili və xarici siyasət müstəqillik və suverenlik prinsiplərinə əsaslanır. Cənubi Qafqaz iqtisadiyyatının 80 faizini təşkil edən Azərbaycan iqtisadiyyatı regionda liderdir”.
Bildirilib ki, ötən il keçirilən prezident seçkilərində Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Prezident İlham Əliyev səslərin 84, 54 faizini qazanaraq növbəti 5 il üçün Azərbaycan Respublikasının Prezidenti seçilib.
Daha sonra çıxış edən Bizlan kənd orta məktəbinin direktoru Tofiq Məmmədov qeyd edib ki, məhz Azərbaycan xalqının alternativsiz lideri cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müstəqil siyasətin nəticəsidir ki, bu gün Azərbaycan heç bir xarici qüvvədən asılı deyil, öz enerji, ərzaq və hərbi təhlükəsizliyini təmin etmək iqtidarındadır. Tədbirin sonunda partiya sıralarına yeni üzvlər qəbul olunub.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
10 May 22:12
Dünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50

