2 fevral - Gənclər Günü münasibətilə Şəmkir rayon gəncləri mükafatlandırılıblar
04.02.2014 [09:24]
2 fevral - Gənclər Günü münasibətilə Şəmkir rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası (YAP) Şəmkir rayon təşkilatı və rayon Gənclər və İdman İdarəsinin birgə təşəbbüsü ilə geniş tədbir keçirilib. Əvvəlcə Şəmkir rayon Gənclər Mərkəzində Gənclər Günü münasibəti ilə keçirilən Şahmat üzrə Şəmkir birinciliyinin qalibləri hədiyyələrlə mükafatlandırılıblar.
Tədbirdə çıxış edən Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Nazim Veysov deyib ki, bu bayram gənclərə Ümummilli liderimiz Heydər Əliyevin hədiyyəsidir: “Ulu öndər gəncliyi hər mənada güclü görmək istəyirdi və bunun üçün əlindən gələni edirdi. Gənclik bir millətin yaşaması, inkişafı üçün təməl daşıdır. Bunun möhkəm olması isə gənc nəslin sağlam təfəkküründən, düşünmə qabiliyyəti və inadkarlığından asılıdır. Səbəbsiz deyil ki, bütün dövrlərdə millətinin adını tarixə yazan məhz elə sağlam gənc qüvvələr olub. Ümummilli liderimiz Heydər Əliyev də hər zaman gənclərə diqqət və qayğı göstərirdi. Elə ona görə də, 1994-cü ilin iyulunda Gənclər və İdman Nazirliyi yaradıldı, 1996-cı il fevralın 2-də isə ilk dəfə müstəqil dövlətin gənclər forumu keçirildi”.
Çıxış edən YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev deyib ki, bu gün Azərbaycanda gənclərlə bağlı böyük işlər görülür. Onun sözlərinə görə, bu gün gənclərimiz nəinki ölkə daxilində, ölkənin hüdudlarından kənarda da Azərbaycanı layiqincə təmsil edirlər.
Gənclər və İdman idarəsinin rəisi Pərvin Gözəlov isə bildirib ki, gənclərimiz müasir Azərbaycanın inkişafı prosesində fəal iştirak edir və dövlətimiz gənclərimizin vətənpərvər ruhda inkişafı üçün hər cür şəraiti yaradır: “Azərbaycanda gənclərlə bağlı bir çox tədbirlər keçirilir. Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyətcə, keyfiyyətcə yeni mərhələsini yaşayır”.
Şəmkir rayon Gənclər Mərkəzinin direktoru Araz Paşayev isə qeyd edib ki, Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi və Prezident İlham Əliyev tərəfindən davam etdirilən siyasət nəticəsində bu gün gənclər cəmiyyətdə öz layiqli yerlərini tuturlar.
Tədbirin sonunda bir qrup gəncə fəxri fərmanlar, diplomlar və qiymətli hədiyyələr verilib.
Xəbər lenti
Hamısına baxHadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45

