YAP-ın Ailə, qadın məsələləri komissiyasının iclası keçirilib
15.02.2014 [11:03]
İclasda komissiyanın 2014-cü il üçün fəaliyyət planı təsdiq olunub
Dünən Yeni Azərbaycan Partiyasının (YAP) Ailə, qadın məsələləri komissiyasının iclası keçirilib. Komissiyanın sədri, YAP Qadınlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü Nurlana Əliyeva əvvəlcə iclasın gündəliyi haqqında məlumat verib. O, YAP-ın nəzdində fəaliyyət göstərən komissiyaların Əsasnaməsi haqqında danışaraq deyib ki, bu komissiyalar Azərbaycan Respublikasının Konstitusiyasını, “Siyasi partiyalar haqqında” Qanunu, qüvvədə olan digər qanunvericilik aktlarını, YAP-ın Nizamnamə və Proqramını və bu Əsasnaməni rəhbər tutur.
N.Əliyeva bildirib ki, YAP-ın Ailə, qadın məsələləri komissiyasının 2014-cü il üçün fəaliyyət planında bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulur. Bu tədbirlər sırasına “Qadınların əmək hüquqları” mövusunda dəyirmi masa, “Yaşlı nəslin təcrübəsindən faydalanaq”, “Kənd və rayon yerlərində qadınların ictimai-siyasi fəallığının artırılması” və “Sosial şəbəkələr və milli-mənəvi dəyərlərimiz” mövzularında konfransların keçirilməsi daxildir.
Müzakirələr zamanı komissiyanın üzvləri fəaliyyət planı ilə bağlı fikir və təkliflərini bildiriblər. Sonda YAP-ın Ailə, qadın məsələləri komissiyasının 2014-cü il üçün fəaliyyət planı təsdiq olunub.
Qeyd edək ki, Nurlana Əliyevanın sədrlik etdiyi komissiyaya YAP Siyasi Şurasının üzvləri-Azərbaycan Respublikası Prezidenti Katibliyinin rəisi - Prezidentin köməkçisi Dilarə Seyidzadə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Azərbaycan Prezidenti Administrasiyasının bölmə müdiri Qafar Əliyev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavinləri Sədaqət Qəhrəmanova və Aynur Sofiyeva daxildir.
İclasın sonunda isə YAP-ın Ailə, qadın məsələləri komissiyasının tədbirlər planı təsdiq edilib. Tədbirlər planına Ulu öndər Heydər Əliyevin anadan olmasının 91 illiyinin qeyd edilməsi, KİV-lərdə təbliğat xarakterli məqalə və müsahibələrlə çıxışlar etmək, əlamətdar günlərlə bağlı tədbirlər keçirmək və digər məsələlər daxildir. “2014-cü il üçün tədbirlər planı zəngindir. Həyata keçirəcəyimiz layihələr sırasında qadınların ictimai-siyasi fəallğının artırılması məsələləri də xüsusi yer tutacaq”. Bu fikirləri deyən Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının sədri N.Əliyeva bildirib ki, əsas məqsədlərdən biri qarşıdan gələn bələdiyyə seçkilərində qadınların fəallığını təmin etməkdir. Onun sözlərinə görə, bunun üçün Bakı şəhərində və regionlarda müxtəlif səpkili tədbirlər həyata keçiriləcək. “Çalışacağıq ki, seçkilərdə ölkəmizin qadınları mütəşəkkil surətdə təmsil olunsun. Biz qadınlar Azərbaycanımızı sürətlə inkişaf etdirən, dünyada nüfuzunu gücləndirən Prezident İlham Əliyevin siyasətini birmənalı şəkildə dəstəkləyirik. Bu səbəbdən də fəaliyyətimizlə hər zaman dövlət başçımızın həyata keçirdiyi siyasətə dəstək verməyə çalışırıq” - deyə, YAP Qadınlar Şurasının sədri vurğulayıb.
N.Əliyeva qeyd edib ki, bu il ərzində həmçinin, digər mövzularda da layihələr reallaşdırılacaq. Belə ki, YAP Qadınlar Şurası tərəfindən müxtəlif xeyriyyə aksiyaları olacaq, hərbi hissələrdə əsgərlə görüşlər keçiriləcək, milli, dövlət bayramları qeyd ediləcək və digər tədbirlər baş tutacaq.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxİdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45

