/ / Bakı ilə Bişkek arasında münasibətlər artıq yeni keyfiyyət mərhələsinə yüksələrək strateji müttəfiqlik məzmunu qazanır
Bakı ilə Bişkek arasında münasibətlər artıq yeni keyfiyyət mərhələsinə yüksələrək strateji müttəfiqlik məzmunu qazanır
05.08.2026 [22:32]
2026-cı il iyulun 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğızıstan Respublikasına həyata keçirdiyi dövlət səfəri iki ölkə arasında əməkdaşlığın inkişaf tarixində mühüm siyasi hadisə kimi yadda qaldı. Çolpon-Ata şəhərində keçirilən yüksək səviyyəli görüşlər, qəbul olunan qərarlar və imzalanan sənədlər göstərdi ki, Bakı ilə Bişkek arasında münasibətlər artıq yeni keyfiyyət mərhələsinə yüksələrək strateji müttəfiqlik məzmunu qazanır. Bu səfər eyni zamanda türk dövlətləri arasında əməkdaşlığın yalnız siyasi bəyanatlarla deyil, konkret layihələr və qarşılıqlı öhdəliklər əsasında inkişaf etdiyini nümayiş etdirdi.
Prezident İlham Əliyevin mətbuata bəyanatında səsləndirdiyi “Müttəfiqlik münasibətləri çox böyük məsuliyyət deməkdir və biz bu məsuliyyətə hazırıq” fikri dövlətlərarası münasibətlərin gələcək istiqamətlərini aydın şəkildə ifadə etdi. Müttəfiqlik anlayışı qarşılıqlı etimadı, beynəlxalq təşkilatlarda bir-birini dəstəkləməyi, təhlükəsizlik sahəsində əməkdaşlığı, iqtisadi əlaqələrin genişləndirilməsini və regional sabitliyə birgə töhfə verməyi ehtiva edir. Bu baxımdan Azərbaycan və Qırğızıstan arasında formalaşan münasibətlər qarşılıqlı maraqlara əsaslanan uzunmüddətli tərəfdaşlığın uğurlu nümunəsinə çevrilməkdədir.
Səfərin iqtisadi nəticələri xüsusi diqqətə layiqdir. Azərbaycan–Qırğız İnvestisiya Fondunun nizamnamə kapitalının 200 milyon ABŞ dollarına çatdırılması tərəflərin iqtisadi əməkdaşlığa strateji baxışını nümayiş etdirən mühüm qərarlardan biri oldu. Fondun maliyyə imkanlarının genişləndirilməsi yeni investisiya layihələrinin icrasına, sənaye və istehsal sahələrinin inkişafına, sahibkarlığın dəstəklənməsinə və yeni iş yerlərinin yaradılmasına əlverişli şərait yaradır. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Fondun səmərəli fəaliyyəti gələcəkdə onun maliyyə potensialının daha da artırılması üçün əsas ola bilər.
İssık-Kul gölünün sahilində Azərbaycanın maliyyə dəstəyi ilə inşa edilmiş və “Baku Resort & Spa” adlandırılmış beşulduzlu otelin istifadəyə verilməsi iqtisadi əməkdaşlığın uğurlu nümunələrindən biri kimi qiymətləndirilir. Layihə Azərbaycanın beynəlxalq investisiya təşəbbüslərində fəal iştirak etdiyini və region ölkələri ilə qarşılıqlı faydalı iqtisadi münasibətlər qurmağa xüsusi önəm verdiyini göstərir. Kompleksin “Bakı” adını daşıması isə iki dost ölkə arasında möhkəm münasibətlərin və qarşılıqlı etimadın rəmzi kimi diqqət çəkir.
Humanitar əməkdaşlıq da dövlət səfərinin mühüm istiqamətlərindən biri oldu. Ağdam rayonunda Qırğızıstanın dəstəyi ilə tikilmiş “Manas” məktəbi Qarabağın bərpasında türk dövlətlərinin həmrəyliyini əks etdirən əhəmiyyətli layihələr sırasındadır. Bununla yanaşı, Bakıda görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun xatirəsinin əbədiləşdirilməsi, Bişkekdə Azərbaycan–Qırğızıstan Dostluq Parkının yaradılması və qarşılıqlı Mədəniyyət Günlərinin təşkili xalqlarımız arasında ortaq tarixi, mədəni və mənəvi dəyərlərin münasibətlərin inkişafında mühüm rol oynadığını təsdiqləyir.
Çolpon-Atada imzalanmış Bəyannamə və digər əməkdaşlıq sənədləri Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrinin yeni inkişaf mərhələsinə daxil olduğunu göstərdi. Azərbaycanın Mərkəzi Asiya Məşvərət görüşlərinə tamhüquqlu üzv kimi qəbul edilməsi ölkəmizin regionun siyasi və iqtisadi proseslərində artan roluna verilən beynəlxalq qiymətin ifadəsidir. Bu qərar Azərbaycanın türk dünyasının inteqrasiyasında mühüm təşəbbüslərlə çıxış edən etibarlı tərəfdaş kimi mövqeyini daha da gücləndirir.
Səfər çərçivəsində Prezident İlham Əliyevə göstərilən yüksək ehtiram və qonaqpərvərlik də diqqət çəkən məqamlardan biri idi. Rəsmi qarşılama mərasimindən etibarən keçirilən bütün tədbirlərdə nümayiş etdirilən münasibət Azərbaycan dövlətinə və onun həyata keçirdiyi müstəqil xarici siyasətə verilən yüksək dəyərin göstəricisi kimi qiymətləndirilə bilər. Bu, həm də Azərbaycanın beynəlxalq münasibətlər sistemində qazandığı nüfuzun və etibarlı tərəfdaş imicinin növbəti təsdiqidir.
Dövlət səfərinin ən əlamətdar hadisələrindən biri Prezident İlham Əliyevin Qırğızıstanın ən yüksək dövlət təltiflərindən olan birinci dərəcəli “Manas” ordeni ilə mükafatlandırılması oldu. Eyni zamanda Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycanın ali dövlət mükafatı – “Heydər Əliyev” ordeni ilə təltif edilməsi iki ölkə arasında münasibətlərin yüksək etimad və qarşılıqlı hörmət prinsiplərinə əsaslandığını nümayiş etdirdi. Bu qarşılıqlı ali mükafatlar dövlət başçıları arasında səmimi münasibətlərin, xalqlar arasında dostluğun və ortaq gələcək baxışının bariz ifadəsi kimi dəyərləndirilir.
Bugünkü geosiyasi reallıqlar fonunda Azərbaycan Prezidenti İlham Əliyevin türk dünyasında artan nüfuzu da səfər zamanı bir daha öz təsdiqini tapdı. Azərbaycanın son illərdə həyata keçirdiyi uğurlu xarici siyasət, iqtisadi gücünün artması, beynəlxalq təşəbbüslərdə fəal iştirakı, regional əməkdaşlığa verdiyi töhfələr və Türk Dövlətləri Təşkilatı çərçivəsində irəli sürdüyü layihələr ölkəmizin beynəlxalq mövqeyini daha da möhkəmləndirib. Qırğızıstanda Prezident İlham Əliyevə göstərilən yüksək hörmət də məhz bu siyasi nüfuzun və etibarlı liderlik mövqeyinin təzahürü kimi qəbul edilir.
Ümumilikdə, dövlət səfərinin nəticələri təsdiqlədi ki, Azərbaycan və Qırğızıstan arasında münasibətlər artıq yalnız ikitərəfli əməkdaşlıq çərçivəsi ilə məhdudlaşmır. Bu əlaqələr türk dünyasının siyasi, iqtisadi və humanitar inteqrasiyasına xidmət edən strateji müttəfiqlik modelinə çevrilir. Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri Azərbaycanın milli maraqlara əsaslanan xarici siyasət kursunun növbəti uğuru olmaqla yanaşı, türk dövlətləri arasında həmrəyliyin möhkəmlənməsinə, ortaq inkişaf məqsədlərinin həyata keçirilməsinə və gələcək əməkdaşlıq perspektivlərinin genişlənməsinə mühüm töhfə verdi.
Pərviz Hüseynzadə
YAP Babək rayon təşkilatının əməkdaşı
Xəbər lenti
Hamısına baxElm
19 Avqust 17:28
İqtisadiyyat
19 Avqust 16:53
İqtisadiyyat
19 Avqust 16:30
İqtisadiyyat
19 Avqust 16:18
Dünya
19 Avqust 15:53
Sosial
19 Avqust 15:30
Dünya
19 Avqust 15:25
İdman
19 Avqust 14:53
Dünya
19 Avqust 14:15
Elm
19 Avqust 13:56
Dünya
19 Avqust 13:41
Dünya
19 Avqust 13:10
Sosial
19 Avqust 12:48
Gündəm
19 Avqust 11:58
Gündəm
19 Avqust 11:45
İqtisadiyyat
19 Avqust 11:35
Analitik
19 Avqust 11:25
İqtisadiyyat
19 Avqust 11:05
Analitik
19 Avqust 10:45
Analitik
19 Avqust 10:15
Analitik
19 Avqust 09:48
Sosial
19 Avqust 09:20
Sosial
19 Avqust 09:05
Dünya
18 Avqust 23:56
Dünya
18 Avqust 23:25
Dünya
18 Avqust 22:44
Dünya
18 Avqust 22:05
Dünya
18 Avqust 21:35
Dünya
18 Avqust 20:54
Dünya
18 Avqust 20:25
Dünya
18 Avqust 19:55
Dünya
18 Avqust 19:25
İqtisadiyyat
18 Avqust 18:55
İdman
18 Avqust 18:35
Mədəniyyət
18 Avqust 18:10
Elm
18 Avqust 17:45
Mədəniyyət
18 Avqust 17:10
İdman
18 Avqust 16:45
Sosial
18 Avqust 16:24
Sosial
18 Avqust 16:03
İqtisadiyyat
18 Avqust 15:53
Gündəm
18 Avqust 15:33
İqtisadiyyat
18 Avqust 15:14
Siyasət
18 Avqust 14:55
Xəbər lenti
18 Avqust 14:41
Dünya
18 Avqust 14:35
Xəbər lenti
18 Avqust 14:17
Dünya
18 Avqust 13:55
Dünya
18 Avqust 13:35
Xəbər lenti
18 Avqust 13:03
Elm
18 Avqust 12:45
Analitik
18 Avqust 12:07
Gündəm
18 Avqust 11:55
Gündəm
18 Avqust 11:45
Gündəm
18 Avqust 11:25
İqtisadiyyat
18 Avqust 10:55
Analitik
18 Avqust 10:30
Analitik
18 Avqust 10:05
Analitik
18 Avqust 09:45
Sosial
18 Avqust 09:05
Dünya
17 Avqust 23:58
Dünya
17 Avqust 23:25
Dünya
17 Avqust 22:50
Dünya
17 Avqust 22:22
Dünya
17 Avqust 21:48
Dünya
17 Avqust 21:10
Dünya
17 Avqust 20:35
Dünya
17 Avqust 20:07
Dünya
17 Avqust 19:45
Dünya
17 Avqust 19:15

