/ / YAP Nərimanov rayon təşkilatında Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar “dəyirmi masa” keçirilib
YAP Nərimanov rayon təşkilatında Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar “dəyirmi masa” keçirilib
21.02.2014 [09:28]
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatında Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar “dəyirmi masa” keçirilib. “Dəyirmi masa”da çıxış edən YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev Xocalı faciəsinin xalqımıza qarşı törədilən ən qanlı hadisələrdən biri olduğunu bildirib. T.Tağıyev Xocalı faciəsinin beynəlxalq müstəvidə bir soyqırımı kimi tanıdılması sahəsində əldə edilən uğurlardan söz açaraq Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində bu qətliamın dünyanın bir çox ölkələri, o cümlədən Meksika, Kolumbiya, Pakistan, Avropada ilk olaraq Çex Respublikası, ABŞ-ın bir neçə ştatı tərəfindən soyqırımı və ya insanlığa qarşı cinayət kimi tanındığını qeyd edib.
Xocalı soyqırımının Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olduğunu qeyd edən təşkilat sədri Ermənistan tərəfindən ölkəmizə qarşı yürüdülən işğalçılıq və etnik təmizləmə siyasəti, onun ağır nəticələri, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda baş verən hadisələr barədə məlumat verib, soyqırımı zamanı törədilmiş vəhşiliklərin insanlığa sığmayan hərəkət olduğunu qeyd edib.
Tədbirdə çıxış edən “Xocalı soyqırımını tanıtma” İctimai Birliyinin sədri Şamil Sabiroğlu 22 il əvvəl baş vermiş bu qətliamla bağlı fikirlərini bildirib. O, vurğulayıb ki, yalnız Ümummilli lider Heydər Əliyev siyasi hakimiyyətə yenidən qayıdandan sonra Xocalı faciəsinə siyasi qiymət verilib, bu qətliam azərbaycanlıların soyqırımı kimi tanınıb, faciə qurbanlarının ailə üzvlərinə dövlət qayğısı göstərilib. Qeyd olunub ki, bu siyasət Ulu öndər Heydər Əliyevin layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirilir.
Tədbirdə Xocalı faciəsinin canlı şahidi, şəhid ailəsinin üzvü Müşkünaz Əhmədova çıxış edərək qanlı hadisə zamanı dinc insanlara qarşı törədilən amansızlıqlar barədə danışıb.
“Dəyirmi masa”da YAP Nərimanov rayon təşkilatı Qadınlar Şurasının sədri Məhəbbət İbrahimova və təşkilatın Gənclər Birliyinin sədri Yusif Babanlı çıxış edərək Xocalı faciəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında, erməni vəhşiliklərini əks etdirən materialların beynəlxalq təşkilatlar qarşısında nümayiş etdirilməsində, soyqırımın dünya ölkələri tərəfindən tanınmasında Heydər Əliyev Fondunun xidmətlərini, Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət!” kampaniyasını xüsusi qeyd ediblər.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxİdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45

