Naxçıvanın Gələcəyə Baxış Strategiyası
14.08.2026 [15:31]
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin avqustun 11-də
Naxçıvan Muxtar Respublikasına növbəti səfəri təkcə muxtar respublikanın sosial-
iqtisadi inkişafı baxımından deyil, bütövlükdə ölkəmizin strateji hədəfləri baxımından
da mühüm əhəmiyyət daşıyır
Tarix boyu Azərbaycan dövlətçiliyinin qorunmasında mühüm rol oynayan Naxçıvan
bu gün yeni inkişaf mərhələsinə qədəm qoyur. Ulu Öndər Heydər Əliyevin siyasi
fəaliyyətində xüsusi yer tutan bu qədim diyar Prezident İlham Əliyevin rəhbərliyi ilə
həyata keçirilən dövlət proqramları nəticəsində müasir infrastrukturun, sənayenin və
sosial təminat sisteminin sürətlə inkişaf etdiyi bölgələrdən birinə çevrilib. Dövlət
başçısının Naxçıvana mütəmadi səfərləri də məhz bu diqqətin bariz nümunəsidir.
Azərbaycan Televiziyasına verdiyi müsahibə Zəngəzur dəhlizi məsələsinə əvvəlki
çıxışlardan fərqli olaraq, yalnız nəqliyyat layihəsi kimi deyil, eyni zamanda
Naxçıvanın təhlükəsizliyi, iqtisadi inkişafı, enerji ixracı və Azərbaycanın regional
logistika strategiyasını birləşdirən çoxkomponentli layihə kimi yanaşmanı ortaya
qoyur.
Cənab Prezidentin ifadəsində diqqət çəkən məqam budur ki, dəhlizin siyasi
motivasiyası birbaşa Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında əlaqənin bərpası
ilə izah edilir. O, Zəngəzur dəhlizinin yaradılmasının Azərbaycanın təşəbbüsü
olduğunu və əsas məqsədlərdən birinin Azərbaycanın əsas hissəsini Naxçıvanla
birləşdirmək olduğunu vurğulayır.
Prezidentin müsahibəsində Naxçıvanın gələcəyi ilə bağlı ən mühüm məsələlərdən biri
isə nəqliyyat dəhlizlərinin inkişafıdır. Zəngəzur dəhlizinin yaradılması Azərbaycanın
əsas hissəsi ilə Naxçıvan arasında dayanıqlı nəqliyyat bağlantısının təmin edilməsi
baxımından strateji əhəmiyyət daşıyır. Prezidentin sözlərindən aydın olur ki,
Azərbaycan bu layihəyə yalnız bir dəmir yolu və avtomobil yolu kimi deyil, geniş
regional kommunikasiya sistemi kimi yanaşır.
Horadiz–Ağbənd avtomobil yolunun demək olar ki, hazır vəziyyətə gətirilməsi və
dəmir yolu tikintisinin sürətlə davam etdirilməsi Azərbaycanın öz ərazisində üzərinə
düşən işləri vaxtında yerinə yetirdiyini göstərir. Naxçıvan istiqamətində dəmir yolu
infrastrukturunun yenidən qurulması isə layihənin digər mühüm hissəsidir. Yeni
texniki-iqtisadi əsaslandırmaya əsasən Naxçıvan ərazisində dəmir yolunun
uzunluğunun 194 kilometr olması və xəttin gələcəkdə 15 milyon tonadək yükdaşıma
qabiliyyətinə çatdırılmasının nəzərdə tutulması bu dəhlizə verilən strateji əhəmiyyətin
göstəricisidir.
Burada mühüm məqam Azərbaycanın layihəni yalnız milli resurslarla həyata keçirmək
imkanının olması ilə yanaşı, beynəlxalq investorların və potensial yükdaşıyanların
prosesə cəlb edilməsinə də açıq olmasıdır. Prezidentin qeyd etdiyi kimi, Naxçıvan
dəmir yolunun reabilitasiyası ilə bağlı beynəlxalq konsorsiumun yaradılması
mümkündür, lakin nəzarət paketinin Azərbaycan dövlətində qalması əsas şərtdir. Bu
yanaşma həm milli maraqların qorunmasını, həm də beynəlxalq tərəfdaşlığın
imkanlarından istifadəni nəzərdə tutur.
Naxçıvanın strateji mövqeyi onu təkcə Şərq-Qərb deyil, Şimal-Cənub nəqliyyat
dəhlizlərinin də mühüm elementinə çevirə bilər. Zəngəzur dəhlizi vasitəsilə Naxçıvana
daxil olan nəqliyyat xəttinin Culfa üzərindən İranın dəmir yolu şəbəkəsinə çıxması
yeni alternativ marşrutun formalaşmasına imkan verəcək. Beləliklə, Naxçıvan
gələcəkdə Avrasiya miqyasında yük axınlarının mühüm qovşaqlarından birinə çevrilə
2
bilər. Bu isə muxtar respublikada yeni iş yerlərinin yaranmasına, iqtisadi fəallığın
artmasına və xidmət sektorunun genişlənməsinə ciddi təsir göstərəcək.
Müsahibədə 2025-ci il 8 avqust Vaşinqton sammiti Zəngəzur məsələsində dönüş
nöqtəsi kimi təqdim edilir və TRIPP layihəsinin icrasına başlanıldığını bildirilir. Cənab
İlham Əliyev avqustun 8-də Prezident Donald Trampla söhbətində də layihənin sürətlə
həyata keçirilməsi məsələsinin müzakirə olunduğunu demişdir. Burada diqqətçəkən
məqam odur ki, Zəngəzur məsələsi artıq yalnız Bakı–İrəvan münasibətlərinin elementi
kimi deyil, ABŞ-ın iştirak etdiyi daha geniş regional nəqliyyat-geosiyasi layihə kimi
təqdim edilir. Bu isə öz nvbəsində Naxçıvanın əhəmiyyətini artırır.
Prezident İlham Əliyevin müsahibəsində səsləndirdiyi fikirlərdə mühüm bir gələcəyə
baxış var: bu gün Naxçıvanın mövcud potensialı yalnız onun öz ehtiyaclarını ödəmək
üçün deyil, gələcəkdə Azərbaycanın iqtisadi və enerji imkanlarının genişləndirilməsinə
xidmət etmək baxımından qiymətləndirilir. Xüsusilə elektrik enerjisi istehsalının
artırılması və ixrac imkanlarının yaradılması Naxçıvanın iqtisadi rolunun dəyişə
biləcəyini göstərir.
Azərbaycan Televiziyasına verdiyi müsahibədə Prezident İlham Əliyev Naxçıvanın
hərtərəfli inkişaf etdiyini xüsusi vurğulayaraq bildirdi ki, hər bir səfərin konkret
nəticələri olur. Dövlət başçısı müdafiə potensialının gücləndirilməsini, enerji
təhlükəsizliyinin təmin edilməsini, yeni iş yerlərinin yaradılmasını, tarixi-mədəni irsin
qorunmasını və nəqliyyat əlaqələrinin genişləndirilməsini əsas prioritetlər kimi qeyd
etdi. Bu fikirlər dövlətin Naxçıvanla bağlı uzunmüddətli inkişaf strategiyasının əsas
istiqamətlərini müəyyənləşdirir.
Prezident İlham Əliyevin 11 avqust 2026-cı ildə Naxçıvana etdiyi 17-ci səfəri
görülmüş işlərin qiymətləndirilməsi ilə yanaşı, Naxçıvanın gələcək inkişafının yeni
konturlarının müəyyənləşdirilməsi baxımından mühüm mərhələdir.
Şövqi Həsənov,
YAP Şəmkir rayon Təşkilatı Aparatının əməkdaşı
Xəbər lenti
Hamısına baxDünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29
Dünya
15 Avqust 17:35
Sosial
15 Avqust 16:44
Dünya
15 Avqust 16:18
Sosial
15 Avqust 15:46
Sosial
15 Avqust 15:43
Gündəm
15 Avqust 15:40
Dünya
15 Avqust 15:23
Dünya
15 Avqust 14:31
Dünya
15 Avqust 13:19
Dünya
15 Avqust 12:24
Gündəm
15 Avqust 11:58
Gündəm
15 Avqust 11:45
Gündəm
15 Avqust 11:35
Hadisə
15 Avqust 11:32
Gündəm
15 Avqust 11:25
İqtisadiyyat
15 Avqust 11:22
İqtisadiyyat
15 Avqust 11:05
İqtisadiyyat
15 Avqust 10:35
Analitik
15 Avqust 10:15
Analitik
15 Avqust 09:55
Analitik
15 Avqust 09:35
Ədəbiyyat
15 Avqust 09:15
Ədəbiyyat
15 Avqust 09:05
Dünya
14 Avqust 23:54
Dünya
14 Avqust 23:25
Dünya
14 Avqust 22:50
Dünya
14 Avqust 22:15
Dünya
14 Avqust 21:50
Hadisə
14 Avqust 21:32
Dünya
14 Avqust 21:20
Dünya
14 Avqust 20:55
Dünya
14 Avqust 20:35
Dünya
14 Avqust 20:05
Dünya
14 Avqust 19:48
Dünya
14 Avqust 19:20
Mədəniyyət
14 Avqust 18:55
Elm
14 Avqust 18:43
İqtisadiyyat
14 Avqust 18:26
İqtisadiyyat
14 Avqust 18:10
Elm
14 Avqust 17:41
Sosial
14 Avqust 17:26
İqtisadiyyat
14 Avqust 17:25
İdman
14 Avqust 17:10
Mədəniyyət
14 Avqust 16:48
Mədəniyyət
14 Avqust 16:29
Sosial
14 Avqust 16:20
Sosial
14 Avqust 15:45
İdman
14 Avqust 15:40
Sosial
14 Avqust 15:25
Siyasət
14 Avqust 14:40
İqtisadiyyat
14 Avqust 14:35
Sosial
14 Avqust 14:20
İdman
14 Avqust 13:39
Sosial
14 Avqust 13:35
Sosial
14 Avqust 12:37
Gündəm
14 Avqust 11:55
Gündəm
14 Avqust 11:35
Gündəm
14 Avqust 11:05
İqtisadiyyat
14 Avqust 10:35
Analitik
14 Avqust 10:15
MEDİA
14 Avqust 09:55
Analitik
14 Avqust 09:30
Sosial
14 Avqust 09:10
Dünya
13 Avqust 23:55

