YAP bu seçkilərin də qalibi olacaq
18.12.2014 [10:15]
Bu fikirlər Yevlaxda seçicilərlə keçirilən növbəti görüşdə bir daha bəyan edilib
Bələdiyyə seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyasının (YAP) təbliğat-təşviqat kampaniyası Yevlaxda da uğurla davam edir. Kampaniya çərçivəsində seçicilərlə keçirilən növbəti görüşdə partiyanın bələdiyyə seçkilərində səlahiyyətli nümayəndələri-millət vəkilləri Tahir Rzayev və İlham Məmmədov, həmçinin, YAP-ın səlahiyyətli nümayəndəsi Əminə Əhmədova, YAP Yevlax rayon təşkilatının Aparat rəhbəri Əli Quliyev iştirak ediblər.
Görüşü giriş sözü ilə YAP Yevlax rayon təşkilatının sədri, millət vəkili İlham Məmmədov açaraq bələdiyyənin yerlərdə rolu, bələdiyyə və vətəndaş münasibətləri haqqında məlumat verib.
Sonra YAP Yevlax rayon təşkilatının Aparat rəhbəri Əli Quliyev çıxış edərək bildirib ki, Yevlax şəhəri ərazisində 2 dairə üzrə 57 məntəqə mövcuddur: “Bunlardan 48 saylı Yevlax Seçki Dairəsi üzrə 31 məntəqə və 49 saylı Yevlax-Mingəçevir Seçki Dairəsi üzrə 26 məntəqə fəaliyyət göstərir. 2 Dairə üzrə ümumilikdə 58 minə yaxın seçici qeydiyyata alınıb. Yevlax rayonu üzrə 1 şəhər, 1 qəsəbə, 27 kənd olmaqla 29 bələdiyyə fəaliyyət göstərir. Seçki Məcəlləsinə uyğun olaraq 29 bələdiyyənin tərkibində mövcud olan ümumilikdə 267 yerə 267 nəfər partiya fəalının namizədliyi irəli sürülüb. Partiya tərəfindən irəli sürülən namizədlərin hər biri müvafiq dairə seçki komissiyalarında qeydə alınıb”.
Daha sonra çıxış edən YAP Yevlax rayon təşkilatı Qadınlar Şurasının sədri, Yeni Azərbaycan Partiyasının bələdiyyə seçkilərində səlahiyyətli nümayəndəsi Əminə Əhmədova bildirib ki, bələdiyyə üzvləri xalq tərəfindən seçildiyinə görə bu qurumun fəaliyyətində də yerli əhali yaxından iştirak etməlidir: “Mən hesab edirəm ki, hər bir Azərbaycan vətəndaşı dekabrın 23-də keçiriləcək növbəti bələdiyyə seçkilərində iştirak etməyi özünə borc bilməlidir. Əminəm ki, ölkəmizdə keçirilən bütün seçkilərdə uğur qazanan YAP bu seçkilərin də qalibi olacaq”.
Sonra millət vəkili Tahir Rzayev çıxış edərək namizədlərlə bağlı fikirlərini səsləndirib. Natiq həmçinin, qeyd edib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkəmizdə keçirilən bütün seçkilərin qalibi olan Yeni Azərbaycan Partiyası növbəti bələdiyyə seçkilərində də qalib gəlmək əzmindədir.
Xəbər lenti
Hamısına baxDünya
06 Oktyabr 20:22
İqtisadiyyat
06 Oktyabr 20:07
Dünya
06 Oktyabr 19:59
Dünya
06 Oktyabr 19:41
Dünya
06 Oktyabr 18:14
Dünya
06 Oktyabr 17:30
Gündəm
06 Oktyabr 16:20
Dünya
06 Oktyabr 16:20
Siyasət
06 Oktyabr 16:15
Elanlar
06 Oktyabr 16:15
Siyasət
06 Oktyabr 16:14
Siyasət
06 Oktyabr 16:12
Siyasət
06 Oktyabr 16:12
Gündəm
06 Oktyabr 16:11
YAP xəbərləri
06 Oktyabr 15:53
Siyasət
06 Oktyabr 15:52
YAP xəbərləri
06 Oktyabr 15:49
Sosial
06 Oktyabr 15:41
Dünya
06 Oktyabr 15:39
Siyasət
06 Oktyabr 15:23
Siyasət
06 Oktyabr 15:22
Siyasət
06 Oktyabr 15:10
YAP xəbərləri
06 Oktyabr 14:25
YAP xəbərləri
06 Oktyabr 14:22
Dünya
06 Oktyabr 14:18
YAP xəbərləri
06 Oktyabr 13:35
İdman
06 Oktyabr 13:32
YAP xəbərləri
06 Oktyabr 13:10
Siyasət
06 Oktyabr 13:07
Gündəm
06 Oktyabr 12:51
Siyasət
06 Oktyabr 12:32
Sosial
06 Oktyabr 12:27
İqtisadiyyat
06 Oktyabr 12:12
Hadisə
06 Oktyabr 12:11
Xəbər lenti
06 Oktyabr 12:10
İqtisadiyyat
06 Oktyabr 12:09
Siyasət
06 Oktyabr 11:58
YAP xəbərləri
06 Oktyabr 11:43
Müsahibə
06 Oktyabr 11:23
YAP xəbərləri
06 Oktyabr 11:22
YAP xəbərləri
06 Oktyabr 11:20
İqtisadiyyat
06 Oktyabr 10:47
Siyasət
06 Oktyabr 10:14
Analitik
06 Oktyabr 09:40
Analitik
06 Oktyabr 09:22
Sosial
06 Oktyabr 08:52
Sosial
06 Oktyabr 08:37
Gündəm
06 Oktyabr 08:10
Dünya
05 Oktyabr 23:58
Dünya
05 Oktyabr 23:32
Dünya
05 Oktyabr 22:47
Dünya
05 Oktyabr 22:22
Siyasət
05 Oktyabr 22:14
Dünya
05 Oktyabr 21:57
Dünya
05 Oktyabr 21:24
Xarici siyasət
05 Oktyabr 21:10
Dünya
05 Oktyabr 21:03
Dünya
05 Oktyabr 20:47
Dünya
05 Oktyabr 20:22
Dünya
05 Oktyabr 20:00
Dünya
05 Oktyabr 19:57
Dünya
05 Oktyabr 18:09
Gündəm
05 Oktyabr 17:45
İdman
05 Oktyabr 17:43
Sosial
05 Oktyabr 17:11
İdman
05 Oktyabr 17:10
Dünya
05 Oktyabr 17:10
YAP xəbərləri
05 Oktyabr 16:59
YAP xəbərləri
05 Oktyabr 16:56
Sosial
05 Oktyabr 16:29

