YAP Gənclər Birliyi respublikamızın ən öndə gedən gənclər təşkilatıdır
06.03.2015 [09:58]
YAP Lənkəran şəhər təşkilatı Gənclər Birliyinin konfransı keçirilib
Dünən Yeni Azərbaycan Partiyası Lənkəran şəhər təşkilatı Gənclər Birliyinin IV konfransı keçirilib. YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə və YAP Mərkəzi Aparatının məsul işçisi Məcid Əhmədovun iştirakı ilə keçirilən konfransda iştirakçılar ilk olaraq Lənkəran şəhərində Ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər. Konfransı giriş sözü ilə açan YAP Lənkəran şəhər təşkilatının sədri İlqar Dadaşov bildirib ki, Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Natiq onu da deyib ki, bu gün YAP Gənclər Birliyi respublikamızın ən öndə gedən gənclər təşkilatıdır.
YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə respublikamızda gənclərə yaradılan böyük imkanlardan, yüksək şəraitdən və cənab Prezident İlham Əliyevin gənclərə daima diqqət və qayğısından söhbət açıb: “Aparılan konkret fəaliyyətin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri ictimai-siyasi, sosial-mədəni və digər sahələrdə aktiv iştirak edirlər. Gənclərlə iş sahəsində görülən tədbirlər Azərbaycan gəncliyinin inkişafına təkan verir, onların cəmiyyətdə özlərini təsdiq etməsində böyük rol oynayır”.
Sonra YAP Lənkəran şəhər təşkilatı Gənclər Birliyinin sədri Yalçın Əliyev hesabat məruzəsi ilə çıxış edib.
Çıxış edən YAP Lənkəran şəhər təşkilatı Gənclər Birliyinin fəalları -Nuranə Əliyeva, Emin Həmidli, Ramin Höccətov və başqaları rayon təşkilatı Gənclər Birliyinin hesabat dövründəki fəaliyyətini qənaətbəxş qiymətləndiriblər.
Çıxışlardan sonra təşkilatı məsələlərə baxılıb və Yalçın Əliyev yenidən YAP Lənkəran şəhər təşkilatı Gənclər Birliyinin sədri, 23 nəfərdən ibarət Şura və 11 nəfərdən ibarət Gənclər Birliyinin İdarə Heyətinin üzvləri seçilib. Eyni zamanda YAP Gənclər Birliyinin respublika konfransına nümayəndələr seçilib.
Sonda YAP Mərkəzi Aparatının məsul işçisi Məcid Əhmədov çıxış edərək yeni seçilmiş nümayəndələrə uğurlar arzulayıb.
Xəbər lenti
Hamısına baxDünya
08 Oktyabr 23:25
İqtisadiyyat
08 Oktyabr 22:53
İqtisadiyyat
08 Oktyabr 22:31
Dünya
08 Oktyabr 21:59
Dünya
08 Oktyabr 21:22
İqtisadiyyat
08 Oktyabr 20:57
Dünya
08 Oktyabr 20:24
Dünya
08 Oktyabr 19:52
Dünya
08 Oktyabr 19:21
Maraqlı
08 Oktyabr 18:21
Dünya
08 Oktyabr 17:35
Siyasət
08 Oktyabr 17:28
Siyasət
08 Oktyabr 17:26
YAP xəbərləri
08 Oktyabr 16:36
Dünya
08 Oktyabr 16:18
YAP xəbərləri
08 Oktyabr 15:37
Dünya
08 Oktyabr 15:22
Elm
08 Oktyabr 15:17
Sosial
08 Oktyabr 14:33
Sosial
08 Oktyabr 14:32
Hadisə
08 Oktyabr 14:30
Dünya
08 Oktyabr 14:30
Gündəm
08 Oktyabr 14:29
Gündəm
08 Oktyabr 13:58
Siyasət
08 Oktyabr 13:56
YAP xəbərləri
08 Oktyabr 13:54
Dünya
08 Oktyabr 13:19
Siyasət
08 Oktyabr 13:11
Siyasət
08 Oktyabr 13:11
Siyasət
08 Oktyabr 13:10
Siyasət
08 Oktyabr 13:10
Siyasət
08 Oktyabr 13:09
Siyasət
08 Oktyabr 13:09
Siyasət
08 Oktyabr 13:08
Gündəm
08 Oktyabr 12:55
Sosial
08 Oktyabr 12:21
Siyasət
08 Oktyabr 12:08
Siyasət
08 Oktyabr 12:06
Gündəm
08 Oktyabr 11:59
Gündəm
08 Oktyabr 11:49
Sosial
08 Oktyabr 11:14
Elm
08 Oktyabr 11:12
İqtisadiyyat
08 Oktyabr 11:11
Siyasət
08 Oktyabr 10:59
Gündəm
08 Oktyabr 10:46
Gündəm
08 Oktyabr 10:45
Sosial
08 Oktyabr 10:21
Gündəm
08 Oktyabr 10:07
Gündəm
08 Oktyabr 09:53
İqtisadiyyat
08 Oktyabr 09:45
Gündəm
08 Oktyabr 09:32
Analitik
08 Oktyabr 09:17
Sosial
08 Oktyabr 08:52
Elm
08 Oktyabr 08:30
Gündəm
08 Oktyabr 08:14
Elm
07 Oktyabr 23:29
Dünya
07 Oktyabr 22:46
İqtisadiyyat
07 Oktyabr 22:03
Dünya
07 Oktyabr 21:30
Dünya
07 Oktyabr 20:57
Dünya
07 Oktyabr 20:33
Dünya
07 Oktyabr 19:57
Dünya
07 Oktyabr 19:14
Dünya
07 Oktyabr 18:43
Hadisə
07 Oktyabr 18:22
Dünya
07 Oktyabr 17:45
Dünya
07 Oktyabr 17:19
Elm
07 Oktyabr 16:32
İqtisadiyyat
07 Oktyabr 16:30
YAP xəbərləri
07 Oktyabr 16:26

