YAP Salyan rayon təşkilatı Gənclər Birliyinin hesabat-seçki konfransı keçirilib
06.03.2015 [10:00]
Yeni Azərbaycan Partiyası (YAP) Salyan rayon təşkilatı Gənclər Birliyinin hesabat-seçki konfransı keçirilib. Salyan rayon Heydər Əliyev Mərkəzində keçirilən konfransda Salyan rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimov, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Kərim Kərimov, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev, Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatının məsul işçisi Ramil Mirzəyev, YAP Gənclər Birliyinin məsul işçisi Ümid Abuzərli və YAP Salyan rayon təşkilatının Gənclər Birliyinin üzvləri iştirak ediblər.
Tədbirdə çıxış edən YAP Salyan rayon təşkilatının sədri Rəşad Cəbrayılov ölkəmizdə gənclərə göstərilən diqqət və qayğıdan söz açaraq bildirib ki, Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu bu siyasi kurs hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Qeyd edilib ki, gənclərin intellektual, fiziki və mənəvi inkişafını, ölkənin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında fəal iştirakını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında Sərəncamın imzalanması bu kontekstdə müstəsna əhəmiyyət kəsb edir.
Tədbirdə hesabat məruzəsi ilə çıxış edən YAP Salyan rayon təşkilatının Gənclər Birliyinin sədri Nicat Əsgərov ölkəmizdə gənc nəslin sağlam, intellektual inkişafı istiqamətində mühüm tədbirlərin həyata keçirildiyini deyib. Onun sözlərinə görə, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvləri də hər zaman ölkə başçısının diqqət və qayğısını öz həyatlarında hiss edirlər. Bildirilib ki, Salyan gəncləri YAP Gənclər Birliyinin həyata keçirdiyi layihələrdə uğurla iştirak edir, yay və qış məktəblərində təmsil olunurlar.
Daha sonra çıxış edən Salyan rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimov, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Kərim Kərimov, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev, Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatının məsul işçisi Ramil Mirzəyev və YAP Gənclər Birliyinin məsul işçisi Ümid Abuzərli də dövlətimizin gənclər siyasətini hər zaman prioritet saydığını önə çəkiblər. Bildirilib ki, Azərbaycanın ictimai-siyasi həyatında mühüm rol oynayan, sıralarını günbəgün genişləndirən, bütövlükdə regionun aparıcı siyasi qüvvəsinə çevrilən Yeni Azərbaycan Partiyasında sağlam düşüncəli, vətənpərvər, yüksək intellektə və biliyə sahib gənclər birləşib.
Tədbirdə təşkilati məsələlərə də baxılıb. Sahib Nağıyev YAP Salyan rayon təşkilatı Gənclər Birliyinin sədri seçilib. Bundan başqa, konfransda partiya rayon təşkilatı Gənclər Birliyinin 41 nəfər Şura üzvü, 17 nəfər İdarə Heyəti üzvü də seçilib. Tədbirdə YAP Salyan rayon təşkilatı Gənclər Birliyinin sədr müavinləri və YAP Gənclər Birliyinin respublika konfransına nümayəndələr də seçilib.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50
Dünya
23 İyul 21:29
Elm
23 İyul 20:42
İqtisadiyyat
23 İyul 20:17
Dünya
23 İyul 19:53
Dünya
23 İyul 19:20
Dünya
23 İyul 18:28
Dünya
23 İyul 17:10
YAP xəbərləri
23 İyul 17:08
YAP xəbərləri
23 İyul 17:04
Elm
23 İyul 16:19
YAP xəbərləri
23 İyul 15:52
Sosial
23 İyul 15:47
YAP xəbərləri
23 İyul 15:35
Sosial
23 İyul 15:31
Sosial
23 İyul 15:30
Sosial
23 İyul 15:29
YAP xəbərləri
23 İyul 15:08
İqtisadiyyat
23 İyul 14:20
Dünya
23 İyul 13:26
Sosial
23 İyul 13:03
Xəbər lenti
23 İyul 12:20
Gündəm
23 İyul 11:46
Ədəbiyyat
23 İyul 11:30
Sosial
23 İyul 11:28
Sosial
23 İyul 11:17
Elm
23 İyul 11:16
İqtisadiyyat
23 İyul 11:15
Sosial
23 İyul 11:10
Gündəm
23 İyul 11:09
Gündəm
23 İyul 11:07
Xəbər lenti
23 İyul 11:06
Dünya
23 İyul 10:58
Gündəm
23 İyul 10:36
YAP xəbərləri
23 İyul 10:28
Sosial
23 İyul 10:26
YAP xəbərləri
23 İyul 10:23
Dünya
23 İyul 10:22
Analitik
23 İyul 10:15
Analitik
23 İyul 09:59
Sosial
23 İyul 09:48
Dünya
23 İyul 09:42
Dünya
23 İyul 09:14
Dünya
23 İyul 08:50
Dünya
23 İyul 08:37
İqtisadiyyat
22 İyul 23:17
Dünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46
YAP xəbərləri
22 İyul 21:33
Dünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30
Dünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Sosial
22 İyul 14:51

