YAP Nizami rayon təşkilatında ilk dəfə səs verəcək gənclərlə görüş olub
29.08.2015 [11:06]
Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatında bu il ilk dəfə səs verəcək gənclərlə görüş keçirilib.
Təşkilatdan AZƏRTAC-a bildiriblər ki, görüşdə çıxış edən YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva seçki hüququndan, seçkilərə hazırlıq işlərindən danışıb. Bildirilib ki, seçkilərlə bağlı seçici siyahılarının dəqiqləşdirilməsi prosesi həyata keçirilib. Belə ki, son dəqiqləşməyə görə, 18 saylı Nərimanov-Nizami seçki dairəsi ərazisində 22193 seçici qeydiyyatdadır. Onların 178 nəfəri ilk dəfə səs verənlərdir. 24 saylı Nizami birinci seçki dairəsi ərazisində qeydə alınan 39762 seçicinin 163 nəfəri, 25 saylı Nizami ikinci seçki dairəsi ərazisində isə 44347 seçicinin 433 nəfəri isə ilk dəfə səs verəcək. Ümumilikdə, bugünkü dəqiqləşmələrə görə Nizami rayonunda 774 gənc seçkilərdə ilk dəfə iştirak edəcək.
S.Vəliyeva diqqətə çatdırıb ki, bütün siyasi kampaniyalarda olduğu kimi, bu dəfə də gənclərimiz yüksək fəallıq nümayiş etdirəcək və Nizami rayonunda seçkilərin şəffaf, demokratik və yüksək seçici fəallığı şəraitində keçirilməsinə töhfələrini verəcəklər.
Görüşdə çıxış edən YAP Siyasi Şurasının üzvü, partiyanın Gənclər Birliyinin sədr müavini Samirə Quliyeva dövlətin gənclər siyasətindən danışaraq deyib: “Bu gün Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin avanqard qüvvəsinə çevrilib”.
Partiyanın da gənclərə xüsusi münasibət bəslədiyini qeyd edən Samirə Quliyeva bildirib ki, Yeni Azərbaycan Partiyası regionda həm gənclərin sayına, həm də cəmiyyətin bu aparıcı təbəqəsinə göstərdiyi diqqət və qayğıya görə liderdir.
YAP Gənclər Birliyinin sədr müavini Əli Pənahov ilk dəfə səs verəcək gəncləri əlamətdar hadisə - seçkidə iştirak münasibətilə təbrik edib. O, gənclərin hərtərəfli inkişafı üçün Prezident İlham Əliyevin gördüyü işlərdən danışıb, dövlət gənclər siyasətinin uğurla həyata keçirildiyini vurğulayıb.
YAP Nizami rayon təşkilatı Gənclər Birliyi sədrinin birinci müavini, rayon təşkilatı aparatının rəhbəri Ramil Vəlibəyov qeyd edib ki, Nizami rayon gəncləri üzərilərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələcək və onlara göstərilən etimadı yüksək səviyyədə doğruldacaqlar.
İlk dəfə səs verəcək Murad İsayev çıxış edərək gənclərə qarşı xüsusi diqqət və qayğı nümayiş etdirən Yeni Azərbaycan Partiyasının və Nizami Rayon İcra Hakimiyyətinin rəhbərliyinə öz minnətdarlığını bildirib. Qeyd edib ki, gənclər bu seçki prosesində fəallıq göstərərək kütləvi şəkildə məntəqələrə gedib səs verməlidirlər.
Nizami rayon Ağsaqqallar Şurasının sədri Mayıl Əliyev çıxış edərək deyib: “Gənclər fikirlərini bu gün təkcə sosial şəbəkələrdə deyil, öz valideynləri və ağsaqqallar ilə də bölüşməlidirlər. Onlar ölkənin ictimai-siyasi və sosial-iqtisadi həyatında aktiv rol oynamalı, siyasi oyunların alətinə çevrilməməli, yaxınlarını da bu cür mənfi tendensiyalardan çəkindirməlidirlər”.
Nizami rayon İcra hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova vurğulayıb ki, seçki prosesində fəal iştirak, eyni zamanda, məntəqələrə gedib səs verməyi də özündə ehtiva edir. İlk dəfə səs verəcək gənclərimiz isə daha fəal olmalıdırlar. Çünki Azərbaycan xalqı müstəqillik uğrunda uzun müddət gərgin mübarizələr aparıb və biz artıq beşinci dəfədir ki, milli parlamentimizi formalaşdırırıq. Ona görə də, gənclər, xüsusən ilk dəfə səs verənlər səsvermə hüquqlarını reallaşdırmalı, hətta ətrafdakıları da bu prosesə cəlb etməlidirlər.
Sonra partiyaya qəbul olunmuş gənclərə üzvlük vəsiqələri, YAP Nizami rayon təşkilatının nəzdində fəaliyyət göstərən “Heydər Əliyev Məktəbi”nin məzunlarına sertifikatlar, Azərbaycanı beynəlxalq idman arenasında layiqincə təmsil edən YAP Nizami rayon təşkilatı Gənclər Birliyinin sədr müavini Xəyal Əhmədova və partiyanın rayon təşkilatının ictimai-siyasi həyatında fəallığına görə Yaqut Məmmədovaya fəxri fərmanlar, həmçinin ilk dəfə səs verəcək və qəbul imtahanlarında 600 baldan çox nəticə göstərən gənclərə xatirə hədiyyələri təqdim edilib.
Daha sonra Sədaqət Vəliyeva qəbul imtahanlarında 700 bal toplamış İbrahim Əhmədovla və onun valideynləri ilə görüşüb.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
11 Oktyabr 17:05
Sosial
11 Oktyabr 16:27
Elm
11 Oktyabr 15:43
YAP xəbərləri
11 Oktyabr 15:28
Dünya
11 Oktyabr 14:35
Dünya
11 Oktyabr 13:29
Dünya
11 Oktyabr 12:41
Siyasət
11 Oktyabr 12:20
Xəbər lenti
11 Oktyabr 11:43
Sosial
11 Oktyabr 11:41
Dünya
11 Oktyabr 11:19
Dünya
11 Oktyabr 10:32
Dünya
11 Oktyabr 09:17
Dünya
10 Oktyabr 22:39
Maraqlı
10 Oktyabr 21:25
Dünya
10 Oktyabr 20:18
Maraqlı
10 Oktyabr 19:32
Dünya
10 Oktyabr 18:26
Dünya
10 Oktyabr 17:41
Siyasət
10 Oktyabr 17:34
YAP xəbərləri
10 Oktyabr 17:32
Gündəm
10 Oktyabr 16:34
Dünya
10 Oktyabr 16:22
Gündəm
10 Oktyabr 16:12
Gündəm
10 Oktyabr 16:03
Dünya
10 Oktyabr 15:30
Dünya
10 Oktyabr 14:19
Siyasət
10 Oktyabr 14:08
Gündəm
10 Oktyabr 13:35
Siyasət
10 Oktyabr 12:50
Siyasət
10 Oktyabr 12:25
İqtisadiyyat
10 Oktyabr 11:42
Siyasət
10 Oktyabr 11:16
İqtisadiyyat
10 Oktyabr 10:58
Analitik
10 Oktyabr 10:22
Gündəm
10 Oktyabr 10:06
Sosial
10 Oktyabr 09:45
Gündəm
10 Oktyabr 09:39
Sosial
10 Oktyabr 09:17
Ədəbiyyat
10 Oktyabr 08:51
Ədəbiyyat
10 Oktyabr 08:35
Gündəm
10 Oktyabr 08:12
Siyasət
10 Oktyabr 07:42
Dünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22
Siyasət
09 Oktyabr 16:20
Siyasət
09 Oktyabr 16:19
Gündəm
09 Oktyabr 16:00
Gündəm
09 Oktyabr 15:39
YAP xəbərləri
09 Oktyabr 15:21

