Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Mingəçevir şəhər təşkilatı seçki təbliğatını uğurla həyata keçirir

YAP Mingəçevir şəhər təşkilatı seçki təbliğatını uğurla həyata keçirir

10.10.2015 [12:39]

Yeni Azərbaycan Partiyası (YAP) bütün seçkilərdə olduğu kimi, noyabrın 1-də ölkəmizdə keçiriləcək növbəti parlament seçkilərinə də ciddi şəkildə hazırlaşır. Partiyanın tədbirlər planına uyğun olaraq bütün yerli strukturlar bu kampaniyaya səfərbər edilib. Artıq oktyabrın 9-dan parlament seçkilərinin təbliğat-təşviqat kampaniyasına start verilib. Digər yerli strukturlar kimi, YAP Mingəçevir şəhər təşkilatının Seçki Qərargahı da təbliğat prosesinə fəal şəkildə başlayıb. Belə ki, təbliğat prosesi başlayan andan YAP Mingəçevir şəhər təşkilatının fəalları partiyanın təşviqat plakatlarını, namizədlərin şəkillərini lövhələrə vurmağa başlayıblar. Təşkilatın sədri Cavanşir Yusubov bildirib ki, bu prosesə fəal gənclər cəlb olunublar. “Partiyanın İcra Katibliyinin tövsiyə və tapşırıqlarına uyğun olaraq işimizi qurmuşuq”, - deyə C.Yusubov qeyd edib. Onun sözlərinə görə, Seçki Qərargahının təbliğat qrupu partiyanın namizədlərinin təbliğatını uğurla həyata keçirəcək.

Paylaş:
Baxılıb: 812 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31