Qazax rayonunda “Multikultural dəyərlər və azərbaycançılıq” mövzusunda toplantı keçirilib
14.05.2016 [09:59]
Yeni Azərbaycan Partiyası (YAP) Qadınlar Şurasının təşkilatçılığı ilə Qazax rayonunda “Multikultural dəyərlər və azərbaycançılıq” mövzusunda toplantı keçirilib. Tədbirdə YAP İdarə Heyətinin üzvü, YAP Qadınlar Şurasının sədri Nurlana Əliyeva, millət vəkili Pərvin Kərimzadə, eləcə də partiyanın Gəncə, Tovuz, Daşkəsən, Göygöl, Şəmkir, Samux, Gədəbəy, Qazax və Ağstafa rayon təşkilatları Qadınlar Şurasının sədrləri və YAP Mərkəzi Aparatının məsul işçisi Rəfail Gülməmmədov iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq, Ulu öndərin xatirəsini ehtiramla yad ediblər.
Toplantını giriş sözü ilə açan YAP Qazax rayon təşkilatı Qadınlar Şurasının üzvü, Qazax rayon icra hakimiyyəti başçısının müavini Gülayə Həsənova Azərbaycan xalqının daim multikultural dəyərlərə hörmətlə yanaşdığını, tolerantlığın ölkəmizdə həyat tərzinə çevrildiyini vurğulayıb. Ölkə Prezidenti İlham Əliyev tərəfindən 2016-cı ilin “Multikulturalizm ili” elan olunmasını heç də təsadüfi saymayan G.Həsənova qeyd edib ki, bu gün dünyada baş verən bir sıra qarşıdurmaların əsasında məhz dözümsüzlük dayanır. Bu baxımdan, Azərbaycanda formalaşan tolerantlıq modeli bütün dünya xalqları üçün bir nümunədir.
Tədbirdə çıxış edən YAP İdarə Heyətinin üzvü, YAP Qadınlar Şurasının sədri Nurlana Əliyeva Azərbaycanda multikulturalizm ənənələrinin qorunması istiqamətində Prezident İlham Əliyev tərəfindən həyata keçirilən tədbirlərdən danışıb. Vurğulanıb ki, bu gün Azərbaycan dünyada sivilizasiyaların dialoq mərkəzi kimi şöhrət tapıb. N.Əliyeva ölkəmizdə keçirilən beynəlxalq tədbirlərin multikulturalizmin Azərbaycan modelinin dünyaya yayılmasında mühüm rol oynadığını deyib: “Azərbaycan artıq mədəniyyətlərin, sivilizasiyaların inteqrasiyası, eləcə də dialoq mərkəzi kimi tanınmaqdadır. Ulu öndər Heydər Əliyevin müəllifi olduğu ölkə konstitusiyası multikultural dəyərlərimizin qorunmasında, inkişafında sütun rolunu oynayır. Möhtərəm Prezidentimiz İlham Əliyev hər zaman Azərbaycanda dostluğun, birliyin hökm sürdüyünü vurğulayır. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə dünyada tolerantlıq ənənələrinin təbliği istiqamətində olduqca dəyərli işlər görülür. Bütün bunlar Azərbaycanın multikultural dəyərlərə verdiyi qiymətin bariz sübutudur”.
Sonra çıxış edən YAP Qazax rayon təşkilatının sədri Həmid Pənahov belə mühüm mövzulara həsr olunan tədbirlərin cəbhə xəttində yerləşən Qazax rayonunda keçirilməsinin təqdirəlayiq hal olduğunu deyib.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45
İdman
26 Avqust 13:18
Dünya
26 Avqust 12:46
Gündəm
26 Avqust 11:58
Gündəm
26 Avqust 11:48
Gündəm
26 Avqust 11:41
Gündəm
26 Avqust 11:38
İqtisadiyyat
26 Avqust 11:25
Gündəm
26 Avqust 10:59
İqtisadiyyat
26 Avqust 10:58

