Sosial siyasət dövlətin daxili siyasətinin prioritet istiqamətini təşkil edir
03.12.2016 [12:35]
Hər bir dövlətin daxili siyasətinin prioritet istiqamətlərindən biri onun sosial siyasətidir. Sosial siyasət əhalinin ayrı-ayrı qruplarının həyat səviyyəsinin yüksəldilməsinə, sosial vəziyyətinin yaxşılaşdırılmasına yönələn tədbirlər sistemidir. Sosial siyasət cəmiyyətin müxtəlif sosial qrupları arasındakı münasibətləri optimallaşdırmaq, dövlətin vətəndaşların həyati tələbatlarını ödəməsi üçün yaratdığı təminatlar sistemidir. Sosial siyasət dövlətin daxili siyasətinin tərkib hissəsi olub onun həyata keçirdiyi sosial proqramlarda, əhalinin əsas sosial qruplarının marağını əsas götürərək cəmiyyətdəki münasibətlərin tənzimlənməsində təzahür edir.
Azərbaycan Respublikasının müasir sosial siyasətinin formalaşmasının əsasları Ümummilli lider Heydər Əliyev tərəfindən böyük uzaqgörənliklə müəyyən edilmişdir. Uzaqgörən sosial siyasət həm bu gün, həm gələcəkdə insanların layiqli həyat şəraitinin təmin edilməsini, bu təminatın səviyyəsinin yüksəlməsini həyata keçirən yaxın və uzaq müddətli proqramlar vasitəsi ilə reallaşdırılır.
Sosial ziddiyyətsiz cəmiyyət, əslində, sosial ədalətli cəmiyyətdir və belə bir cəmiyyətin qurulması müasir dövrdə hər bir dövlətin arzusu olsa da, az dövlət bu önəmli məsələnin öhdəsindən gələ bilir. Azərbaycan dövlətinin sosial siyasəti sosial ədalətin bərqərar olunmasına, bazar iqtisadiyyatı yolu ilə milli sərvətlərin artırılmasının təmin edilməsinə, milli sərvətlərin ədalətli bölgüsünün həyata keçirilməsinə istiqamətlənmiş proqramlar şəklində həyata keçirilən davamlı və dinamik prosesdir. Sosial siyasətin əsas konturları və hədəfləri Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2012-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında dolğun şəkildə öz əksini tapmışdır. Bu Konsepsiyaya görə, Azərbaycan Respublikasının sosial siyasət sahəsində başlıca hədəfi əhalinin bütün qruplarının ədalətli sosial təminatını həyata keçirməklə sosial rifah dövlətinin qurulmasıdır.
Tarif Şurası təbii qazın qiymətini artırarkən Dövlət Neft Şirkətinin müraciətini əsas götürüb. Müraciətdə qeyd edilib ki, son illər şirkət tərəfindən paylayıcı şəbəkələrin genişləndirilməsi, təbii qaz təchizatının davamlılığının təmin olunması üçün böyük həcmdə investisiya qoyulub və xidmətin keyfiyyəti artırılıb. Müraciətdə həmçinin vurğulanıb ki, ölkəmizdə satılan təbii qazın müəyyən hissəsinin hasilatın pay bölgüsü sazişinə uyğun olaraq əməliyyat şirkətindən ABŞ dolları ilə alınması və təbii qazın maya dəyərinin ölkədaxili tənzimlənən qiymətlərindən yüksək olması bunu tələb edir. Dövlət Neft Şirkətinin müraciətində bütün istehlakçılar üçün təbii qaz tarifinin 1000 kubmetri üçün 180 manata qaldırılması zərurəti bildirilib.
Ölkədə aparılan sosialyönümlü siyasət nəzərə alınmaqla və əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsi məqsədilə yeni tarif tənzimləməsində də sosial siyasət əsas götürülüb, diferensial tarif yanaşması və optimal qiymətlərin tətbiqi məqsədəuyğun hesab olunub. Belə ki, təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1500 kubmetrədək olan istehlakçılar üçün dəyişdirilməyərək 1 kubmetr üçün 10 qəpik səviyyəsində saxlanılıb. İllik istehlak həcminin 1500 kubmetrdən çox olan hissəsi üçün isə 20 qəpik müəyyənləşdirilib. Xüsusi vurğulamaq lazımdır ki, əhali abonentlərinin 62 faizinin illik istehlak həcmi 1500 kubmetrdən aşağıdır. Deməli, diferensial tariflərin tətbiqi nəticəsində bu kateqoriyaya aid olan aztəminatlı ailələrin təbii qaz üzrə ödənişlərində artım olmayacaq.
Elektrik enerjisi istehsalında təbii qazın əhəmiyyətli rolu olduğu üçün onun qiymətinin kəskin artımının qarşısını almaq məqsədilə Tarif Şurasının qərarı ilə təbii qazın tarifi elektrik enerjisi istehsalı müəssisələri üzrə 1000 kubmetr üçün 120, qeyri-əhali istehlakçı qrupu üzrə isə 200 manat səviyyəsində təsdiq edilib. Göründüyü kimi, dövlət yenə də enerji daşıyıcılarının qiymətini imkan daxilində minimum səviyyədə saxlamaqla əhalinin sosial müdafiəsini nəzərə alıb. Əgər elektrik stansiyalarına verilən qazın 1000 kubmetri 200 manat olsaydı, istər-istəməz elektrik enerjisinin dəyəri yüksək səviyyəyə qalxacaqdı. Qəbul edilən qərar da bununla bağlıdır. Beləliklə, elektrik enerjisinin 1 kilovat-saatı üçün topdansatış tarifi 5,7 qəpik təsdiq edilib, pərakəndə satış tarifi isə əhali üzrə aylıq elektrik enerjisi istehlakı 250 kilovat-saatadək olan istehlakçılar üçün dəyişdirilməyərək 7 qəpik səviyyəsində saxlanılıb. Aylıq istehlak həcminin 250 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpik müəyyənləşdirilib. Qeyd edək ki, “Azərişıq” ASC-nin məlumatına görə, əhali abonentlərinin 72 faizinin aylıq istehlak həcmi 250 kilovat-saatdan azdır. Buna görə də diferensial tariflərin tətbiqinin həmin abonentlərə, o cümlədən bu kateqoriyaya aid olan aztəminatlı ailələrə təsiri olmayacaq.
Dünyanı bürüyən iqtisadi böhran şəraitində ölkədəki liberal iqtisadiyyatın, siyasi sabitliyin, permanent tərəqqinin və sosial siyasətin uğur formulu məhz xalq ilə iqtidarın arasında mükəmməl birliyin olması, ardıcıllıqla həyata keçirilən müstəqil siyasətin demokratik inkişafı təmin etməsidir. Dövlətin siyasi iradəsinə uyğun olaraq Azərbaycanda qəbul edilən bütün qərarlarda xalqın rifahının yaxşılaşması, sosial müdafiəsinin təmin edilməsi önə çəkilir. Tarif Şurasının əhalinin aztəminatlı təbəqələrinin mənafeyini əsas götürərək qəbul etdiyi bəhs olunan qərarı buna daha bir nümunədir.
Təranə Kərimova,
YAP Səbail rayon Qadınlar
Şurasının sədri, iqtisadçı-alim
Xəbər lenti
Hamısına baxDünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38

