Çingiz Qurbanovun qəhrəmanlığı hər bir Azərbaycan oğlu üçün örnəkdir
11.01.2017 [10:08]
Yeni Azərbaycan Partiyasını təmsil edən millət vəkilləri şəhid Çingiz Qurbanovun ailəsinə baş çəkiblər
Dünən Yeni Azərbaycan Partiyasını (YAP) təmsil edən millət vəkilləri cəbhə xəttində erməni təxribatlarının qarşısını alarkən qəhrəmancasına şəhid olan Çingiz Qurbanovun ailəsinə baş çəkiblər. YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə, YAP Nizami rayon təşkilatının sədri, millət vəkili Sədaqət Vəliyeva, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu və YAP Qaradağ rayon təşkilatının sədri, millət vəkili Aydın Hüseynov şəhidin ailəsinə başsağlığı verib, Çingizin qəhrəmanlığının hər bir Azərbaycan oğluna nümunə olduğunu dilə gətiriblər.
Millət vəkili Aydın Mirzəzadə Çingiz Qurbanovun zəhmətkeş, vətənpərvər bir ailədə dünyaya gəldiyini bildirib. Millət vəkili qeyd edib ki, bu gün Azərbaycan xalqı Çingizlə fəxr edir: “Çingiz kimi oğullar dövlətinin, xalqının dayağıdır. Baş nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov və partiyanın İcra Katibliyi Qurbanovlar ailəsinə dərin hüznlə başsağlığı verir. Belə oğullarımız gənc nəslə örnəkdir. Vətən uğrunda canından keçməyi bacaran belə igid qəhrəmanlarımız Azərbaycan xalqının iftixarıdır. Çingizin nəşinin qaytarılması ilə bağlı bu gün dövlət səviyyəsində iş aparılır. Məsələnin tez bir zamanda həll edilməsi üçün bütün addımlar atılır. Əminik ki, qəhrəman şəhidimizin nəşi yaxın zamanda mənfur düşməndən geri alınacaq. Mən sizlərə - Çingizin belə vətənpərvər bir övlad kimi yetişməsində payı olan hər bir kəsə öz təşəkkürümü bildirirəm. Çingiz kimi oğullarımız varsa, demək, sonda qələbə bizimdir. Bunu düşmən də bilir. Ötən ilin aprelində bu faktı bir daha ortaya qoyduq və hər kəsə göstərdik ki, biz öz torpaqlarımızı işğaldan azad etmək qüdrətindəyik. Sadəcə olaraq, Ali Baş Komandanımız, Prezidentimiz cənab İlham Əliyevin də bildirdiyi kimi, biz bu münaqişənin sülh yolu ilə tənzimlənməsini istəyirik. Ermənilər sülh prosesi ilə razılaşmırsa, Çingiz kimi igid övladlarımız Vətənin azadlığı uğrunda əlində silah son damla qanına qədər vuruşmağa hazırdırlar”.
Şəhid ailəsinin dərdinə şərik olduğunu bildirən millət vəkili Sədaqət Vəliyeva övlad itkisinin ağır olduğunu söyləyib. Çingizin artıq təkcə öz ailəsinin deyil, Azərbaycan xalqının oğlu olduğunu söyləyən millət vəkili torpaqlarımızın yaxın zamanda işğaldan azad olunacağına əminliyini ifadə edib: “Azərbaycanın bütövlüyü uğrunda şəhid olan oğullarımız bizi qələbəyə daha da yaxınlaşdırır. Bu gün hər bir Azərbaycan ailəsində Çingizin qəhrəmanlığından bəhs olunur. Bu çox qürurverici bir hissdir. Mən arzu edirəm ki, oğullarımız sağ-salamat evlərinə dönsünlər, anaların gözü yaşlı qalmasın. Oğullar öz Vətəninin dayağıdır, dövlətini, torpağını, xalqını qorumağı özlərinin şərəfli borcu sayırlar. Çingiz kimi bir oğulun itkisinə çox təəssülənirik. Arzu edək ki, yaxın zamanlarda qələbə sədası şəhidlərimizin ruhuna təskinlik versin”.
Çingiz Qurbanovun ailəsinə başsağlığı verən millət vəkilləri Hikmət Babaoğlu və Aydın Hüseynov da dövlətimizin hər zaman şəhid ailələrinin yanında olduğunu, onlara hər cür dəstək və ehtiram göstərildiyini söyləyiblər.
Şəhid atası Salman Qurbanov, eləcə də şəhidimizin əmisi Fərman Qurbanov dövlətimizə, Yeni Azərbaycan Partiyasının rəhbərliyinə təşəkkür edib. Hər zaman dövlətçiliyə sadiq olduqlarını bildirən şəhid Çingiz Qurbanovun yaxınları müharibə başlayacağı təqdirdə Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın azadlığı uğrunda döyüşə hazır olduqlarını dilə gətiriblər. Azərbaycan dövlətinin Çingizin nəşinin geri alınması üçün bütün gücünü səfərbər etdiyini bildiklərini söyləyən şəhid ailəsinin üzvləri bir daha bu ağır gündə onların yanında olduqları üçün YAP rəhbərliyinə, bütövlükdə Azərbaycan xalqına öz minnətdarlıqlarını ifadə ediblər.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxAnalitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37
Dünya
25 Sentyabr 19:20
Siyasət
25 Sentyabr 18:57
YAP xəbərləri
25 Sentyabr 18:30
YAP xəbərləri
25 Sentyabr 17:26
YAP xəbərləri
25 Sentyabr 16:24
YAP xəbərləri
25 Sentyabr 16:20
Siyasət
25 Sentyabr 15:29
YAP xəbərləri
25 Sentyabr 15:23
YAP xəbərləri
25 Sentyabr 15:13
YAP xəbərləri
25 Sentyabr 15:12
YAP xəbərləri
25 Sentyabr 15:07
YAP xəbərləri
25 Sentyabr 14:58
YAP xəbərləri
25 Sentyabr 14:44
YAP xəbərləri
25 Sentyabr 14:26
YAP xəbərləri
25 Sentyabr 13:24
İqtisadiyyat
25 Sentyabr 13:12
YAP xəbərləri
25 Sentyabr 13:08
Gündəm
25 Sentyabr 12:53
YAP xəbərləri
25 Sentyabr 12:36
Gündəm
25 Sentyabr 12:35
Gündəm
25 Sentyabr 12:18
Siyasət
25 Sentyabr 12:09
Gündəm
25 Sentyabr 12:09
Gündəm
25 Sentyabr 12:07
Gündəm
25 Sentyabr 12:05
Gündəm
25 Sentyabr 12:03
İqtisadiyyat
25 Sentyabr 12:03
Siyasət
25 Sentyabr 11:42
Gündəm
25 Sentyabr 11:36
İqtisadiyyat
25 Sentyabr 11:16
İqtisadiyyat
25 Sentyabr 10:58
İqtisadiyyat
25 Sentyabr 10:23
Siyasət
25 Sentyabr 09:45
Analitik
25 Sentyabr 09:17
MEDİA
25 Sentyabr 08:50
Sosial
25 Sentyabr 08:36
Gündəm
25 Sentyabr 08:12
Dünya
24 Sentyabr 23:32
Dünya
24 Sentyabr 23:17
Dünya
24 Sentyabr 22:59
Dünya
24 Sentyabr 22:23
İqtisadiyyat
24 Sentyabr 21:40
Dünya
24 Sentyabr 21:40
YAP xəbərləri
24 Sentyabr 21:28
Sosial
24 Sentyabr 21:19
Dünya
24 Sentyabr 21:19
Mədəniyyət
24 Sentyabr 21:17
İqtisadiyyat
24 Sentyabr 21:15
Dünya
24 Sentyabr 20:53
Dünya
24 Sentyabr 20:25
Dünya
24 Sentyabr 20:10
Dünya
24 Sentyabr 19:42

