"Milli qurtuluş Heydər Əliyevlə xalqın bütövləşmə rəmzidir"
13.06.2009 [08:30]
Dünən Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının qərargahında rayon ərazisində yerləşən ali məktəblərdə təhsil alan tələbə-gənclər arasında “Milli qurtuluş Heydər Əliyevlə xalqın bütövləşmə rəmzidir” debat xarakterli tədbir keçirildi. Tədbiri giriş sözü ilə YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı açaraq, öncə tarixi bayram münasibətilə tədbir iştirakçılarını təbrik etdi. O, 15 İyunun Azərbaycan tarixində tutduğu yerdən danışaraq bildirdi ki, bu gün xalqımızın taleyində dönüş anı olub: “Ulu öndərimiz Heydər Əliyevin xalqımızın təkidli tələbi ilə hakimiyyətə qayıdışı müstəqil dövlətçiliyimizi anarxiyadan, parçalanmaq və məhv olmaq təhlükəsindən, iqtisadi tənəzzüldən, beynəlxalq təcriddən xilas etdi. Ulu öndərin işləyib hazırladığı müstəqil dövlət quruculuğu konsepsiyası müasir Azərbaycan dövlətinin uğurlarının bünövrəsində dayanaraq gələcək inkişafın, misli görünməmiş uğurların əsasını qoydu. Hazırda Azərbaycanın dünyada analoqu olmayan bir sürətlə inkişafı məhz Qurtuluş Günü ilə başladı. Həmin siyasət bu gün Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilir”.
Tədbirdə Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, millət vəkili Eldar İbrahimov çıxış edərək 15 İyun - Milli Qurtuluş Gününün mahiyyəti, onun müstəqil Azərbaycan dövlətinin formalaşmasında və inkişafında rolu barədə danışdı. O, Böyük qayıdışı doğuran səbəblərdən, həmin vaxt cərəyan edən hadisələrin siyasi mahiyyətindən söz açdı: “Heydər Əliyev öz liderlik keyfiyyətləri ilə dünyanın siyasi elitasının ən uca zirvəsində duran nəhəng şəxsiyyətlərdəndir. Bu zirvədən bütöv bir xalqın - Azərbaycan xalqının dünəni, bugünü və sabahı görünür. Bu dahi şəxsiyyətin fəaliyyətinin hər səhifəsi Azərbaycanın son yarıməsrlik tarixinin mərhələləri ilə üst-üstə düşür. Ona görə də ən yeni tariximizi ümummilli lider Heydər Əliyevdən ayrı təsəvvür etmək mümkün deyildir”.
Milli Məclisin Sosial siyasət komitəsinin sədri, millət vəkili Hadi Rəcəbli Ulu öndər Heydər Əliyevin siyasətdə, iqtisadiyyatda və mədəniyyətdə qoyduğu izlərin heç vaxt silinməyəcəyini deyərək vurğuladı ki, unudulmaz rəhbərin Azərbaycan xalqının xoşbəxt gələcəyi üçün açdığı yolla əbədiyyətə qədər addımlayacağıq: “Əgər Ulu öndər iqtidara qayıtmasaydı, xalqımızın başına XX əsrin 80-90-cı illərində baş verən faciələrdən qat-qat ağır müsibətlər gələrdi. Yağı düşmən torpaqlarımıza daha çox yiyələnər, milli dövlətçiliyimiz isə məhv edilərdi. Biz ulu Tanrıya minnətdar olmalıyıq ki, Heydər Əliyev rəhbərliyə qayıtdı, xalqımızı bir yerə cəmləyərək faciələrin qarşısını aldı, müdrik siyasəti ilə Azərbaycanın bugünkü uğurlarının əsasını qoydu”.
YAP Xətai rayon təşkilatının sədri, millət vəkili Hüseynbala Mirələmov çıxış edərək vurğuladı ki, XX əsrin sonlarında, xüsusilə SSRİ-nin dağılması ərəfəsində və müstəqilliyimizin ilk illərində xalqımızın başına açılan müsibətlərin səbəbi məhz milli rəhbərimizin olmaması idi: “Əgər Heydər Əliyev Dağlıq Qarabağ münaqişəsi başlayan zaman hakimiyyət başında dayansaydı, nə torpaqlarımız işğal edilər, nə də 1 milyon məcburi köçkün və qaçqınımız olardı. Hakimiyyətə qayıtdıqdan sonra həyata keçirdiyi islahatlar, yeritdiyi siyasət nəticəsində Azərbaycanı bütün dünyaya tanıdan ümummilli lider xalqımızın öz seçimində yanılmadığını sübut etdi. Sevindirici haldır ki, dahi öndərin əsasını qoyduğu ideyalar bu gün Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir, Azərbaycan xalqı onun rəhbərliyi altında xoşbəxt gələcəyə doğru qətiyyətlə addımlayır”.
Sonda Bakı Slavyan, Dillər, Tibb, Asiya universitetləri və Dövlət Neft Akademiyasının tələbələri arasında debat keçirildi. Qalib gələn Bakı Slavyan Universitetinin tələbələrinə kubok, iştirakçılara isə YAP Xətai rayon təşkilatının sədri, millət vəkili Hüseynbala Mirələmovun “Heydər Əliyev və görkəmli adamların həyatı” kitabı təqdim edildi.
Xəbər lenti
Hamısına baxDünya
28 Avqust 23:25
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10

