Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Yevlax rayon təşkilatının ərazi ilk partiya təşkilatlarının hesabat-seçki yığıncaqları keçirilib

YAP Yevlax rayon təşkilatının ərazi ilk partiya təşkilatlarının hesabat-seçki yığıncaqları keçirilib

27.01.2017 [10:05]

Yeni Azərbaycan Partiyası (YAP) Yevlax rayon təşkilatının IX konfransına hazırlıq işləri davam edir. Belə ki, konfransa nümayəndələrin müəyyənləşdirilməsi üçün ərazi ilk partiya təşkilatlarında hesabat-seçki yığıncaqlarının keçirilməsi üzrə hazırlanmış qrafikə uyğun olaraq növbəti hesabat-seçki yığıncağı YAP Yevlax rayon təşkilatı “GEM” ərazi ilk partiya təşkilatında keçirilib.
Tədbirdə təşkilatın sədri Tünzalə Şabanova çıxış edərək hesabat dövründə görülən işlərlə bağlı məlumat verib. Çıxışda qeyd olunub ki, ötən hesabat dövründən “GEM” ərazi ilk partiya təşkilatı öz fəaliyyətini partiyanın nizamnamə tələblərinə uyğun qurub, rayonun ictimai-siyasi həyatında, həmçinin respublika əhəmiyyətli siyasi kampaniyalarda da fəallıq göstərib, üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışıb. Bildirilib ki, hesabat dövrü ərzində partiya sıraları kəmiyyət və keyfiyyət cəhətdən, xüsusilə gənclərin hesabına güclənib.
İclasda çıxış edən YAP Yevlax rayon təşkilatının baş təlimatçısı Vidadi Qarayev partiyanın ölkənin və rayonun ictimai-siyasi həyatındakı rolundan danışıb. Natiq, eyni zamanda, görülən işləri qənaətbəxş hesab edərək ərazi ilk partiya təşkilatına işlərində uğurlar arzulayıb.
İclasda ərazi ilk partiya təşkilatının idarə heyətinin üzvləri, sədri və müavini, həmçinin YAP Yevlax rayon təşkilatının IX konfransına nümayəndələr seçilib.

Paylaş:
Baxılıb: 1025 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Mədəniyyət dronları

26 Sentyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Sentyabr 08:33  

Gündəm

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Aİ təsdiqlədi...

25 Sentyabr 09:17

Sosial

Beynim yorulub, yoxsa...

25 Sentyabr 08:36

Gündəm

Daimi inkişaf naminə...

25 Sentyabr 08:12

Dünya

İqtisadiyyat

YAP xəbərləri

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30