Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Abşeron rayon təşkilatının ərazi ilk partiya təşkilatlarında hesabat-seçki yığıncaqlarının keçirilməsi davam edir

YAP Abşeron rayon təşkilatının ərazi ilk partiya təşkilatlarında hesabat-seçki yığıncaqlarının keçirilməsi davam edir

17.02.2017 [10:05]

Yeni Azərbaycan Partiyası (YAP) Abşeron rayon təşkilatının Novxanı 1 saylı orta məktəb ərazi ilk partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib. İlk partiya təşkilatının sədri Mənsumə İsayeva hesabat məruzəsi ilə çıxış edib. O, ilk təşkilatın yaranması, keçdiyi yol və fəaliyyəti haqqında yığıncaq iştirakçılarına ətraflı məlumat verib.
Sonra YAP Abşeron rayon təşkilatının sədri Bilman Vəliyev çıxış edərək partiyanın ölkəmizin həyatında oynadığı rol haqqında fikirlərini bildirib. O, YAP-ın Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində və inkişafında misilsiz rolu haqqında ətraflı məlumat verib.
B.Vəliyev bildirib ki, bu gün dünyada baş verən gərgin ictimai-siyasi proseslərin fonunda Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən siyasət nəticəsində ölkəmiz bütün sahələr üzrə böyük uğurlar qazanır və dünya dövlətləri arasında nüfuzu durmadan artır. Xalqımız öz Prezidentini, Onun Sədri olduğu Yeni Azərbaycan Partiyasını dəstəkləyir.
Sədr ərazi ilk partiya təşkilatının fəaliyyətini müsbət qiymətləndirib.
Daha sonra tədbirdə çıxış edən Novxanı 1 saylı orta məktəbin direktoru Taliyə Paşayeva YAP-a üzv olmağın şərəfli və eyni zamanda, çox məsuliyyətli olduğunu deyib. O, ilk təşkilatın bütün üzvlərini cəmiyyətin həyatında aktiv olmağa çağırıb.
Yığıncaq iştirakçıları ərazi ilk partiya təşkilatının ötən dövr ərzindəki fəaliyyətini qənaətbəxş qiymətləndiriblər.
Yığıncaqda təşkilati məsələlərə də baxılıb və Mənsumə İsayeva yenidən ərazi ilk partiya təşkilatının sədri seçilib.
Sonda yığıncaqda YAP Abşeron rayon təşkilatının X konfransına 1 nəfər nümayəndə seçilib.
Qeyd edək ki, Novxanı kənd 2 saylı orta məktəb və Novxanı kənd ərazi ilk partiya təşkilatlarında da yığıncaqlar keçirilib.

Paylaş:
Baxılıb: 1021 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Analitik

Ədəbiyyat

Mədəniyyət dronları

26 Sentyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Sentyabr 08:33  

Gündəm

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Aİ təsdiqlədi...

25 Sentyabr 09:17

Sosial

Beynim yorulub, yoxsa...

25 Sentyabr 08:36

Gündəm

Daimi inkişaf naminə...

25 Sentyabr 08:12

Dünya

İqtisadiyyat

YAP xəbərləri

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30