YAP zamanın tələbi və xalqın istəyi ilə yaranan partiyadır
14.10.2017 [09:42]
Yeni Azərbaycan Partiyasının yaranmasının 25-ci ildönümü ilə əlaqədar Tərtərdə silsilə tədbirlər davam edir
Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 25-ci ildönümü ilə əlaqədar YAP Tərtər rayon təşkilatının ərazi ilk partiya təşkilatlarında silsilə tədbirlərin keçirilməsi davam edir. Bu silsilədən olan növbəti tədbir Təhsil şöbəsi ərazi ilk partiya təşkilatında keçirilib.
Rayon təşkilatından verilən məlumata görə, öncə Ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, YAP-ın keçdiyi yola dair video-rolik nümayiş etdirilib.
Tədbirdə çıxış edən YAP Tərtər rayon təşkilatının sədri Ramiz Şabanov partiyanın yarandığı tarixi şəraitdən, keçdiyi şərəfli yoldan, YAP-ın qurucusu Ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyasından ətraflı bəhs edib. Vurğulanıb ki, məhz Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan dövləti parçalanmadan, anarxiya, xaos və tənəzzüldən qurtularaq bugünkü vəziyyətə gəlib çıxıb. Qeyd olunub ki, nail olduğumuz müstəqillik bu gün möhtərəm Prezidentimiz, YAP-ın Sədri cənab İlham Əliyevin yürütdüyü daxili və xarici siyasət nəticəsində daha da möhkəmlənib, Azərbaycanın müstəqilliyi əbədilik qazanıb.
“YAP zamanın tələbi və xalqın istəyi ilə yaranan partiyadır”, - deyən Ramiz Şabanov onu da bildirib ki, partiyamızın sıralarına qoşulanların böyük əksəriyyətinin gənclərdən ibarət olması, Yeni Azərbaycan Partiyasının zamanın, dövrün tələblərinə uyğun olaraq yenilənməsi doğma Azərbaycanımızın gələcəkdə də etibarlı əllərdə olacağından xəbər verir.
Qeyd edək ki, partiyanın yaranmasının 25-ci ildönümü münasibətilə YAP Tərtər rayon təşkilatı Mədəniyyət və Turizm İdarəsi, Uşaq Musiqi Məktəbi, Zülfüqaroğlu MMC, rayon Statistika İdarəsi, Kommunal Təsərrüfat İdarəsi və Hava Məlumat Bürosu ərazi ilk partiya təşkilatlarında da tədbirlər keçirilib. Tədbirlərdə çıxış edənlər bildiriblər ki, YAP ölkəmizdə bütün sahələrdə həyata keçirilən işlərdə öz üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlib, yarandığı gündən xalqın inam və etibarını qazanaraq, bütün seçkilərin qalibi olub.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
03 Avqust 18:40
Yeni texnologiyalar
03 Avqust 18:20
Dünya
03 Avqust 17:35
Dünya
03 Avqust 16:18
Dünya
03 Avqust 15:40
Dünya
03 Avqust 14:22
Dünya
03 Avqust 13:38
YAP xəbərləri
03 Avqust 12:30
YAP xəbərləri
03 Avqust 12:28
Dünya
03 Avqust 12:24
Gündəm
03 Avqust 12:04
Dünya
03 Avqust 11:19
Dünya
03 Avqust 10:55
Dünya
03 Avqust 10:33
Dünya
03 Avqust 09:52
Dünya
03 Avqust 09:17
Dünya
03 Avqust 08:25
Mədəniyyət
03 Avqust 07:30
Diaspor
03 Avqust 07:04
Dünya
02 Avqust 23:37
Hadisə
02 Avqust 22:20
İdman
02 Avqust 21:32
Sosial
02 Avqust 20:19
Hadisə
02 Avqust 19:17
Dünya
02 Avqust 18:22
Dünya
02 Avqust 17:35
Hadisə
02 Avqust 16:19
Hadisə
02 Avqust 15:53
Dünya
02 Avqust 14:28
Dünya
02 Avqust 13:40
Ədəbiyyat
02 Avqust 12:36
Dünya
02 Avqust 12:16
Ədəbiyyat
02 Avqust 11:59
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Dünya
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Xəbər lenti
01 Avqust 22:12
Ədəbiyyat
01 Avqust 21:31
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21
Analitik
01 Avqust 09:57
Analitik
01 Avqust 09:32
Mədəniyyət
01 Avqust 09:15
Ədəbiyyat
01 Avqust 08:52
Mədəniyyət
01 Avqust 08:35
Ədəbiyyat
01 Avqust 08:30
Xəbər lenti
01 Avqust 07:59

