Ağstafada YAP-ın yaranmasının 25-ci ildönümünə həsr edilmiş ümumrayon tədbiri keçirilib
14.11.2017 [10:18]
Noyabrın 13-də Ağstafa şəhər Musiqi Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 25-ci ildönümünə həsr edilmiş ümumrayon tədbiri keçirilib. Tədbir iştirakçıları öncə Ümummilli lider Heydər Əliyevin abidəsinin önünə gül dəstələri düzərək, Ulu öndərin əziz xatirəsini ehtiramla yad ediblər.
Tədbiri giriş sözü ilə Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev açaraq əlamətdar hadisə münasibətilə partiyanın üzvlərini təbrik edib. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə YAP-ın yaradılmasının tarixi hadisə olduğunu deyən M.Quliyev bildirib ki, bu hadisə Azərbaycan üçün dönüş noqtəsi oldu. Onun sözlərinə görə, qısa müddət ərzində Yeni Azərbaycan Partiyası ümumxalq partiyasına çevrildi: “Yarandıqdan bu günə qədər partiyamız çox böyük, şərəfli və uğurlu yol keçib. Bu gün sıralarımızda 700 minə yaxın üzv vardır. Hazırda Yeni Azərbaycan Partiyası cəmiyyətin avanqard siyasi təşkilatı, beynəlxalq aləmdə böyük nüfuza malik olan bir qüvvədir. Partiya öz Sədri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə cəmiyyətin etimadını doğrultmağa və ölkə qarşısında duran problemlərin həllində yaxından iştirak etməyə çalışır. Məhz bu səbəbdəndir ki, bu gün yüz minlərlə insan taleyini partiya ilə bağlayır”.
Sonra YAP Ağstafa rayon təşkilatının sədri Ramiz Tatarov çıxış edərək bildirib ki, YAP Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranıb. Onun sözlərinə görə, partiyamızın qurucusu, Ulu öndər Heydər Əliyev Öz siyasi dühası ilə Azərbaycanın müasir simasını müəyyənləşdirib və xalqımızın taleyində silinməz izlər qoyub. Bu izlərdən biri də Yeni Azərbaycan Partiyasıdır: “Azərbaycan Prezidenti cənab İlham Əliyevin Sədri olduğu Yeni Azərbaycan Partiyası bizim qarşımızda xalqımıza, dövlətimizə sədaqətlə xidmət etmək, həyatda fəal olmaq və Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanmasında yaxından iştirak etmək kimi önəmli vəzifələr qoyur. Biz əminik ki, bütün ağstafalılar bu vəzifələrin öhdəsindən layiqincə gələcəklər”.
Sonra tədbirdə Ağstafa şəhər Musiqi Mərkəzinin hazırladığı konsert proqramı təqdim edilib.
Sonda bir qrup partiya fəallarına və veteranlarına qiymətli hədiyyələr və fəxri fərmanlar verilib.
Xəbər lenti
Hamısına baxAnalitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37
Dünya
25 Sentyabr 19:20
Siyasət
25 Sentyabr 18:57
YAP xəbərləri
25 Sentyabr 18:30
YAP xəbərləri
25 Sentyabr 17:26
YAP xəbərləri
25 Sentyabr 16:24
YAP xəbərləri
25 Sentyabr 16:20
Siyasət
25 Sentyabr 15:29
YAP xəbərləri
25 Sentyabr 15:23
YAP xəbərləri
25 Sentyabr 15:13
YAP xəbərləri
25 Sentyabr 15:12
YAP xəbərləri
25 Sentyabr 15:07
YAP xəbərləri
25 Sentyabr 14:58
YAP xəbərləri
25 Sentyabr 14:44
YAP xəbərləri
25 Sentyabr 14:26
YAP xəbərləri
25 Sentyabr 13:24
İqtisadiyyat
25 Sentyabr 13:12
YAP xəbərləri
25 Sentyabr 13:08
Gündəm
25 Sentyabr 12:53
YAP xəbərləri
25 Sentyabr 12:36
Gündəm
25 Sentyabr 12:35
Gündəm
25 Sentyabr 12:18
Siyasət
25 Sentyabr 12:09
Gündəm
25 Sentyabr 12:09
Gündəm
25 Sentyabr 12:07
Gündəm
25 Sentyabr 12:05
Gündəm
25 Sentyabr 12:03
İqtisadiyyat
25 Sentyabr 12:03
Siyasət
25 Sentyabr 11:42
Gündəm
25 Sentyabr 11:36
İqtisadiyyat
25 Sentyabr 11:16
İqtisadiyyat
25 Sentyabr 10:58
İqtisadiyyat
25 Sentyabr 10:23
Siyasət
25 Sentyabr 09:45
Analitik
25 Sentyabr 09:17
MEDİA
25 Sentyabr 08:50
Sosial
25 Sentyabr 08:36
Gündəm
25 Sentyabr 08:12
Dünya
24 Sentyabr 23:32
Dünya
24 Sentyabr 23:17
Dünya
24 Sentyabr 22:59
Dünya
24 Sentyabr 22:23
İqtisadiyyat
24 Sentyabr 21:40
Dünya
24 Sentyabr 21:40
YAP xəbərləri
24 Sentyabr 21:28
Sosial
24 Sentyabr 21:19
Dünya
24 Sentyabr 21:19
Mədəniyyət
24 Sentyabr 21:17
İqtisadiyyat
24 Sentyabr 21:15
Dünya
24 Sentyabr 20:53
Dünya
24 Sentyabr 20:25
Dünya
24 Sentyabr 20:10
Dünya
24 Sentyabr 19:42

