Masazır qəsəbəsinin sakinləri də YAP-ın namizədlərinə səs verəcək
08.12.2009 [10:03]
Dekabr 23-də keçiriləcək bələdiyyə seçkilərilə əlaqədar olaraq təbliğat-təşviqat kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Abşeron rayon təşkilatı Masazır qəsəbəsində tədbir keçirib. Tədbirdə çıxış edən YAP Abşeron rayon təşkilatının sədri Bilman Vəliyev qeyd edib ki, təbliğat-təşviqat kampaniyası başlanandan rayon təşkilatı tərəfindən bir sıra seçki hərəkətləri həyata keçirilib.
Natiq bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyasının inamla qələbə qazanacağına əmin olduğunu deyərək, bundan sonra da bələdiyyələrin rayonun sosial-iqtisadi həyatında, abadlıq və quruculuq işlərində mühüm rol oynacaqlarını söyləyib: “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurla həyata keçirdiyi sosial-iqtisadi siyasət nəticəsində son illərdə respublikamız regionda aparıcı dövlətə çevrilib, əhalinin həyat şəraiti yaxşılaşıb. Bu inkişafın müsbət təsiri Abşeron rayonunda da hiss edilir. Rayonumuzun bütün kənd və qəsəbələri öz simasını son illər ərzində sürətlə dəyişməyə başlayıb”.
Onun sözlərinə görə, yarandığı gündən xalqa xidmət prinsipini prioritet sayan Yeni Azərbaycan Partiyası ölkəmizin ictimai-siyasi həyatında mühüm rol oynayaraq həyata keçirdiyi tədbirlərlə ümumxalq partiyasına çevrildiyini sübut edib və xalqın etimadını qazanıb. Bilman Vəliyev YAP tərəfindən Masazır qəsəbəsi bələdiyyəsi üzrə 13 nəfərin namizədliyinin irəli sürüldüyünü xatırladıb: “Əminəm ki, Yeni Azərbaycan Partiyası inamlı qələbə qazanaraq seçicilərin etimadını doğrultmaq üçün var qüvvəsi ilə xalqa xidmət göstərəcək və üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələcək. İnanıram ki, bu seçkilərdə də Masazır qəsəbəsinin sakinləri YAP-ın namizədlərinə səs verəcəklər”.
Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyasının bələdiyyə seçkilərində səlahiyyətli nümayəndəsi, millət vəkili İmamverdi İsmayılov bələdiyyələrin tarixindən bəhs edib: “Artıq bələdiyyələrin insanların həyatındakı yeri və rolu artmaqdadır. Xalqımız hər bir seçkidə Yeni Azərbaycan Partiyasına olan inamını öz səsləri ilə bir daha nümayiş etdirir. Mən əminəm ki, xalqımız ümummilli lider Heydər Əliyev siyasi kursuna, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına və dövlət başçımızın Sədri olduğu Yeni Azərbaycan Partiyasına olan inamını və sevgisini bu dəfə də nümayiş etdirəcək. Hər zaman dövlətçiliyə bağlılıqları ilə seçilən Abşeron seçiciləri bu dəfə də Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklər”.
YAP-ın Masazır bələdiyyəsi üzrə namizədi Siyanfur Əliyev Milli Məclisin bələdiyyələrlə bağlı qanunvericilikdə etdiyi dəyişiklikdən danışaraq bildirib ki, bu islahatlar bələdiyyələrin fəaliyyətini daha da təkmilləşdirəcək. Masazır bələdiyyəsinin işinin hər zaman seçicilər tərəfindən qiymətləndirildiyini söyləyən natiq görüş iştirakçılarını seçkilərdə fəal olmağa və doğru seçim etməyə dəvət edib.
Namizəd Maşallah Abışov isə vurğulayıb ki, dekabrın 23-də növbəti beşillik üçün bələdiyyələrə seçkilər keçiriləcək: “Yeni Azərbaycan Partiyası hər zaman olduğu kimi, bu dəfə də xalqın iradəsinə inanır və əmindir ki, vətəndaşlarımız onların həyat şəraitlərinin yaxşılaşdırılmasına xidmət göstərən ümummilli lider Heydər Əliyev siyasi kursuna dəstək verəcək. çünki Yeni Azərbaycan Partiyası xalqın partiyasıdır və bu seçkiyə də xalqa xidmət naminə gedir”.
YAP-ın seçki qərargahının Abşeron rayon şöbəsinin üzvü Sevil Həsənova bələdiyyələrin yarandığı gündən ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi həyatında mühüm rol oynadığını söyləyb.
YAP-ın seçki qərargahının Abşeron rayon şöbəsinin üzvü Ələkbər Ələkbərzadə isə vurğulayıb ki, YAP cəmiyyətdə böyük nüfuza və dəstəyə malikdir: “Bu dəfəki bələdiyyə seçkilərində də cəmiyyətimiz bunu sübut edəcək”.
Seçicilər isə, öz növbəsində, budəfəki bələdiyyə seçkilərində də Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklərini bildiriblər. Qəsəbə sakini Səməd Abdullayev isə deyib ki, Yeni Azərbaycan Partiyası hər zaman dövlətin inkişafı naminə fəaliyyət göstərib və bu baxımdan da insanların dəstəyini qazanıb: “Budəfəki seçkilərdə də YAP-ın namizədlərinin qalib gələcəyinə inanıram”.
Xəbər lenti
Hamısına baxDünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43
Siyasət
24 İyul 10:18
Analitik
24 İyul 09:56
Sosial
24 İyul 09:42
Sosial
24 İyul 09:41
Analitik
24 İyul 09:30
Elanlar
24 İyul 09:15
Analitik
24 İyul 09:12
Sosial
24 İyul 08:50
İdman
24 İyul 08:36
Hadisə
24 İyul 08:00
Dünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50
Dünya
23 İyul 21:29
Elm
23 İyul 20:42
İqtisadiyyat
23 İyul 20:17
Dünya
23 İyul 19:53
Dünya
23 İyul 19:20
Dünya
23 İyul 18:28
Dünya
23 İyul 17:10
YAP xəbərləri
23 İyul 17:08
YAP xəbərləri
23 İyul 17:04
Elm
23 İyul 16:19
YAP xəbərləri
23 İyul 15:52
Sosial
23 İyul 15:47
YAP xəbərləri
23 İyul 15:35
Sosial
23 İyul 15:31
Sosial
23 İyul 15:30
Xəbər lenti
23 İyul 15:30
Sosial
23 İyul 15:29

