/ / YAP İcra Katibliyində 18 Oktyabr - Dövlət Müstəqilliyi Gününə həsr olunmuş gənc memarların yaradıcılıq sərgisi keçirilib
YAP İcra Katibliyində 18 Oktyabr - Dövlət Müstəqilliyi Gününə həsr olunmuş gənc memarların yaradıcılıq sərgisi keçirilib
19.10.2019 [09:48]
Siyavuş Novruzov: Biz müstəqil dövlətimizə xidməti sözdə deyil, əməlimizlə təsdiq edirik
Dünən Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibliyində 18 Oktyabr - Dövlət Müstəqilliyi Gününə həsr olunmuş gənc memarların yaradıcılıq sərgisi keçirilib. Sərginin açılış mərasimində çıxış edən YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov 18 Oktyabr - Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə təbriklərini çatdırıb. S.Novruzov bildirib ki, Azərbaycan xalqı xoşbəxtdir ki, onun müstəqil dövləti var. Dünyada 3000-ə qədər xalqın olduğunu deyən YAP İcra katibinin müavini bildirib ki, onların yalnız 200-nün dövləti var. Bu mənada Azərbaycan xalqı xoşbəxtdir.
Azərbaycanın müstəqilliyə gedən yolunun çox çətinliklərdən keçdiyini deyən natiq qeyd edib ki, 1991-ci ildə müstəqilliyimiz elan olunan zaman cəmiyyətimizdə vəziyyət normal deyildi. Belə ki, 1990-cı illərin əvvəlində Azərbaycan dərin siyasi, sosial-iqtisadi böhran keçirirdi, ölkədə xaos, anarxiya baş alıb gedirdi, digər tərəfdən torpaqlarımız Ermənistan tərəfindən işğal olunurdu. Azərbaycan məhv olmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Belə bir şəraitdə xalqımız nicat yolunu Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıtmasında görürdü. Həmin dövrdə Azərbaycanın anarxiya, parçalanmaq və məhv olmaq təhlükəsi, iqtisadi tənəzzül, beynəlxalq təcrid ilə üzləşdiyini diqqətə çatdıran S.Novruzov Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkəmizin bu bəlalardan xilas olaraq inkişaf yoluna qədəm qoyduğunu, ictimai-siyasi sabitliyin bərpa edildiyini, respublikamızda mühüm siyasi və iqtisadi islahatların həyata keçirildiyini, neft strategiyasının reallaşdırıldığını, cəbhədə atəşkəsin əldə olunduğunu, nizami ordu quruculuğu prosesinə başlandığını, cəmiyyətin inkişafı üçün fundamental əsasların yaradıldığını bildirib.
YAP İcra katibinin müavini qeyd edib ki, Ulu Öndərin işləyib hazırladığı müasir, müstəqil dövlət quruculuğu konsepsiyası müasir Azərbaycanın uğurlarının bünövrəsində dayanaraq gələcək inkişafın, misli görünməmiş uğurların əsasını qoyub. S.Novruzov söyləyib ki, bu gün Heydər Əliyev siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. O, Prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycanın ötən illər ərzində böyük inkişaf yolu keçdiyini, iqtisadiyyatın artması, əhalinin sosial rifahının yüksəldilməsi, ölkəmizin beynəlxalq müstəvidə mövqeyinin gücləndirilməsi istiqamətində mühüm addımlar atıldığını söyləyib.
“Bu gün müstəqilliyimizin 28-ci ildönümünü qeyd edirik və bununla qürur duyuruq. Prezident İlham Əliyev Öz siyasəti ilə dövlətimizin və xalqımızın maraqlarını ən yüksək səviyyədə qoruyur. Buna görə də, ötən illər ərzində müstəqil dövlətimiz güclənib, beynəlxalq müstəvidə nüfuzu əhəmiyyətli dərəcədə artıb. Dövlət başçısının həyata keçirdiyi islahatlar çox uğurlu nəticələr verməkdədir. Respublikanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva öz fəaliyyəti ilə dövlətimizin daha da güclənməsinə xidmət edir. Onun xüsusilə sosial sahədə həyata keçirdiyi tədbirlər xalqımız tərəfindən yüksək qiymətləndirilir”, - deyən S.Novruzovun sözlərinə görə, müstəqil dövlətimizin güclənməsində Yeni Azərbaycan Partiyası və onun üzvləri də fədakarlıq göstərirlər. Partiyamızın üzvləri ölkəmizin inkişafında yaxından iştirak etməklə yanaşı, Azərbaycana qarşı qarayaxma kampaniyası aparan dairələrlə də lazımi mübarizə aparırlar. YAP İcra katibinin müavini deyib ki, biz müstəqil dövlətimizə xidməti sözdə deyil, əməlimizlə təsdiq edirik.
Bu sərginin də rəmzi məna daşıdığını deyən S.Novruzovun sözlərinə görə, burada gənc memarlar Azərbaycanın gələcəyini necə gördükləri haqqında ekspozisiya təqdim edirlər. Bu yaradıcılıq nümunələri Bakı Mühəndislik Universitetinin tələbələri tərəfindən hazırlanıb. S.Novruzov tələbə-gənclərin əl işlərini yüksək qiymətləndirib və əminliyini ifadə edib ki, bu gənclər öz fəaliyyəti ilə gələcəkdə müstəqil ölkəmizə layiqincə xidmət edəcəklər.
Tədbirdə çıxış edən Bakı Mühəndislik Universitetinin rektoru Havar Məmmədov bildirib ki, rəhbərlik etdiyi ali məktəb 8 noyabr 2016-cı ildə dövlət başçısının Sərəncamı əsasında yaradılıb. Universitet 27 ixtisas üzrə kadr hazırlayır ki, onlardan biri də memarlıqdır. Rektorun fikrincə, ölkədə memarlıq peşəsinə ehtiyac var və universitet bu sahədə peşəkar kadrların yetişdirilməsi üçün səylə çalışır. Bunun üçün tələbələrə bütün imkan və şərait yaradılıb. Onun sözlərinə görə, bu sərgidə universitetin 27 tələbəsinin 40-a yaxın əl işi təqdim olunur. Rektor bu sərginin təşkilinə görə Yeni Azərbaycan Partiyasına təşəkkür edib.
Tədbirdə həmçinin Bakı Mühəndislik Universitetinin tələbələri, gənc memar-dizaynerlər Əli Həsənbəyli və Jalə Əhmədova çıxış ediblər.
Sonra sərgidə əl işləri təqdim olunan gənc memar-dizaynerlərə sertifikatlar təqdim olunub.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxSiyasət
10 İyun 15:58
Dünya
10 İyun 15:53
Elm
10 İyun 15:53
YAP xəbərləri
10 İyun 15:49
Siyasət
10 İyun 15:21
İdman
10 İyun 15:18
Dünya
10 İyun 15:13
Sosial
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:00
YAP xəbərləri
10 İyun 14:54
Xəbər lenti
10 İyun 14:53
Sosial
10 İyun 14:36
YAP xəbərləri
10 İyun 14:27
Dünya
10 İyun 14:18
YAP xəbərləri
10 İyun 14:12
Dünya
10 İyun 14:10
İqtisadiyyat
10 İyun 13:57
Dünya
10 İyun 13:51
Dünya
10 İyun 13:22
YAP xəbərləri
10 İyun 13:07
YAP xəbərləri
10 İyun 12:58
Dünya
10 İyun 12:49
Siyasət
10 İyun 12:22
Dünya
10 İyun 12:14
Gündəm
10 İyun 11:50
Sosial
10 İyun 11:28
Gündəm
10 İyun 11:25
YAP xəbərləri
10 İyun 11:09
Sosial
10 İyun 11:07
Sosial
10 İyun 10:58
Siyasət
10 İyun 10:57
Gündəm
10 İyun 10:52
İqtisadiyyat
10 İyun 10:39
Hadisə
10 İyun 10:21
Siyasət
10 İyun 10:16
YAP xəbərləri
10 İyun 10:08
YAP xəbərləri
10 İyun 09:59
Analitik
10 İyun 09:53
YAP xəbərləri
10 İyun 09:52
Analitik
10 İyun 09:30
Analitik
10 İyun 09:18
Sosial
10 İyun 08:51
MEDİA
10 İyun 08:34
Dünya
10 İyun 07:48
Dünya
10 İyun 07:46
Dünya
09 İyun 23:48
Dünya
09 İyun 23:25
Dünya
09 İyun 22:42
Xəbər lenti
09 İyun 22:30
Dünya
09 İyun 22:15
İqtisadiyyat
09 İyun 21:59
Dünya
09 İyun 21:20
Dünya
09 İyun 21:07
Dünya
09 İyun 20:43
Dünya
09 İyun 20:32
Dünya
09 İyun 20:17
Sosial
09 İyun 20:05
İqtisadiyyat
09 İyun 19:56
Dünya
09 İyun 19:51
Gündəm
09 İyun 19:44
Sosial
09 İyun 19:25
Dünya
09 İyun 19:10
YAP xəbərləri
09 İyun 18:19
YAP xəbərləri
09 İyun 17:49
YAP xəbərləri
09 İyun 17:14
Elanlar
09 İyun 17:13
YAP xəbərləri
09 İyun 16:42
YAP xəbərləri
09 İyun 16:39
YAP xəbərləri
09 İyun 16:38

