Yeni Azərbaycan Partiyasının Siyasət Akademiyasının ikinci kursu keçirilib
29.10.2019 [09:43]
Oktyabrın 26-da Yeni Azərbaycan Partiyasının (YAP) Siyasət Akademiyası “Yeni Azərbaycan Partiyası və dövlət-din münasibətləri” mövzusunda ikinci kurs təşkil edib.
Məruzə ilə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, YAP İcra katibinin müavini Mübariz Qurbanlı çıxışında dövlət-din münasibətlərinin dünyadakı modelləri, sovet dövründə İslam dininə yanaşma, müstəqilliyin bərpasından sonra Azərbaycan xalqının milli-mənəvi dəyərlərə qayıdışı prosesi, İslam dininin ideoloji cəhətdən zəiflədilməsi hərəkatı kimi məsələlərə toxunub, tolerantlıq anlayışı, multikultural dəyərlər, komitənin dini maarifləndirmə istiqamətində gördüyü işlər haqqında məlumat verib. Komitə sədri qeyd edib: “Azərbaycan unitar, hüquqi, demokratik və dünyəvi dövlətdir. Dünyəvilik konstitusiyada öz əksini tapıb və ölkədə dövlət-din münasibətləri yüksək səviyyədə təşkil olunub”.
Bununla yanaşı, Azərbaycanda “Dini etiqad azadlığı” haqqında qanun da qəbul edilib. İstənilən dini icmanın azad fəaliyyətinə tam şərait yaradılıb ki, bu da Azərbaycanı tolerantlıq baxımından dünyanın ən qabaqcıl ölkələri sırasına yüksəldir.
Mübariz Qurbanlı bildirib ki, Azərbaycan xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub saxlanılmasını və inkişaf etdirilməsini, dini fəaliyyətin təşkili sahəsində yüksəkixtisaslı kadrların hazırlanmasını təmin etmək məqsədi ilə Prezident İlham Əliyevin Azərbaycan İlahiyyat İnstitutunun yaradılması haqqında imzaladığı Sərəncam və digər faktlar ölkədə dövlət-din münasibətlərinin sağlam təməllər üzərində qurulduğunu deməyə əsas verir: “Prezident İlham Əliyevin din sahəsində həyata keçirdiyi uğurlu siyasət nəticəsində dövlət-din münasibətləri beynəlxalq hüquq normalarına uyğun tənzimlənir, dini etiqad azadlığı yüksək səviyyədə təmin edilir, ölkədəki tolerantlıq mühiti qorunub saxlanılır. Azərbaycanın dini tolerantlıq modeli dünya səviyyəsində ən mükəmməl örnək kimi qəbul olunur”.
Onun sözlərinə görə, mövcud mürəkkəb geosiyasi durumda bu uğurları daha da genişləndirmək və tarixin ən möhtəşəm Azərbaycanını qurmaq kimi çətin, şərəfli vəzifəyə nail olmaq Prezident İlham Əliyevin, həqiqətən də, görkəmli dövlət xadimi və qüdrətli lider olduğuna əyani sübutdur: “Dövləti idarə etmək, yəqin ki, siyasi bir şansdır və bu fürsətə təsadüfi adamlar da yiyələnə bilərlər. Ən azından elə ölkəmizin siyasi tarixi bunu göstərir. Amma dövləti layiqincə idarə etmək məharətinə sahib olmaq, bu fəaliyyəti yalnız millətin və dövlətin maraqlarının ödənməsinə yönəltmək, siyasi sələflərdən miras olaraq əldə olunan dövlətçilik potensialını dəfələrlə artırmaq kimi xüsusiyyətlər isə yalnız həqiqi liderlərə xasdır. Buna görə də tam əminliklə söyləmək olar ki, bu gün Prezident İlham Əliyevin şəxsiyyəti Azərbaycanla bərabər yüksəlir və dünya miqyasında nüfuz qazanır. Beləliklə də, Öz tərcümeyi-halını Azərbaycanın inkişaf və quruculuq tarixinə həkk etdirir”.
Daha sonra kursda iştirak edən gənclərin sualları cavablandırılıb.
Qeyd edək ki, layihə çərçivəsində müxtəlif mövzularda məruzələr dinləniləcək. Kursa Milli Məclisin deputatı, siyasi elmlər doktoru Elman Nəsirov rəhbərlik edir. Layihənin sonunda isə kurslarda iştirak edən gənclərə sertifikatlar təqdim olunacaq.
Xəbər lenti
Hamısına baxSosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41

