YAP Qubadlı rayon təşkilatı partiyanın yaranmasının 27-ci ildönümü münasibətilə tədbir keçirib
22.11.2019 [09:57]
Yeni Azərbaycan Partiyası (YAP) Qubadlı rayon təşkilatı YAP-ın yaranmasının 27 illiyi münasibətilə tədbir keçirib. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq Onun xatirəsini ehtiramla yad ediblər. Daha sonra Sumqayıt şəhərində yerləşən YAP Qubadlı rayon təşkilatının akt zalında davam etdirilən tədbirdə YAP-ın yaranması və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş olunub.
Tədbirdə çıxış edən Qubadlı Rayon İcra Hakimiyyəti başçısının müavini, YAP Qubadlı rayon təşkilatının sədri Allahverdi Haxverdiyev YAP-ın Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə yaradıldığını diqqətə çatdırıb. O bildirib ki, Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılan YAP bu gün nəinki bölgənin, böyük bir coğrafiyanın ən mütəşəkkil siyasi təşkilatı sayılır. Azərbaycan xalqı əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən, özündə milli maraqlarımızı ehtiva edən siyasi kursun ətrafında birmənalı şəkildə birləşib, dövlətimizin daha yüksək inkişafı üçün var gücü ilə çalışır.
Daha sonra çıxış edən YAP Qubadlı rayon təşkilatının Şura üzvü Malik Atakişiyev, YAP Qubadlı rayon təşkilatı Gənclər Birliyinin sədri Ülvi Qasımlı, YAP Qubadlı rayon təşkilatı Qadınlar Şurasının sədr müavini Ziba Kazımova partiyanın keçdiyi şərəfli tarixdən bəhs açıb, YAP Qubadlı rayon təşkilatının fəaliyyəti ilə bağlı fikirlərini bölüşüblər.
Tədbirdə rayonun ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup YAP üzvünə fəxri fərman, partiyanın sıralarına yeni qəbul olmuş şəxslərə isə üzvlük vəsiqələri təqdim edilib.
Xəbər lenti
Hamısına baxDünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52

