/ / YAP könüllülərinin topladığı kitabların bir hissəsi Tbilisidə 64 saylı ictimai məktəbə təhvil verilib
YAP könüllülərinin topladığı kitabların bir hissəsi Tbilisidə 64 saylı ictimai məktəbə təhvil verilib
26.02.2020 [09:39]
Xəbər verildiyi kimi, Yeni Azərbaycan Partiyasının könüllüləri “Kitablarımızı paylaşaq, dilimizi yaşadaq” layihəsi həyata keçirir.
Layihə çərçivəsində dünən Yeni Azərbaycan Partiyası (YAP) könüllülərinin topladığı kitabların bir hissəsi Tbilisidə Azərbaycan bölməsinin də fəaliyyət göstərdiyi 64 saylı ictimai məktəbə təhvil verilib.
Layihənin rəhbəri YAP Sabunçu rayon təşkilatı Gənclər Birliyinin sədr müavini, “Azərkitab” Kitab Təbliğatı Mərkəzinin direktoru Misirxan Həsənov 100-ə yaxın kitabı məktəbin direktoru Tamar Mamsikaşviliyə təqdim edib. M.Həsənov kitab aksiyası barədə məlumat verib. O bildirib ki, Azərbaycanda “Könüllülər ili” çərçivəsində təşkil olunan aksiya davam edir. Layihə rəhbərinin sözlərinə görə, Gürcüstanda fəaliyyət göstərən tədrisi Azərbaycan dilində olan digər təhsil ocaqlarına da kitablar hədiyyə olunacaq: “Layihənin məqsədi Gürcüstanın azərbaycanlı yeniyetmə və gəncləri arasında Azərbaycan dili və ədəbiyyatının təbliğidir”.
Məktəb direktoru layihəni müsbət qiymətləndirib. Onun sözlərinə görə, məktəb kitabxanasının yeni nəşrlərlə zənginləşdirilməsi məqsədilə bir neçə layihə təşkil olunur: “Azərbaycandan göndərilən kitabları böyük məmnuniyyətlə qəbul edirik. İnanıram ki, bu kitablar məktəbimizin azərbaycanlı şagirdləri üçün dəyərli vəsaitlər olacaq”.
T.Mamsikaşvili bildirib ki, məktəbdə, ümumilikdə, 1400 uşaq, Azərbaycan bölməsində isə 110 uşaq təhsil alır.
Təhsil müəssisəsinin dərs hissə müdiri Gülnaz Ağayeva və müəllimi Ceyran Qurbanova da kitablara görə minnətdarlıqlarını ifadə ediblər.
Qeyd edək ki, “Könüllülərlə maariflənək” şüarı altında Azərbaycanda toplanan kitabların bir qismi də Tbilisi şəhərində yerləşən Mirzə Fətəli Axundov adına 73 saylı Azərbaycandilli orta məktəbə təqdim olunub. Aksiya “Azərkitab” və Tbilisidəki M.F.Axundov adına Azərbaycan Mədəniyyəti Mərkəzinin birgə təşəbbüsü ilə həyata keçirilib. Hər iki məktəbə, ümumilikdə, 500-dən çox kitab hədiyyə olunub.
Xəbər lenti
Hamısına baxAnalitik
16 Sentyabr 09:17
Sosial
16 Sentyabr 08:59
Sosial
16 Sentyabr 08:31
Gündəm
16 Sentyabr 08:14
Hadisə
15 Sentyabr 23:20
İdman
15 Sentyabr 22:41
Dünya
15 Sentyabr 22:16
Dünya
15 Sentyabr 21:59
Dünya
15 Sentyabr 21:25
Dünya
15 Sentyabr 20:53
Dünya
15 Sentyabr 20:22
Dünya
15 Sentyabr 19:50
YAP xəbərləri
15 Sentyabr 19:34
İqtisadiyyat
15 Sentyabr 19:17
Dünya
15 Sentyabr 19:13
Gündəm
15 Sentyabr 18:37
Dünya
15 Sentyabr 18:32
YAP xəbərləri
15 Sentyabr 18:18
Dünya
15 Sentyabr 17:19
Siyasət
15 Sentyabr 17:09
Siyasət
15 Sentyabr 17:08
Sosial
15 Sentyabr 17:07
Siyasət
15 Sentyabr 16:59
Siyasət
15 Sentyabr 16:31
Siyasət
15 Sentyabr 16:30
Siyasət
15 Sentyabr 16:30
Dünya
15 Sentyabr 16:23
Sosial
15 Sentyabr 16:07
Elanlar
15 Sentyabr 15:48
Dünya
15 Sentyabr 15:30
YAP xəbərləri
15 Sentyabr 15:30
YAP xəbərləri
15 Sentyabr 15:28
Sosial
15 Sentyabr 15:17
Siyasət
15 Sentyabr 15:14
Siyasət
15 Sentyabr 15:14
Siyasət
15 Sentyabr 15:13
Siyasət
15 Sentyabr 15:12
Siyasət
15 Sentyabr 15:10
YAP xəbərləri
15 Sentyabr 15:02
Sosial
15 Sentyabr 14:32
Analitik
15 Sentyabr 14:26
Dünya
15 Sentyabr 14:22
Gündəm
15 Sentyabr 14:03
Dünya
15 Sentyabr 13:59
Siyasət
15 Sentyabr 13:52
Gündəm
15 Sentyabr 13:24
Dünya
15 Sentyabr 13:15
Dünya
15 Sentyabr 12:25
Hadisə
15 Sentyabr 11:48
Elm
15 Sentyabr 11:47
Siyasət
15 Sentyabr 11:46
Elanlar
15 Sentyabr 11:37
Siyasət
15 Sentyabr 11:35
Sosial
15 Sentyabr 11:09
Sosial
15 Sentyabr 10:43
Siyasət
15 Sentyabr 10:42
Gündəm
15 Sentyabr 10:17
Gündəm
15 Sentyabr 09:48
Analitik
15 Sentyabr 09:20
Sosial
15 Sentyabr 08:52
Elm
15 Sentyabr 08:37
Sosial
15 Sentyabr 08:10
Dünya
14 Sentyabr 23:39
Müsahibə
14 Sentyabr 23:17
Elm
14 Sentyabr 22:40
YAP xəbərləri
14 Sentyabr 22:29
Dünya
14 Sentyabr 22:14
Sosial
14 Sentyabr 21:59
Dünya
14 Sentyabr 21:23
Dünya
14 Sentyabr 20:45

