/ / YAP-ın Beynəlxalq əlaqələr, mədəniyyətlərarası dialoq və inteqrasiya komissiyasının videokonfrans formatında iclası keçirilib
YAP-ın Beynəlxalq əlaqələr, mədəniyyətlərarası dialoq və inteqrasiya komissiyasının videokonfrans formatında iclası keçirilib
15.07.2020 [08:44]
İyulun 14-də Yeni Azərbaycan Partiyasının (YAP) Beynəlxalq əlaqələr, mədəniyyətlərarası dialoq və inteqrasiya komissiyasının videokonfrans formatında iclası keçirilib.
İclasda çıxış edən komissiyanın sədri, YAP İdarə Heyətinin üzvü, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib ki, son günlər Ermənistan özünün təcavüzkar siyasətinin növbəti bariz nümunəsi olaraq dövlət sərhədinin Tovuz istiqamətində təxribat törədib. Belə ki, döyüş mövqelərimiz, eləcə də mülki əhalinin yaşadığı ərazilər iriçaplı silahlardan, artilleriya qurğularından atəşə tutulub. Göründüyü kimi, erməni tərəfi təcavüzkar siyasətini davam etdirir. Bahar Muradova dünya ictimaiyyətinin Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında həllinin zəruriliyini vurğulamasına baxmayaraq, Ermənistanın qeyri-konstruktiv mövqeyini davam etdirdiyini diqqətə çatdırıb. Bildirib ki, Ermənistanın hazırkı rəhbərliyi ölkə daxilində dayaqlarını itirir və artan narazılığın qarşısını almaqda özünü gücsüz hiss edir. “Pandemiya təhlükəsi ilə bağlı hökümətin təsirli tədbir görə bilməməsi də hakimiyyətə qarşı əhalinin narazılığını gücləndirir. Paşinyan hakimiyyəti inqilab zamanı vəd etdiyi “xoşbəxt gələcəyi” təmin edə bilmir. Ona görə də erməni ictimaiyyətində bu hakimiyyətə etimad yoxdur”, - deyən Bahar Muradovanın sözlərinə görə, Azərbaycan Prezidentinin rəhbərliyi ilə dövlətimizin beynəlxalq müstəvidə həyata keçirdiyi siyasətin müsbət nəticələri Ermənistanın mövqeyini bütün istiqamətlərdə laxlatmaqdadır. Azərbaycanın artan nüfuzu, qüdrəti, ordumuzun gücü, xüsusilə ölkə daxilində vətəndaş həmrəyliyi işğalçı Ermənistanı narahat edir. Beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və bu, qəbul olunmuş sənədlərdə də öz əksini tapır. Bütün bunlara görə Ermənistan çıxış yolunu təxribat törətməkdə görür. Azərbaycan Ordusu qarşı tərəfin təxribatına layiqli cavab verib.
Komissiya sədri qeyd edib ki, Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında bəyan edib ki, yaranmış vəziyyətə görə Ermənistanın hərbi-siyasi rəhbərliyi məsuliyyət daşıyır. B.Muradova diqqətə çatdırıb ki, müvafiq qurumlar vəziyyətlə əlaqədar beynəlxalq ictimaiyyəti məlumatlandırır. Artıq bəzi dövlətlər Azərbaycana dəstək ifadə edən bəyanatlar veriblər: “YAP-ın komissiyası olaraq biz də partiyamızın əməkdaşlıq etdiyi təşkilatlara bəyanat ünvanlamalıyıq”.
Milli Məclisin deputatı Nizami Səfərov çıxışında deyib ki, məsələnin mühüm aspektlərindən biri Ermənistan tərəfindən fundamental beynəlxalq hüquq normalarının və prinsiplərinin pozulmasıdır. Onun sözlərinə görə, BMT Nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndinə əsasən BMT-nin bütün üzvləri beynəlxalq münasibətlərdə hər hansı dövlətin ərazi bütövlüyünə və siyasi müstəqilliyinə güc tətbiq edilməsindən çəkinməlidir. Ancaq Ermənistan beynəlxalq hüquqa zidd addımlarını davam etdirir. Və ağır beynəlxalq cinayətləri ehtiva edən əməllərdən əl çəkmir.
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Hikmət Babaoğlu bildirib ki, müharibə bir neçə cəbhədə gedir. Bunlardan birincisi ön cəbhə, ikincisi diplomatik, üçüncüsü isə informasiya müstəvisində gedir. Onun fikrincə, hər üç cəbhə strateji əhəmiyyət kəsb edir.
Tədbirdə, həmçinin komissiyanın üzvlərindən Milli Məclisin deputatı, YAP Siyasi Şurasının üzvü Ramin Məmmədov, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva, YAP Siyasi Şurasının üzvü Asəf Hacıyev, Milli Məclisin deputatı, komissiyanın katibi Elman Nəsirov, Milli Məclisin deputatı Mahir Abbaszadə və YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Aydın Mirzəzadə çıxış edərək son günlər Ermənistan tərəfindən törədilən təxribat əməlləri ilə bağlı fikirlərini bildiriblər.
Sonda Yeni Azərbaycan Partiyasının Beynəlxalq əlaqələr, mədəniyyətlərarası dialoq və inteqrasiya komissiyasının adından son günlər Azərbaycanla Ermənistanın dövlət sərhədində erməni tərəfinin törətdiyi təxribat əməlləri ilə bağlı bəyanat qəbul olunub. Bəyanat Yeni Azərbaycan Partiyasının üzv olduğu və əməkdaşlıq etdiyi beynəlxalq təşkilatlara, siyasi partiyalara ünvanlanıb.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17

