/ / Bilman Vəliyev: İşğalçı dövlət yeni münaqişə zonaları yaratmaq istəyir, bu məqsədlə də təxribata əl atır
Bilman Vəliyev: İşğalçı dövlət yeni münaqişə zonaları yaratmaq istəyir, bu məqsədlə də təxribata əl atır
16.07.2020 [09:20]
“Ermənistan silahlı qüvvələrinin Tovuz rayonu istiqamətində həyata keçirdiyi hərbi təxribatın məqsədi Azərbaycan Ordusunun nəzarət etdiyi mövqeləri ələ keçirməkdən ibarət olub. Bütün dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar, hər kəs Ermənistanın yürütdüyü təcavüzkar siyasətinə “dur” deməli, Azərbaycanın haqlı səsinə səs verməli və təcavüzkara layiq olduğu ən ağır sanksiyaları tətbiq etməlidir”.
Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Abşeron rayon təşkilatının sədri Bilman Vəliyev deyib.
O qeyd edib ki, Ermənistan hərbi bölmələrinin növbəti dəfə təxribata əl atması və Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətindəki mövqelərimizi ələ keçirməyə cəhd göstərməsi işğalçı ölkənin təxribatlara meyilli olmasından xəbər verir. Ermənistanın məkrli planlarının məqsədi Azərbaycanın Dağlıq Qarabağ ərazisini və ətraf 7 rayonunu işğal altında saxlamaqdır. İşğalçı dövlət yeni münaqişə zonaları yaratmaq istəyir, məhz bu məqsədlə də təxribata əl atır: “Mülki sakinlərimizin düşmənin ağır texnikasının hədəfinə tuş gəlməsi isə faşizm və barbarlıq nümunəsi olmaqla Ermənistan dövlətinin əsl xislətini ortaya qoyur”.
B.Vəliyev onu da qeyd edib ki, iyul ayının 13-də Prezident İlham Əliyevin Sədrliyi ilə keçirilən Təhlükəsizlik Şurasının iclasındakı nitqinidə dövlət başçısının xüsusi vurğuladığı məqamlardan biri də bu hərbi təxribatın bütün məsuliyyətinin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşməsi olub: “Bir tərəfdən, beynəlxalq ictimaiyyətə müraciət edir və Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində atəşkəs rejiminin möhkəmləndirilməsi üçün kömək xahiş edir. Digər tərəfdən, hərbi təxribatlar törədərək Azərbaycan ərazisinə basqın etmək istəyir, mövqelərimizi zəbt etmək istəyir, mülki əhalini, kəndlərimizi atəşə tutur. Bu çirkin və məkrli siyasət Ermənistanı uçuruma aparacaq. Bütün məsuliyyət Ermənistanın rəhbərliyi üzərinə düşür. Azərbaycan öz ərazi bütövlüyünü bundan sonra da qoruyacaq, öz sərhədlərimizi qoruyacaq”.
“Son zamanlar Ermənistanın hərbi təxribatları nəticəsində Azərbaycan hərbçiləri, mülki şəxsləri həlak olublar. Azərbaycan hərbi bölmələrinin postuna artilleriya atəşinin açılması nəticəsində həlak olan şəhidlərimizə Allahdan rəhmət, yaralanan həbçilərimizə isə acil şəfalar diləyirəm. Azərbaycanın sülh danışıqları səmərə vermədiyi təqdirdə hərb variantını seçərsə, qələbə qazanacağı şübhəsizdir. Dağlıq Qarabağ Azərbaycanın əzəli, tarixi torpağıdır!”, - deyə Bilman Vəliyev vurğulayıb.
Xəbər lenti
Hamısına baxSosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59

