/ / YAP Veteranlar Şurasının təşkilatçılığı ilə “Demokratiya, liberalizm və milli-mənəvi dəyərlər” mövzusunda videokonfrans keçirilib
YAP Veteranlar Şurasının təşkilatçılığı ilə “Demokratiya, liberalizm və milli-mənəvi dəyərlər” mövzusunda videokonfrans keçirilib
20.05.2021 [09:36]
Mayın 19-da Yeni Azərbaycan Partiyasının Mərkəzi qərargahında partiyanın Veteranlar Şurasının təşkilatçılığı ilə “Demokratiya, liberalizm və milli-mənəvi dəyərlər” mövzusunda videokonfrans keçirilib.
YAP-ın mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, partiyanın Veteranlar Şurasının üzvlərinin, partiyanın Bakı, Abşeron, Sumqayıt şəhər təşkilatlarının Aparat rəhbərlərinin və Gənclər Birliyinin nümayəndələrinin iştirakı ilə keçirilən tədbiri giriş sözü ilə açan Şuranın sədri, partiyanın İdarə Heyətinin üzvü Arif Rəhimzadə mövzunun aktuallığından bəhs edərək bildirib ki, Azərbaycanın demokratiya təcrübəsi nümunə olmaqla yanaşı, milli-mənəvi dəyərlərə bağlılığı ilə diqqəti cəlb edir. O, azərbaycançılıq ideyasının dövlətçiliyimizin əsasını təşkil etdiyini bildirib. Arif Rəhimzadənin sözlərinə görə, Azərbaycan yerləşdiyi coğrafi məkana görə müxtəlif mədəniyyətləri, dinləri, sivilizasiyaları bir araya gətirir. Dünyaya inteqrasiya siyasətini uğurla həyata keçirən ölkəmizdə milli-mənəvi dəyərlərimizə hörmət, bağlılıq, onların inkişaf etdirilməsi prioritetdir.
Məruzəçi, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib ki, mövzu nəinki Azərbaycanın, dünyanın gündəmində olan əsas məsələlərdən biridir. O deyib: “Ona görə də bu gün faktiki olaraq biz dəyərlərin hansı səviyyədə toqquşmasına, bəzi dəyərlərin iflasa uğramasına, yeni dəyərlərin gündəmə gəlməsinə diqqət yönəldəcəyik. Liberal ideyalar və onların Qərbdə inkişafı, Qərb vasitəsilə dünyaya çatdırılması, transformasiyaya uğradıqdan sonra alətə çevrilməsi məsələləri geniş müzakirə olunur. Liberalizm azadlıq sözündəndir. Liberalizm ideyası müxtəlif formalarda öz əksini tapıb. Siyasi, iqtisadi, sosial, klassik, müasir liberalizm var. Bu ideyalar Qərbdə hələ 1603-1700-cü illərdə Con Lokkun əsərlərində öz əksini tapıb. Bizi maraqlandıran məsələ bu ideyalar əsasında dünyanın nizamının dəyişməsidir. Qərbdə olan ideya dünyada haradasa könüllü, yarıkönüllü, məcburi, təzyiqlə, təkidlə, hədə-qorxu ilə həyata keçirilməyə başlandı. Heç də təsadüfi deyil ki, məşhur ABŞ tədqiqatçılarından biri əsərində yazmışdır ki, artıq tarix qurtardı. Çünki sübut olundu ki, liberalizm ən gözəl ideyadır”.
Komitə sədri qeyd edib ki, hazırda analitiklər və ekspertlər qlobal geosiyasi nizamın gələcəyi ilə bağlı müxtəlif proqnozlar verirlər. Qlobal miqyasda müşahidə edilən geosiyasi proseslər bəşəriyyətin daha yüksək səviyyədə liberal nizamda yaşayacağına dəlalət edir. Bütövlükdə bu mövzuda aparılan təhlillər və verilən proqnozlar çox maraqlıdır. Tədqiqatçılar etiraf edirlər ki, Şərq və Cənubun dünya siyasətində rolu yüksəlir.
Məruzəçi dünyanın ikili siyasətindən də geniş bəhs edərək bildirib ki, böyük dövlətlər xarici siyasətlərində ədalət prinsipinə üstünlük verməli, öz maraqlarını digərlərinə zorla qəbul etdirmək prinsipindən yan keçməli və ikili standartlara son qoymalıdırlar. Bu şərtlərə əməl edilməsə, dünyada sakitlik yaranmayacaq. Müxtəlif regionlarda bu və ya digər intriqalar baş qaldıracaq. Real liberal dünya nizamının yolu yuxarıda vurğulanan prinsiplərə əməl etməkdən keçir.
YAP Veteranlar Şurasının üzvləri Misir Mərdanov, Adilə Abasova, Dilarə Seyidzadə mövzu ətrafında çıxış ediblər.
Diskussiya şəklində davam edən videokonfransda YAP Nizami rayon təşkilatının Aparat rəhbəri Ramil Vəlibəyovun, YAP Binəqədi rayon təşkilatı Gənclər Birliyinin fəal üzvü Anar Əliyevin və partiyanın Sumqayıt şəhər təşkilatı Gənclər Birliyinin fəal üzvü Fəridə Əliyevanın sualları məruzəçi tərəfindən cavablandırılıb.
Xəbər lenti
Hamısına baxİdman
15 Sentyabr 22:41
Dünya
15 Sentyabr 22:16
Dünya
15 Sentyabr 21:59
Dünya
15 Sentyabr 21:25
Dünya
15 Sentyabr 20:53
Dünya
15 Sentyabr 20:22
Dünya
15 Sentyabr 19:50
YAP xəbərləri
15 Sentyabr 19:34
İqtisadiyyat
15 Sentyabr 19:17
Dünya
15 Sentyabr 19:13
Dünya
15 Sentyabr 18:32
YAP xəbərləri
15 Sentyabr 18:18
Dünya
15 Sentyabr 17:19
Siyasət
15 Sentyabr 17:09
Siyasət
15 Sentyabr 17:08
Sosial
15 Sentyabr 17:07
Siyasət
15 Sentyabr 16:59
Siyasət
15 Sentyabr 16:31
Siyasət
15 Sentyabr 16:30
Siyasət
15 Sentyabr 16:30
Dünya
15 Sentyabr 16:23
Gündəm
15 Sentyabr 16:22
Sosial
15 Sentyabr 16:07
Elanlar
15 Sentyabr 15:48
Dünya
15 Sentyabr 15:30
YAP xəbərləri
15 Sentyabr 15:30
YAP xəbərləri
15 Sentyabr 15:28
Sosial
15 Sentyabr 15:17
Siyasət
15 Sentyabr 15:14
Siyasət
15 Sentyabr 15:14
Siyasət
15 Sentyabr 15:13
Siyasət
15 Sentyabr 15:12
Siyasət
15 Sentyabr 15:10
YAP xəbərləri
15 Sentyabr 15:02
Sosial
15 Sentyabr 14:32
Analitik
15 Sentyabr 14:26
Dünya
15 Sentyabr 14:22
Gündəm
15 Sentyabr 14:03
Dünya
15 Sentyabr 13:59
Siyasət
15 Sentyabr 13:52
Gündəm
15 Sentyabr 13:24
Dünya
15 Sentyabr 13:15
Dünya
15 Sentyabr 12:25
Hadisə
15 Sentyabr 11:48
Elm
15 Sentyabr 11:47
Siyasət
15 Sentyabr 11:46
Elanlar
15 Sentyabr 11:37
Siyasət
15 Sentyabr 11:35
Sosial
15 Sentyabr 11:09
Sosial
15 Sentyabr 10:43
Siyasət
15 Sentyabr 10:42
Gündəm
15 Sentyabr 10:17
Gündəm
15 Sentyabr 09:48
Analitik
15 Sentyabr 09:20
Sosial
15 Sentyabr 08:52
Elm
15 Sentyabr 08:37
Sosial
15 Sentyabr 08:10
Dünya
14 Sentyabr 23:39
Müsahibə
14 Sentyabr 23:17
Elm
14 Sentyabr 22:40
YAP xəbərləri
14 Sentyabr 22:29
Dünya
14 Sentyabr 22:14
Sosial
14 Sentyabr 21:59
Dünya
14 Sentyabr 21:23
Dünya
14 Sentyabr 20:45
Dünya
14 Sentyabr 20:17
Gündəm
14 Sentyabr 19:59
Maraqlı
14 Sentyabr 19:58
Dünya
14 Sentyabr 19:24
Analitik
14 Sentyabr 19:02

