/ / Sahil, Ümid, Qobustan və Səngəçal seçiciləri də Ağalar Vəliyevi millət vəkili kimi görmək istəyir
Sahil, Ümid, Qobustan və Səngəçal seçiciləri də Ağalar Vəliyevi millət vəkili kimi görmək istəyir
24.10.2010 [11:26]
Dünən Yeni Azərbaycan Partiyasının (YAP) 11 saylı Qaradağ seçki dairəsindən Milli Məclisə namizədi Ağalar Vəliyevin səlahiyyətli nümayəndələri, vəkilləri və YAP Qaradağ rayon təşkilatının fəalları Sahil, ümid, Qobustan və Səngəçal qəsəbələrində məhəllə görüşləri keçiriblər.
Görüş zamanı bildirilib ki, ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulan Azərbaycan dövlətinin sosial inkişaf, iqtisadi tərəqqi, beynəlxalq aləmə inteqrasiya siyasəti Azərbaycanı böyük inkişaf yoluna çıxarıb: “Bu gün Azərbaycan regionun ən inkişaf etmiş ölkəsinə çevrilib. Azərbaycanın qazandığı nailiyyətlər, əldə olunan uğurlar günü-gündən artır. Əhalinin həyat şəraiti yaxşılaşır, sosial problemlər həll edilir, şəhərlərimizdə geniş abadlıq-quruculuq işləri aparılır. Siyasi, iqtisadi, hüquqi, sosial islahatlar davam etdirilir”.
Görüşlərdə seçicilərə Yeni Azərbaycan Partiyasının (YAP) 11 saylı Qaradağ seçki dairəsindən Milli Məclisə namizədi Ağalar Vəliyev haqqında ətraflı məlumat da verilib: “Ağalar İsrəfil oğlu Vəliyev 1957-ci il iyulun 23-də Yevlax şəhərində fəhlə ailəsində anadan olub. O, 1976-cı ildə Mingəçevir Politexnik Texnikumunu, 1989-cu ildə isə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitirib. İxtisasca inşaat mühəndisidir. Ailəlidir. Bir oğul atasıdır”.
Vurğulanıb ki, Ağalar Vəliyev əmək fəaliyyətinə 1976-cı ildə Avtomobil Yollarının Tikintisi və İstismarı Nazirliyinin Yevlax Dəmir beton məmulatları zavodunda fəhləlikdən başlayıb. Həmin zavodda laboratoriya mühəndisi, şöbə rəisi, baş mühəndis və direktor vəzifələrində çalışıb. 1986-cı ildən Avtomobil Yollarının Tikintisi və İstismarı Nazirliyinin tabeçiliyindəki “Körpütikinti” kombinatının direktoru, 1993-cü ildən isə 2 saylı “Yoltəmirtikinti” trestinin rəisi vəzifələrində işləyib. İşgüzarlığı və geniş istehsalat təcrübəsi nəzərə alınmaqla, 1996-cı ilin 19 iyununda ümummilli lider Heydər Əliyev tərəfindən yüksək etimad göstərilməklə, Ağalar Vəliyev “Azəraqrartikinti” Dövlət Şirkətinin prezidenti vəzifəsinə irəli çəkilib. 1998-ci ildən isə Ağalar Vəliyev həmin şirkətin bazasında yaradılmış respublika əhəmiyyətli “Azəraqrartikinti” Səhmdar Cəmiyyətinin prezidenti vəzifəsində çalışır. O, söyləyib ki, Ağalar Vəliyevin yüksək təşkilatçılığı, peşəkarlığı və daim yeniliyə can atması nəzərə alınmaqla son illər məhz, bilavasitə Prezident İlham Əliyevin göstərişi ilə “Azəraqrartikinti” Səhmdar Cəmiyyətinə Bakı şəhərində bir sıra mühüm tarixi əhəmiyyət kəsb edən binaların tikintisi, bərpası və yenidən qurulması işlərinin yerinə yetirilməsi həvalə edilib.
Eyni zamanda, Ağalar Vəliyevin ölkənin tikinti sektorunda uzun illər səmərəli fəaliyyətinə görə, Prezident İlham Əliyevin 9 aprel 2010-cu il tarixli Sərəncamı ilə “Əməkdar mühəndis” fəxri adına layiq görüldüyü də söylənilib.
Aparılan səmimi görüşlərin sonunda seçicilər də öz münasibətlərini bildiriblər. Seçicilər Yeni Azərbaycan Partiyasının 11 saylı Qaradağ seçki dairəsindən Milli Məclisə namizədi Ağalar Vəliyevin işgüzarlıq keyfiyyətləri barədə xəbərdar olduqlarını vurğulayıblar. Onlar Ağalar Vəliyevi millət vəkili kimi görmək istədiklərini və 7 noyabr seçkilərində yalnız ona səs verəcəklərini söyləyiblər.
Ramil VƏLİBƏYOV
Xəbər lenti
Hamısına baxDünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41

